Icma.az
close
up
RU
269 nömrəli məktəbdə müəllimlərə hicab qadağası qoyulub?

269 nömrəli məktəbdə müəllimlərə hicab qadağası qoyulub?

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


“Bakı şəhəri Xətai rayonu Rüfət Məmmədov adına 269 nömrəli tam orta məktəbdə şagirdlərdən və müəllimlərdən hicablarını açmaq tələb olunur”
Bu sözləri Yeniavaz.com-a müraciət edən sözügedən məktəbin müəllimləri və bəzi şagirdlərin valideynləri bildiriblər.
Onların sözlərinə görə, məktəbdə yoxlama aparıldıqdan sonra vəziyyət daha da sərtləşib:
“Məktəbə üçüncü gün yoxlama gəlib. Yoxlama adı ilə gələn şəxslər direktora bildiriblər ki, hicablı şagirdlər müəyyən edilmiş məktəbli formasına uyğun deyil və onlara göstərilən formada gəlmələri tapşırılmalıdır”.
Məsələ ilə ünvanladığımız sorğuya məktəbdən verilən cavabda bildirilib ki, 269 nömrəli tam orta ümumtəhsil məktəbində müəllimlər iş zamanı geyim qaydalarına əməl etməlidirlər:
“Təhsilverənlərin etik davranış qaydaları”na əsasən, müəllimin xarici görünüşü və geyimi çalışdığı təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına uyğun olmalıdır”.
Bildirilib ki, məktəbdə vahid geyim qaydalarına riayət olunması tövsiyə edilir:
“Həmçinin, 269 nömrəli məktəbin Pedaqoji Şurası tərəfindən valideynlərin rəyi nəzərə alınaraq dörd geyim nümunəsindən biri (ağ və tünd göy rənglərdə) seçilib. Valideynlərə və müəllimlərə tövsiyə olunur ki, məktəbdaxili nizam-intizam qaydalarına hörmətlə yanaşsınlar”.
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, məktəbdə vahid geyim formasının tətbiqi zamanı baş örtüyü məsələsinə diqqət yetirilməlidir:
“Dövlət bu məsələdə vətəndaşların seçimlərinə hörmətlə yanaşmalıdır. Bu, Azərbaycan Respublikasının Konstitusiyası, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsi ilə tənzimlənir. Buna görə bir sıra qərarlar mövcuddur ki, Avropa İnsan Hüquqları Məhkəməsi şəxsin baş örtüyü ilə məktəbə buraxılmamasını pozuntu hesab etmişdir və bu, təhsil hüququnun pozulması ilə nəticələnir”.
Ramil Süleymanov qeyd edir ki, məktəbdə müəllimlərə hicabın qadağan olunması isə birbaşa şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasıdır:
“Çünki bəzi insanlar hicabdan geyim aksessuarı kimi istifadə edir, bəziləri isə sırf dini baxışlarına görə. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin kifayət qədər keysləri mövcuddur. Elə keyslər var ki, orada pozuntu tanınıb, elələri də var ki, orada pozuntu tanınmayıb. Mən hesab edirəm ki, müəllimlərin geyim məsələsində pozuntu tanına bilər. Çünki müqavilə bağlanarkən əgər işçiyə bununla bağlı xəbərdarlıq olunmayıbsa və sonradan tətbiq olunubsa, bu artıq pozuntu hesab olunur”.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsinə əsasən dövlət və təhsil sistemi dünyəvi xarakter daşıyır.
Bununla yanaşı, “Ümumi təhsil haqqında” Qanunda qeyd olunur ki, ümumi təhsil müəssisələrində təhsilalanlar üçün geyim formalarını dövlət müəyyənləşdirir.
Qanunda, həmçinin bildirilir ki, dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar üçün təsvirləri müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir.
“Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarında isə təhsilalanların geyim formasında hicab nəzərdə tutulmayıb.
Fəridə Əsədzadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:560
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 18 Fevral 2026 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri