Icma.az
close
up
RU
Müəllimlər geyimə görə imtahandan kəsilirlər İşlər məhkəməyə qədər gedir

Müəllimlər geyimə görə imtahandan kəsilirlər İşlər məhkəməyə qədər gedir

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər sosial şəbəkələrdə Müəllimlərin işə qəbulu imtahanının müsahibə mərhələsi ətrafında yeni müzakirələr gündəmə gəlib. Namizədlərin əsas narahatlıqlarından biri geyim məsələsidir. Bir çoxları hesab edir ki, geyim tərzi nəticələrə birbaşa təsir göstərə bilər və bu da imtahan iştirakçılarını əlavə gərginlikdə saxlayır.

Maraqlıdır, müsahibə mərhələsində namizədin geyim üslubu nəticəyə nə dərəcədə təsir göstərə bilər? 

Təhsil eksperti Elşən Qafarov Ölkə.az-a açıqlamasında bildiirb ki, müsahibə mərhələsində müəllimin vizionu onun danışığı, geyim tərzi əsas şərtlərdən biridir.

Onun sözlərinə görə, amma bu, o demək deyil ki, müəllim həmin gün ora geyindiyini məktəbə də geyinə bilər:

"Müəllimlərin işə qəbulunun müsahibə mərhələsinin kriteriyaları Azərbaycanda yoxdur. Müsahibə mərhələsi subyektiv fikirlər əsasında keçirilir. Məsələn, sertifikasiyada bizdə beş istiqamət üzrə kriteriyalar var. Mövzunu, özünü təqdim etmə, ünsiyyət, qiymətləndirmə və s. Yəni bu istiqamətlər üzrə kriteriyalar və hər kriteriya üzrə verilmiş bal və əmsallaşdırma var. Amma müəllimlərin işə qəbulu müsabiqəsində bu yoxdur. 

Biz beynəlxalq təcrübəyə də baxsaq, görürük ki, ümumiyyətlə, müsabiqələrdə müsahibə mərhələsi bir tanışlıq xarakteri daşıyır. Müəyyən kriteriyalar olur ki, həmin kriteriyalara uyğun olaraq işə qəbulun müsahibə mərhələsi o şəkildə qurulur. Bu gün biz müəyyən etməliyik ki,  Azərbaycan məktəbinə necə bir müəllim lazımdır? Görünüşü, danışığı, izah etməsi? Bu kriteriyalar yoxdur. Olmadığına görə də müəllimlərin işə qəbulunun müsahibə mərhələsində çox ciddi nöqsanlara yol verilir".

Ekspertin fikrincə, birinci növbədə müsahibə mərhələsinin qaydaları təyin olunmalıdır:

"Müəllimlərin işə qəbulu müsabiqəsinin qaydalarında müsahibə mərhələsinin qaydaları da göstərilməlidir. Bundan əlavə biz illərdir görürük ki, bir çox hallarda hamilə, hicablı xanımların kəsilməsi adi hal alıb və bir çox hallarda bu məhkəmə işlərinə qədər gedib çıxır. Birmənalı şəkildə müəllimlər təbii ki, müsahibəyə gələndə daha səliqəli geyinir. Müəllimin müsahibə mərhələsində geyimi əsas götürülməməlidir. Onun ünsiyyət forması, ünsiyyət tərzi, özünü təqdim etməsi əsas götürülməlidir. Bunlar müəyyən olunmalıdır.

Bizdə müsahibə komissiyasının subyektiv fikirləri bir çox hallarda namizədlərin düzgün qiymətləndirilməməsinə səbəb olur. Təklif edirik ki, müəllimlərin işə qəbulunun yeni qaydaları müəyyən olunmalıdır. Həmin qaydalarda hansı halda müəllimlərin dərs saatları vakansiyaya çıxarılır? Müsabiqə necə təşkil olunur? Test mərhələsi necə təşkil olunur? Qiymətləndirilməsi necədir? Müsahibə mərhələsi necə təşkil olunmalıdır? Hansı kriteriyalar əsasında burada qiymətləndirmə olmalıdır və s. Müsahibə mərhələsinin balları da müəllimin balının üstünə gəlməlidir. Bizdə nə sertifikasiyada, nə müəllimlərin işə qəbulunda müsahibə mərhələsinin balları üstünə gəlmir. Eyni zamanda nəzərə də alınmır. Bu baxımdan bu sahədə ciddi axsamalar var". 

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Avqust 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri