Icma.az
close
up
RU
Müəllimlər sertifikasiya barədə açıqlamanın gecikməsindən NARAHATDIRLAR

Müəllimlər sertifikasiya barədə açıqlamanın gecikməsindən NARAHATDIRLAR

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda müəllimlərin növbəti dəfə sertifikasiyadan keçəcəyi gözlənilir. Sertifikasiyanın nə vaxt başlayacağı, hansı fənninin müəllimlərinin cəlb ediləcəyi isə rəsmi olaraq açıqlanmayıb.

Bir neçə gün əvvəl Modern.az-a daxil olan məlumata görə, 2025-ci ildə 7 fənnin -  tarix, fizika, kimya, biologiya, coğrafiya, texnologiya, informatika müəllimlərinin sertifikasiyası təşkil ediləcək.

Ancaq fənlərlə bağlı yekun qərar hələlik verilməyib. Məsələ ilə bağlı məktəb direktorlarına məlumat verildiyi bildirilir. Elm və təhsil naziri Emin Əmrullayevin son həftələrdə məktəb direktorları ilə görüşlərdə də sertifikasiya prosesinin müzakirə edildiyi, onlara bu barədə tapşırıqlar verildiyi qeyd olunur.

Məsələ barədə qərarı Elm və Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası verir. Ancaq Şuranın hələlik iclası keçirilməyib. Prosesin gecikməsi müəllimlər arasında narazılığa səbəb olub.

Modern.az-a danışan elm və təhsil eksperti Kamran Əsədov bildirib ki, təqvim ilində həyata keçiriləcək fəaliyyətlərlə bağlı öncədən planlaşdırma elan olunmalıdır:

“Bu istiqamətdə Dövlət İmtahan Mərkəzinin çox yaxşı bir təcrübəsi var. DİM 2025-ci ildə keçirəcəyi müxtəlif imtahanlarla bağlı qrafiki artıq elan edib. Hər kəs özünün işini ona uyğun olaraq müəyyənləşdirir. Baxmayaraq ki, bu insanlar müəllimdirlər, ancaq onlar təkcə ixtisaslarından imtahan vermirlər. Eyni zamanda digər kurikulum və tədris materiallarından da suallara cavab verirlər. Ona görə də imtahan vaxtı birmənalı şəkildə öncədən elan olunmalıdır. Hesab edirəm ki, 2-3 ay qalmış imtahan vaxtının elan edilməsi müəllimlərdə müəyyən qədər psixoloji gərginlik yaradacaq”.

Ekspert bildirib ki, sertifikasiya Azərbaycanda təhsil sisteminin inkişafına yönəlmiş vacib prosesdir:

“Amma bu prosesi sürətli etmək yaxşı hal deyil, hətta bu qanunvericiliyə də ziddir. Çünki müəllimlərin sertifikasiya imtahanlarının yay aylarında elan edilsə, müəllimlər vaxtlarını orta məktəblərdə dərslərindənsə bu imtahana hazırlaşmağa daha çox vaxt ayırmaqla keçirəcək. Ona görə də biz vaxtı ən azından 7-8 ay əvvəl elan etməliyik ki, müəllimlər də işlərini qura bilsinlər. Onların birdən-birə sertifikasiya prosesinə daxil olması tədrisin təşkilində də müəyyən gərginlik yaradacaq. Hesab edirəm ki, biz bu yanaşmanı dəyişməliyik. Bu çətin proses deyil, onsuz da bütün fənnlər üzrə sertifikasiya olacaq. Biz elan etməliyik ki, hansı ayda hansı fənnlər üzrə sertifikasiya olacaq, proses necə təşkil olunacaq. Bunu nə qədər gec etsək tədrisin gedişinə mane olacağıq”

K.Əsədov qeyd edib ki, Təhsilverənlərin Sertifikasiyası Şurasının yığışması o qədər  çətin məsələ deyil:

“Onlar başqa planetdən gəlməyəcəklər, ya da hansısa çətin proses təşkil olunmayacaq. İndiyə qədər ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimlərinin sertifikasiyası olub. Biz növbəti hansı fənnlərin imtahanının keçiriləcəyini konkret olaraq elan etməliyik. Tədrisin ən vacib elementi vaxtı düzgün planlaşdırmaqdır. Amma təhsilin idarə edilməsindəki problem ümumi tədrisin təşkilinə də öz mənfi təsirini göstərir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Yanvar 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri