Icma.az
close
up
RU
“Qərbin son şansı: Yeni dünya düzənini necə qurmaq olar?“ “Foreign Affairs“

“Qərbin son şansı: Yeni dünya düzənini necə qurmaq olar?“ “Foreign Affairs“

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Dünya çoxtərəfliliklə çoxqütblülük arasında təhlükəli qarşıdurmaya daxil olub..."

"Soyuq müharibə"dən sonra formalaşmış beynəlxalq düzən artıq dağılma mərhələsindədir. Bəşəriyyət bu gün iki fərqli yol arasında sıxışıb: qaydalara əsaslanan çoxtərəfli əməkdaşlıq və böyük güclərin rəqabətinə söykənən çoxqütblülük. 

Moderator.az xəbər verir ki, bu barədə Finlandiya prezidenti Aleksandr Stubb "Foreign Affairs" nəşrindəki məqaləsində yazıb.

Köhnə sistemin süqutu: çoxqütblü xaosa doğru

Son dörd ildə planet əvvəlki otuz ildən daha sürətlə dəyişib - münaqişələr artır, demokratiyalar zəifləyir, Avropa, Yaxın Şərq və Afrika yeni qarşıdurmalar içindədir. Qlobal iqtisadiyyat, ticarət, enerji və informasiya - bir vaxtlar dünyanı birləşdirəcəyi gözlənilən qüvvələr indi onu daha da parçalayır.

ABŞ-Çin rəqabəti yeni geosiyasi çərçivəni qurur, lakin prosesin taleyi təkcə böyük güclərdən asılı deyil: Braziliya, Hindistan, Meksika, Səudiyyə Ərəbistanı, Nigeriya, Türkiyə kimi orta dövlətlər də oyunun qaydalarını dəyişir. Onların seçimi dünyanın əməkdaşlığa, yoxsa daha dərin parçalanmaya sürüklənəcəyini müəyyən edə bilər.

Stubbin fikrincə, qarşıdakı 5-10 il yeni dünya nizamının istiqamətini uzun müddətə müəyyən edəcək. Qərb indi sübut etməlidir ki, o, monoloq yox, dialoq aparmağa - ikiüzlü standartlar yox, ardıcıl siyasət yürütməyə qadirdir. Əks halda dünya rəqabət burulğanına düşəcək.

Tarixin qayıdışı və çoxtərəfliliyin aşınması

Stubb xatırladır ki, Berlin divarı dağılanda dünya liberal qaydalara əsaslanan birgə gələcəyə inanıb. Lakin 11 sentyabr, İraq və Əfqanıstan müdaxilələri, 2008-ci ilin qlobal maliyyə böhranı və Çinin sürətli yüksəlişi bu inamı sarsıdıb. ABŞ artıq qlobal siyasəti təkbaşına idarə edə bilmir, beynəlxalq institutlara inam azalır, texnoloji rəqabət kəskinləşir.

2022-ci ildə Rusiya-Ukrayna müharibəsi qaydalara əsaslanan sistemə ən ağır zərbələrdən birini vurdu. Müəllif qeyd edir ki, indi beynəlxalq sistem çoxtərəflilikdən çoxqütblülüyə keçir: birinci halda bütün dövlətlər bərabər qaydalara tabe olur, ikinci halda isə böyük güclərin situativ sövdələşmələri üstünlük qazanır. Bu isə institutları zəiflədir, kiçik ölkələri kənarda qoyur və xaosu dərinləşdirir.

Artıq ABŞ da, Çin də, bir çox regional bloklar da ikitərəfli və transaksion siyasəti üstün tutur. Halbuki iqlim, texnologiyalar, yoxsulluq, təhlükəsizlik kimi qlobal problemlər yalnız çoxtərəfli yanaşma ilə həll oluna bilər.

"Dəyərlərə əsaslanan realizm”: Qərbin çıxış yolu nədir?

Stubbun fikrincə, dünya nizamı üç dayağa söykənir: dəyərlər, maraqlar və güc. Kiçik dövlət kimi Finlandiya öz təsirini məhz ittifaqlar və dəyərlər üzərində qurub. Soyuq müharibə dövründə "finlandiyalaşdırma" adlandırılan məcburi kompromislər ölkəyə müstəqilliyi qorumağa imkan versə də, bu siyasətin yenidən təkrar olunması mümkün deyil və Ukrayna üçün məqbul model sayıla bilməz.

Finlandiyanın NATO-ya üzvlüyü Stubbun dəyərlərə əsaslanan realizm" adlandırdığı yanaşmadan doğur: universal hüquqlar, suverenlik və qaydalara hörmət əsas prinsipdir, amma dünya müxtəlifdir və problemlər yalnız "özünəoxşarlarla" əməkdaşlıq etməklə həll olunmur.

Stubb hesab edir ki, Qərb həm institutları yeniləməli, həm də BMT, ÜTT, BVF kimi qurumlarda güc bölgüsünü dəyişməli, yüksələn qlobal Cənubun rolunu qəbul etməlidir. Əks halda çoxtərəflilik dağılacaq və planet daha sərt çoxqütblü qarşıdurmaya sürüklənəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Dekabr 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri