Icma.az
close
up
RU
Müəllimlər yayda “putyovka” ala bilmir, direktorlar isə Avropa səfərinə göndərilir Araz Paşayev kimin maraqlarını müdafiə edir?

Müəllimlər yayda “putyovka” ala bilmir, direktorlar isə Avropa səfərinə göndərilir Araz Paşayev kimin maraqlarını müdafiə edir?

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Latviya və Litvada məktəb direktorları üçün təcrübə proqramı keçirib. Bu proqramın maliyyəsi isə təəccüblü şəkildə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ödənilib.

Səfərə 34 nəfər direktor cəlb edilib, onlardan 20 nəfərinin bütün xərcləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının büdcəsindən qarşılanıb. Bu haqda ittifaqın mətbuat xidməti rəsmi məlumat yayıb.

Sual yaranır: illərlə Həmkarlar İttifaqına üzvlük haqqı ödəyən müəllimlər yay istirahətinə göndəriş tapa bilmədiyi halda, bu pullar necə olur ki, direktorların Avropaya səfərinə “hədiyyə” olunur?

Latviya və Litva – Təhsildə niyə bu ölkələr?

Latviya və Litvanın təhsil sistemləri nə beynəlxalq reytinqlərdə liderdir, nə də onların nümunələri qlobal miqyasda model kimi təqdim olunur. 2024-cü ilin PİSA nəticələrinə görə, bu ölkələr təhsil reytinqinə görə, ilk 20-likdə yer almır.

Belə olduğu halda, Azərbaycan təhsilinin hansı konkret ehtiyacları bu ölkələrin təcrübəsini öyrənməyi zəruri edir? Müəllimlərin vəsaiti hesabına direktorlar iki ölkədə konkret hansı təhsil müəssisələri və ya qurumlarda təcrübə keçiblər? Bunların heç biri açıqlanmayıb.

Nə seçimin əsasları, nə də gözlənilən nəticələr ictimaiyyətə təqdim olunub. Əgər məqsəd qabaqcıl Avropa modellərini öyrənmək idisə, Finlandiya, Estoniya, Niderland və Almaniya kimi ölkələr nə üçün nəzərə alınmayıb?

Kimlər seçildi və nə üçün?

Səfərə gedən direktorların adları, təmsil etdikləri məktəblər və onların hansı meyarlara görə seçildiyi ictimaiyyətə açıqlanmır. Proses tamamilə qapalı və qeyri-şəffaf həyata keçirilib. Hər hansı müsabiqə keçirilməyib. Seçimdə akademik göstəricilər, menecment bacarıqları və ya digər obyektiv amillər nəzərə alınıbmı? – Bilinmir.

Belə anlaşılır ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi özünə yaxın direktorları yay istirahətinə göndərib və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev də bu sifarişi icra edib.

Belə şəraitdə təhsil sistemində şəffaflıq məsələləri xeyli suallara yol açır.

Təxmini xərclər – Müəllimlərin pulu hara gedir?

Turizm sahəsində ekspertlər bildirirlər ki, bu tip səfərin təxmini xərci aşağıdakı kimidir:

Təyyarə bileti (1 nəfər): 1200 AZN → 20 nəfər: 24.000 AZN

Otel (7 gecə, 2 nəfərlik otaq): 150 AZN x 7 = 1050 AZN → 20 nəfər üçün: 10.500 AZN

Qidalanma (gündə 80 AZN x 7 gün): 560 AZN → 20 nəfər üçün: 11.200 AZN

Ümumi təxmini xərclər: 45.700 AZN

Bu rəqəmin üzərinə heç də az olmayan viza xərclərini gəlmək lazımdır.

Bu qədər maliyyə ilə ölkə üzrə onlarla zəhmətkeş müəllim yay istirahətinə göndərilə bilərdi. Amma görünür ki, Həmkarlar İttifaqı müəllimlərin yox, məktəb direktorlarının rahatlığını prioritet sayır.

Bu qədər vəsaitin bir qrup direktora sərf olunması, eyni zamanda minlərlə müəllimin yay istirahətinə çıxmaması biabırçılıqdır. Turizm şirkətləri bu cür səfərləri daha səmərəli və ucuz şəkildə təşkil edə biləcəklərini qeyd edirlər. O zaman bu israfçılıq niyə?

Sadə sual: Bu səfər kimə lazımdır?

Əgər bu səfərdən təhsilə real töhfə gözlənilirdisə, onun nəticələri ictimaiyyətlə bölüşülməliydi: Hansı innovativ model öyrənildi? Nə tətbiq olunacaq? Nə dəyişəcək? – Amma ortada yalnız fotolar və sərf olunmuş pullar var.

Əgər məqsəd sadəcə lüks tətil idisə, onda Həmkarlar İttifaqı rəsmən etiraf etməlidir ki, müəllimlərin deyil, direktorların təşkilatıdır.

Müəllimlər bildirirlər ki, illərlə Həmkarlar İttifaqına üzvlük haqqı ödəmələrinə baxmayaraq, yayda bir istirahət “putyovkası” belə ala bilmirlər. Əvəzində bu vəsaitlə məktəb direktorları Avropa ölkələrinə “təcrübə toplamağa” göndərilir.

Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Mətbuat xidməti mövzu ilə bağlı sorğumuzu cavabsız qoyub.

//Editor.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Avqust 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri