Icma.az
close
up
RU
Muğamın mənşəyinə dair dəyərli əsər işıq üzü gördü

Muğamın mənşəyinə dair dəyərli əsər işıq üzü gördü

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi çərçivəsində biokimya üzrə fəlsəfə doktoru, humanitar elmlər üzrə master, şair Tariyel Azərtürkün “Hanki məkandan, hanki zamandan başlanır muğam?” kitabı hədiyyə olundu.

Dərin düşüncəyə, güclü məntiqə malik olan fədakar alim əsərini Azərbaycanın, bütövlükdə qədim türk dünyasının tarixinin, musiqi Müəllifin çoxillik və peşəkar araşdırmaları nəticəsində yazılan kitab 2010-2016-cı illərdə ABŞ-ın Sietl şəhərində ərsəyə gəlib, 2022-ci ildə isə təkrar işlənərək çapa imzalanıb. Müəllif gil üzərindəki mixi yazılarından əjdadlarımızın şeir, qəzəl, musiqi, rəqs, muğam və incəsənətin başqa sahələri haqqında bilikləri toplayaraq oxuculara təqdim edir. Əsər şumerlərin (qədim türklərin) musiqi dünyasına həsr edilmişdir. Müəllif mixi yazılarının araşdırılması nəticəsində Azərbaycan-türk musiqi incisi sayılan muğamın mənşəyinin dərin köklərinə aid nadir faktları aşkara çıxarmışdır. Kitabda muğamların adları, muğamın növləri, musiqi alətləri və terminləri haqqında, onların Azərbaycan-türk mədəniyyətinə aid olduğuna dair inandırıcı dəlillər gətirilmişdir. Əsərdə “Səmayi-Şəms”, “Mahur-Hindi”, “Bayatı-Qacar” və b. muğamlarımız haqqında maraqlı fikirlər var.

Əsər qədim musiqi tariximizin və musiqi mədəniyyətimizin xəzinəsinə daxil olan ən qiymətli incilərdən biridir.

Kitabın elmi məsləhətçisi – AMEA-nın müxbir üzvü, sənətşünaslıq elmləri doktoru, professor Rəna Məmmədova, elmi redaktoru – sənətşünaslıq elmləri doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru Abbasqulu Nəcəfzadə, redaktoru – sənətşünaslıq üzrə fəlsəfə doktoru Suraya Ağayeva, rəyçiləri – filologiya elmləri doktoru, mərhum professor Buludxan Xəlilov və tədqiqatçı, fizik Razim Əliyevdir.

Kitab Azərbaycan, rus və ingilis dillərində yazılmışdır.

Müəllifin mixi yazıları əsasında türk xalqının və türk dilinin mənşəyinin araşdırılmasına dair 1295 səhiflik ilk kitabı rus dilində Bişkekdə, Nyu-Yorkda, Sietlda, Sankt-Peterburqda və Bakıda 2018-ci ildə nəşr olunmuşdur.

Oxucular kitabları Yasamal rayonunun kütləvi kitabxanalarında oxuya bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 May 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri