Müğənni Leyla dağılan ailəsindən danışdı: Düşünməzdim ki, başıma gələr
Icma.az, Milli.az saytına istinadən bildirir.
Müğənni Leyla Rəhimova şəxsi həyatı ilə bağlı səmimi etiraflar edib.
Milli.Az-ın məlumatına görə, sənətçi "Evdəkilərə salam" verilişində bildirib ki, həyat hər zaman insanların arzuladığı kimi olmur və bəzi hadisələr gözlənilmədən baş verir.
"Həyatdır, hər şey göründüyü kimi olmur. Hər şey istədiyimiz kimi alınmır. Heç vaxt düşünməzdim ki, belə bir vəziyyətlə qarşılaşaram. Ailənin dağılması, ayrılıq yaşamaq mənim də başıma gələr", - deyə o bildirib.
Leyla Rəhimova sənətin onun üçün müvəqqəti, ailənin isə əbədi dəyər daşıdığını vurğulasa da, həyatın fərqli sınaqlarla qarşısına çıxdığını qeyd edib.
Müğənni keçmiş həyat yoldaşına qarşı kin saxlamadığını da dilə gətirib. O, vaxtilə həyat yoldaşını sevdiyini bildirərək, "Allah onun da canını sağ etsin. Ortada övladlarımız var", - sözlərini işlədib.
Sənətçi rəsmi şəkildə boşandıqlarını açıqlayıb. Hazırda övladları ilə birlikdə anasının bağ evində yaşadığını və şəxsi evi olmadığını deyən Leyla Rəhimova, uşaqların ataları ilə istədikləri zaman əlaqə saxladıqlarını da əlavə edib.
Müğənninin bu açıqlamaları sosial şəbəkələrdə maraqla qarşılanaraq müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 16 İyul 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















