Müəllimlərə şad xəbər: metro və avtobuslarda güzəşt olunacaq
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, güzəştdən yararlanmaq üçün TəhsilPlus kartı ilə “Apple Pay” və ya “Google Pay” vasitəsilə NFC ödənişi edilməlidir.
Kampaniya bazar ertəsindən cüməyədək qüvvədədir. Güzəşt hər kart üzrə gündə bir dəfə tətbiq olunur, ikinci və sonrakı gedişlər isə standart tariflə hesablanır. TəhsilPlus kartı ilə ictimai nəqliyyatda standart tarif üzrə ödənişlərə də 10 faiz bonus verilir.
Hazırda kartların təhsil işçilərinə təqdim edilməsi mərhələli şəkildə davam edir. İlkin mərhələdə məktəbəqədər, ümumi və ali təhsil müəssisələrinin əməkdaşlarının kartlarla təminatına başlanılıb. Aktiv istifadəçilərin sayı artıq 185 mini ötüb.
Qeyd edək ki, TəhsilPlus layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilir. Kart əməkhaqqı və debet kartı funksiyalarını birləşdirməklə yanaşı, təhsil müəssisələrində giriş-çıxış vasitəsi kimi də istifadə olunur.
Baxış sayı:148
Bu xəbər 02 Noyabr 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















