Icma.az
close
up
RU
ABŞ kəşfiyyatı “Tramp planı”nı əngəlləyir: Ağ Ev isə üç lideri “yemək masası”na çəkir, menyuda Ukraynadır

ABŞ kəşfiyyatı “Tramp planı”nı əngəlləyir: Ağ Ev isə üç lideri “yemək masası”na çəkir, menyuda Ukraynadır

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hazırda Rusiya sülh prosesində öz “qırmızı xətlər”ini daha da möhkəmləndirməyə, ABŞ isə “Tramp planı”nı mümkün qədər elastikləşdirərək, münaqişə tərəfləri arasında kompromis axtarmağa çalışır... Məhz “nəhəng güclər”in geopolitik maraqları üzərində qurulan masada müzakirələr beynəlxalq hüquq normaları və ya “böyük ideyalar” çərçivəsində deyil, əksinə, Ukraynanın xəritə üzərində bölüşdürülməsi üzrə aparılır...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, ABŞ təşəbbüsü ilə yenilənmiş “Tramp sülh planı” ətrafında Ağ Ev, Kreml və rəsmi Kiyev arasında yüksək səviyyəli intensiv siyasi-diplomatik hərəkətlilik müşahidə olunur. Bu planın müzakirəsi üçün Rusiyaya səfər edən Ağ Ev təmsilçiləri Stiv Uitkoff və Cared Kuşnerin məxfi görüşləri, Cenevrədə ABŞ-Ukrayna xətti üzrə əldə olunan razılaşdırmalar və prezident Volodimir Zelenski ilə planlaşdırılmış görüşün son anda ləğvi regionda sülh prosesini daha da mürəkkəbləşdirir və çoxvektorlu edir. Kreml isə artıq rəsmi olmayan kanallar vasitəsilə açıqlayıb ki, Rusiyanın bu prosesdə geriyə addım atmağa hazır olmadığı üç önəmli məsələ var.

Məsələ ondadır ki, “NBC News”un məlumatına görə, rusiyalı yüksək vəzifəli mənbə Kremlin yeni “Tramp planı” üzrə “toxunulmaz” hesab etdiyi üç məsələni sıralayıb. Belə ki, mənbənin iddiasına görə, Donbasın tam ərazisinin Rusiyaya verilməsi, o cümlədən də, hazırda Ukrayna ordusunun nəzarətində olan 20 faizlik hissənin boşaldılması, Ukrayna ordusunun sayının məhdudlaşdırılması və Rusiyanın anneksiya etdiyi Ukrayna ərazilərinin ABŞ və Avropa Birliyi tərəfindən tanınması məsələsində Kreml heç bir halda, güzəştə getmək niyyətində deyil. Rusiyanın bu mövqeyi həm daxili legitimlik, həm də hərbi-strateji baxımdan, Kreml üçün “qırmızı xətt” sayılır. Xüsusilə də Donetsk vilayətinin tam nəzarəti Rusiya üçün həm simvolik, həm də strateji hədəflər baxımından, ciddi əhəmiyyət daşıyır.

Onu da qeyd etmək lazımdır ki, Cenevrədə ABŞ və Ukrayna arasında razılaşdırılmış yeni versiyada “Tramp planı”nın mətnindən bir neçə önəmli maddə çıxarılıb. Belə ki, rəsmi Kiyev ABŞ-ı Rusiya tərəfindən ələ keçirilmiş ərazilərin tanınmasından imtinaya, Ukraynanın NATO üzvlüyü ilə bağlı məsələnin sərbəst buraxılmasına, Rusiyaya tətbiq edilən sanksiyaların aradan qaldırılmasının yolverilməzliyinə inandırmağı bacarıb. Bu, həm də ABŞ-ın sülh danışıqları prosesində manevr imkanlarını qorumağa çalışdığını göstərir. Bəzi siyasi-diplomatik mənbələrə görə, ABŞ bu dəyişikliklərlə yeni “Tramp planı”nı Kremllə təmas üçün daha “işlək” formaya salmaq niyyəti güdüb.

Təbii ki, gizli sülh danışıqları prosesinin inkişaf istiqamətləri barədə məlumatların sızması mövcud situasiyanı daha da gərginləşdirir. Hər halda, Kreml nümayəndəsi Yuri Uşakov ilə Ağ Ev təmsilçisi Stiv Uitkoff arasında aparılan dialoqun detallarının Qərb mediasına ötürülməsi Rusiya siyasi dairələrinin ciddi narazılığına səbəb olub. Hətta Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev bu sızmaları “danışıqların pozulması üçün məqsədyönlü cəhdlər” adlandırıb. Qərb siyasi ekspertləri isə hesab edirlər ki, bu gizli məlumatların mətbuata ötürülməsində ABŞ xüsusi xidmət orqanlarının birbaşa marağı ola bilər. Və bu, “sülh prosesi” ilə bağlı yaranmış situasiyanın ABŞ-da daxili fikir ayrılıqlarına yol açdığını göstərir.

Digər tərəfdən, Kremldə müzakirələr aparmış ABŞ təmsilçilərinin Ukrayna prezidenti Volodimir Zelenski ilə əvvəlcədən planlaşdırılmış Avropa görüşünü ləğv etməsi də olduqca ciddi suallar doğurur. Belə ki, Stiv Uitkoff və Cared Kuşner prezident Volodimir Zelenski ilə Brüsseldə görüşmək əvəzinə gözlənilmədən Moskvadan birbaşa Vaşinqtona geri dönmək qərarı verib. Bu barədə hələlik rəsmi səbəb açıqlanmasa da, Qərb ekspertləri bir neçə mümkün motivə diqqət çəkirlər. Onların fikrincə, ABŞ-Rusiya xəttində müəyyən irəliləyiş əldə edilmiş ola bilər və Ağ Ev rəsmi Kiyev üçün yeni şərtlər formalaşdırmaq istəyir. Yaxud da prezident Volodimir Zelenski müzakirələrin nəticələrindən əvvəlcədən məlumatlandırılıb və Ukrayna lideri bəzi anlaşma maddələri ilə razılaşmayacağını bildirib. Ona görə də, Ağ Ev sülh danışıqlarında paralel prosesləri minimuma endirməyə çalışır. Və bütün bunlar rəsmi Kiyevin sülh prosesdə rolunun zəifləməsi barədə müəyyən suallar yaradır.

Maraqlıdır ki, Qərb mənbələri müzakirələrdə əsas mübahisələrin məhz Ukrayna xəritəsi üzərində getdiyini iddia edirlər. Bu baxımdan, ABŞ-ın dövlət katibi Marko Rubionun açıqlaması hazırkı danışıqların mahiyyətini ortaya çıxarır. Belə məlum olur ki, tərəflər arasında real fikir ayrılığı məhz Donetsk vilayətinin Ukrayna ordusunun nəzarətində olan 20 faizlik hissəsi və 30-50 kilometrlik təhlükəsizlik zolağı ətrafında yaranıb. Bu isə onu göstərir ki, danışıqlar artıq ümumi siyasi prinsiplər deyil, məhz konkret ərazi koordinatları üzərindən aparılır. Və siyasi ritorikalar tədricən arxa plana keçirilir, texniki xəritə müzakirələri isə əsas mübahisə mövzusuna çevrilir.

Bütün bunlara paralel olaraq, Ağ Evdə liderlər arasında diplomatiya strategiyasına keçidə ehtiyac duyulduğu sezilir. Hətta Pentaqon rəhbəri Pit Hegsetin “Tramp-Putin-Zelenski şam yeməyi” barədə zarafatyana təklifi, belə bir ehtiyacın reallığına dolayısı eyham hesab olunur. Yəni, ehtimal olunur ki, emissarlar arasında müzakirələr real nəticələr vermədiyindən Ağ Evdə daha birbaşa təmasların effektiv ola biləcəyi qənaəti ön plana keçməyə başlayıb. Ona görə də, indi ABŞ rəsmi dairələr Ukrayna savaşının həllini dövlət liderləri səviyyəsində birbaşa dialoqda axtarmağa çalışır. Və bu, Tramp administrasiyasının siyasi-diplomatik üslubuna tamamilə uyğun gəlir.

Ancaq Kremldə Ağ Evin qənaətləri ilə ziddiyyət təşkil edən yanaşma tərzi daha ön planda tutulur. Belə ki, Rusiya təmsilçisi Yuri Uşakovun dediyinə görə, Ukrayna prezidenti ilə birbaşa təmaslar hələlik nəzərdə tutulmur, Tramp-Putin görüşü üçün isə Kremlin konkret şərti mövcuddur. O, bildirib ki, bu iki liderin görüşü, yalnız sülh danışıqları çərçivəsində “ölçülə bilən nəticələr” əldə olunacağı təqdirdə, baş tuta bilər. Və bu açıqlama Kreml üçün liderlər görüşünün sıradan siyasi-diplomatik jest deyil, məhz strateji sövdələşmənin kulminasiya nöqtəsi olduğunu göstərir.

Göründüyü kimi, ABŞ-ın təşəbbüsü ilə başladılmış sülh prosesinin yeni mərhələsi artıq start götürüb. Belə ki, ABŞ-Rusiya xətti yenidən aktivləşib və tərəflər artıq birbaşa danışıqlara qayıdır. Ukraynanın müzakirələrdə rolu nisbətən arxa plana keçirlir, sülh proses məhz böyük güclərin geopolitik maraqları üzərində qurulur. Sülh danışıqları beynəlxalq hüquq normaları və ya “böyük ideyalar” çərçivəsində deyil, əksinə, Ukraynanın xəritə üzərində bölüşdürülməsi üzrə aparılır.

Belə anlaşılır ki, hazırda Rusiya öz “qırmızı xətlər”ini möhkəmləndirməyə, ABŞ isə “Tramp planı”nı mümkün qədər elastikləşdirərək, münaqişə tərəfləri arasında kompromis axtarmağa çalışır. Ona görə də, “Tramp planı” anlaşma ehtimalından hələ çox uzaqdır. Ancaq sülh prosesinin indiki intensivliyi, siyasi-diplomatik tempin kəskin artması və tərəflərin açıq şəkildə konkret ərazi məsələlərini müzakirə etməsi onu göstərir ki, Ukrayna savaşının gələcək taleyi artıq masadadır. Üstəlik, bu masa hazırda Kreml ilə Ağ Ev arasında formalaşsa da, ABŞ kəşfiyyatı məlumatları Qərb mətbuatına sızdırmaqla, yeni “Tramp planı”nın reallaşma ehtimalını ciddi risk altında buraxır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Dekabr 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri