Icma.az
close
up
RU
Təhsildə “kağızsız dövr” müəllimlərin iş yükü azalacaq?

Təhsildə “kağızsız dövr” müəllimlərin iş yükü azalacaq?

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni tədris ilindən etibarən Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində əhəmiyyətli yenilik tətbiq olunması nəzərdə tutulub. Belə ki, artıq ənənəvi kağız jurnallar tarixə qovuşur, təhsil müəssisələrində bütün idarəetmə və tədris prosesləri yalnız “Rəqəmsal məktəb” platforması üzərindən aparılacaq.

Sistem üzərində işlər yanvar ayından etibarən növbəli şəkildə həyata keçirilib və yeni tədris ilinin əvvəlindən mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılıb. Məqsəd müəllim və məktəb rəhbərliyinin iş yükünü azaltmaqla yanaşı, prosesləri daha şəffaf və səmərəli şəkildə təşkil etməkdir. 

Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova qeyd edib ki, məktəblərdə kağız jurnalların elektron jurnallarla əvəz olunması həm müəllimlər, həm valideynlər, həm də ümumilikdə təhsil sistemi üçün çox mühüm və faydalı addımdır.

“İlk növbədə, bu dəyişiklik müəllimlər üçün böyük rahatlıq gətirir. Əvvəllər saatlarla kağız jurnalları doldurmaq, səhvləri düzəltmək, qeydləri yeniləmək çox vaxt aparırdı. İndi isə elektron jurnal vasitəsilə bu işlər daha sürətli və operativ şəkildə həyata keçirilir. Üstəlik, bütün qeydlər sistemli və şəffaf şəkildə saxlanıldığı üçün müəllim həm öz işini daha asan təqdim edə bilir, həm də artıq kağız daşıyıcıların daşınması və qorunması kimi yüklərdən azad olur”.

Müsahibimizin sözlərinə görə, elektron jurnalların tətbiqi ilə valideynlər üçün də böyük üstünlüklər yaranır:

“Onlar övladlarının davamiyyətini, qiymətlərini və nəticələrini real vaxtda izləyə bilirlər. Bu, təkcə imtahan nəticəsindən xəbərdar olmaq yox, gündəlik təhsil prosesinə qoşulmaq imkanı yaradır. Hətta ölkə xaricində və ya işdə olan valideyn də sadəcə telefon və ya kompüter vasitəsilə övladının təhsil göstəricilərini görə bilir. Bu isə valideyn-müəllim əməkdaşlığını daha da gücləndirir”.

O həmçinin vurğulayıb ki, ümumilikdə isə elektron jurnallar təhsil sisteminə şəffaflıq və keyfiyyət gətirir:

“Sistem vasitəsilə davamiyyət və nəticələr üzrə statistik məlumatlar asanlıqla toplanır, hansı məktəbdə və ya hansı fənndə çətinliklərin olduğunu dərhal görmək mümkün olur. Bu, qərarvermə prosesini sürətləndirir və təhsilin idarə olunmasını daha çevik edir. Şəffaflıq həm də təhsildə qeyri-şəffaf halların qarşısını almaqda mühüm rol oynayır. Beynəlxalq təcrübə də göstərir ki, elektron jurnallar təhsili daha müasir və valideynləri övladlarının uğurlarına daha yaxın edir. Məsələn, Estoniya, Finlandiya və Sinqapur kimi ölkələrdə bu sistem illərdir tətbiq olunur və nəticədə həm müəllimlərin yükü azalıb, həm də valideynlərin iştirakı artıb”.

Həmsöhbətimiz yeni sistemin çətin tərəflərinə diqqət çəkib:

“Əgər internet və ya elektrik enerjisində fasilələr yaranarsa, elektron jurnalların işləməsində müəyyən axsama mümkündür. Amma bu, dünyada bir çox ölkənin qarşılaşdığı ümumi problemdir. Çıxış yolu kimi məktəblərdə alternativ enerji mənbələrinin (günəş panelləri, generatorlar) qurulması, elektron jurnallara offline rejim imkanlarının əlavə olunması, məlumatların bulud sistemində avtomatik ehtiyat nüsxəsinin saxlanması, internet zəif olan bölgələrdə isə dövlət dəstəyi ilə xüsusi təhsil şəbəkəsinin qurulması təklif oluna bilər. Bundan başqa, yeni sistemə keçiddə həm müəllimlərin, həm də valideynlərin məlumatlılığını artırmaq çox vacibdir”.

O eyni zamanda əlavə edib ki, müəllimlər üçün ixtisasartırma təlimləri, valideynlər üçün isə ödənişsiz qısa kurslar da təşkil edilə bilər:

“Bu kurslarda valideynlər elektron jurnalın necə işlədiyini, övladlarının nailiyyətlərini necə izləyə biləcəklərini öyrənərlər. Eyni zamanda maarifləndirici video çarxlar hazırlanaraq sosial şəbəkələrdə və məktəb resurslarında yayımlana bilər. Bu, valideynlərin sistemə inamını artıracaq və onları prosesin aktiv iştirakçısına çevirəcək.

Düzdür, başlanğıcda bu sistemə öyrəşmək və texniki şərtləri tam təmin etmək bir az vaxt tələb edəcək. Amma bu, uşağın ilk addımı kimidir - əvvəlcə ehtiyatla atılır, sonra isə inamla irəliləyir. Mən əminəm ki, elektron jurnal bizdə də təhsil prosesini daha şəffaf edəcək və həm müəllim, həm də valideynlərin işini asanlaşdıracaq”,- deyə G.Əkbərova bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Sentyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri