Icma.az
close
up
RU
Müəllimlər yayda “putyovka” ala bilmir, direktorlar isə Avropa səfərinə göndərilir Araz Paşayev kimin maraqlarını müdafiə edir?

Müəllimlər yayda “putyovka” ala bilmir, direktorlar isə Avropa səfərinə göndərilir Araz Paşayev kimin maraqlarını müdafiə edir?

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Latviya və Litvada məktəb direktorları üçün təcrübə proqramı keçirib. Bu proqramın maliyyəsi isə təəccüblü şəkildə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ödənilib.
Səfərə 34 nəfər direktor cəlb edilib, onlardan 20 nəfərinin bütün xərcləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının büdcəsindən qarşılanıb. Bu haqda ittifaqın mətbuat xidməti rəsmi məlumat yayıb.
Sual yaranır: illərlə Həmkarlar İttifaqına üzvlük haqqı ödəyən müəllimlər yay istirahətinə göndəriş tapa bilmədiyi halda, bu pullar necə olur ki, direktorların Avropaya səfərinə “hədiyyə” olunur?
Latviya və Litva – Təhsildə niyə bu ölkələr?
Latviya və Litvanın təhsil sistemləri nə beynəlxalq reytinqlərdə liderdir, nə də onların nümunələri qlobal miqyasda model kimi təqdim olunur. 2024-cü ilin PİSA nəticələrinə görə, bu ölkələr təhsil reytinqinə görə, ilk 20-likdə yer almır.
Belə olduğu halda, Azərbaycan təhsilinin hansı konkret ehtiyacları bu ölkələrin təcrübəsini öyrənməyi zəruri edir? Müəllimlərin vəsaiti hesabına direktorlar iki ölkədə konkret hansı təhsil müəssisələri və ya qurumlarda təcrübə keçiblər? Bunların heç biri açıqlanmayıb.
Nə seçimin əsasları, nə də gözlənilən nəticələr ictimaiyyətə təqdim olunub. Əgər məqsəd qabaqcıl Avropa modellərini öyrənmək idisə, Finlandiya,
Estoniya, Niderland və Almaniya kimi ölkələr nə üçün nəzərə alınmayıb?
Kimlər seçildi və nə üçün?
Səfərə gedən direktorların adları, təmsil etdikləri məktəblər və onların hansı meyarlara görə seçildiyi ictimaiyyətə açıqlanmır. Proses tamamilə qapalı və qeyri-şəffaf həyata keçirilib. Hər hansı müsabiqə keçirilməyib. Seçimdə akademik göstəricilər, menecment bacarıqları və ya digər obyektiv amillər nəzərə alınıbmı? – Bilinmir.
Belə anlaşılır ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi özünə yaxın direktorları yay istirahətinə göndərib və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev də bu sifarişi icra edib.
Belə şəraitdə təhsil sistemində şəffaflıq məsələləri xeyli suallara yol açır.
Təxmini xərclər – Müəllimlərin pulu hara gedir?
Turizm sahəsində ekspertlər bildirirlər ki, bu tip səfərin təxmini xərci aşağıdakı kimidir:
Təyyarə bileti (1 nəfər): 1200 AZN → 20 nəfər: 24.000 AZN
Otel (7 gecə, 2 nəfərlik otaq): 150 AZN x 7 = 1050 AZN → 20 nəfər üçün: 10.500 AZN
Qidalanma (gündə 80 AZN x 7 gün): 560 AZN → 20 nəfər üçün: 11.200 AZN
Ümumi təxmini xərclər: 45.700 AZN
Bu rəqəmin üzərinə heç də az olmayan viza xərclərini gəlmək lazımdır.
Bu qədər maliyyə ilə ölkə üzrə onlarla zəhmətkeş müəllim yay istirahətinə göndərilə bilərdi. Amma görünür ki, Həmkarlar İttifaqı müəllimlərin yox, məktəb direktorlarının rahatlığını prioritet sayır.
Bu qədər vəsaitin bir qrup direktora sərf olunması, eyni zamanda minlərlə müəllimin yay istirahətinə çıxmaması biabırçılıqdır. Turizm şirkətləri bu cür səfərləri daha səmərəli və ucuz şəkildə təşkil edə biləcəklərini qeyd edirlər. O zaman bu israfçılıq niyə?

Sadə sual: Bu səfər kimə lazımdır?
Əgər bu səfərdən təhsilə real töhfə gözlənilirdisə, onun nəticələri ictimaiyyətlə bölüşülməliydi: Hansı innovativ model öyrənildi? Nə tətbiq olunacaq? Nə dəyişəcək? – Amma ortada yalnız fotolar və sərf olunmuş pullar var.
Əgər məqsəd sadəcə lüks tətil idisə, onda Həmkarlar İttifaqı rəsmən etiraf etməlidir ki, müəllimlərin deyil, direktorların təşkilatıdır.
Müəllimlər bildirirlər ki, illərlə Həmkarlar İttifaqına üzvlük haqqı ödəmələrinə baxmayaraq, yayda bir istirahət “putyovkası” belə ala bilmirlər. Əvəzində bu vəsaitlə məktəb direktorları Avropa ölkələrinə “təcrübə toplamağa” göndərilir.
Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Mətbuat xidməti mövzu ilə bağlı sorğumuzu cavabsız qoyub.(editor.az)
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Avqust 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see153

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see141

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see134

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see128

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see125

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see125

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see124

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see123

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see122

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see121

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri