Müğənninin qəza törətməsinin səbəbi açıqlandı Hadisə yerindən VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Zərdabda baş verən ağır qəzada muğam ifaçısı Məftun Məmmədovun atası və 2 yaşlı övladı dünyasını dəyişib. Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, müğənninin yaxınlarının sözlərinə görə, hadisəyə Məftunun idarə etdiyi avtomobilin qarşısına heyvanların çıxması səbəb olub. Belə ki, yol dumanlı və sürüşkən olduğundan Məftun heyvanları vurmaqdan yayınmaq istəyərkən maşın sürüşüb və idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Məftun Məmmədov Bakıda yaşayır, o, ailə üzvləri ilə birgə rayona "qara bayrama" gedibmiş. Qeyd edək ki, qəza nəticəsində Məftun Məmmədov, anası Rəna Məmmədova, həyat yoldaşı Sona Məmmədova, digər oğlu Uğur və İntiqam xəsarət alıblar. Hazırda onların Zərdab Rayon Mərkəzi Xəstəxanasında müalicələri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 09 Dekabr 2025 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















