Müəllimlərə 8 Mart qadağası XƏBƏRDARLIQ
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssisələrə təlimat göndərilib, müvafiq tapşırıqlar verilib.
Lent.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada maddi və qeyri-maddi nemətlərin, qiymətli hədiyyələrin verilməsi, bu məqsədlə pul yığılması və sair halların baş verməsi yolverilməzdir.
Məsələyə ciddi nəzarət edilməsi, hər hansı neqativ hallara yol verilməsinin qarşısının dərhal alınması və müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək.
Baxış sayı:82
Bu xəbər 03 Mart 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















