Icma.az
close
up
RU
Müğənnininin qalmaqallı məhkəmə işi: Gecələr yuxusuz qalıb...

Müğənnininin qalmaqallı məhkəmə işi: Gecələr yuxusuz qalıb...

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Məndən Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət edən şəxs vəkil Emin Kiçikbəyovdur".
Bu sözləri Teleqraf.com-a açıqlamasında müğənni Dəniz Əsədova deyib:

"Bir il əvvəl Emin Kiçikbəyovdan Daxili İşlər Nazirliyinə şikayət etmişdim ki, o, mənim 10 min manat pulumu mənimsəyib. Kiçikbəyov mənimlə müqavilə bağlayaraq bildirmişdi ki, vəzifəli şəxslərin vasitəsiylə sizin məhkəmədə zərəçəkmiş kimi tanınmağınızı təşkil edəcəyik.

Bildirim ki, Kəlbəcər rayon mərkəzi xəstəxanasının sabiq baş həkimi Mehparə Kazımova ilə məhkəmədə mən hələ də şahid kimi qalmışam, zərəçəkmiş deyiləm. Baş Prokurorluğun ədalətli qərarına inanıram. Bu günə qədər nə Emin Kiçikbəyov, nə 79 min 500 manatımı mənimsəyən Ceyhun Yusifov, nə də Asim Abbasov mənə hüquqi yardım göstərməyiblər.

Həmin şəxslərə bildirmişəm ki, mənə hüquqi yardım göstərin, vəsatət qaldırın, şikayət ərizəsi verin. Mənim onsuz da sübutlarım var və rəsmi olaraq zərərçəkmiş qismində tanınacam. Bu şəxslər isə işə baxmayıblar, Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vəsatət verilməyib. Hər dəfə gecələr yuxusuz qalıb şikayət ərzisələri yazmışam. Bu məsələdən sonra məlumatım oldu ki, Ceyhun Yusifov haqqında Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayətlər var.

Mən zərərçəkmiş müğənniyəm. Mənim haqqım niyə pozulur?! Vəkil Emin Kiçikbəyov məndən pul almayıbsa, Bakı şəhər Baş Polis İdarəsində müvafiq qərar çıxarılardı. Amma heç bir qərar qəbul edilməyib. Material Baş Prokurorluğa təqdim edilib ki, cinayət işi başlanılsın.
Mən birinci məhkəmə prosesində əməliyyat edildiyimi bildirdim, ikinci məhkəmə prosesində isə məndən arayış təqdim etməyimi xahiş etdilər. Mən də arayış verdim. Bildirildi ki, haqqınızda məcburi gətirilmə qərarı verilib. Deyirəmi, axı, mən Binəqədi Rayon Polis İdarəsidə olmuşam. Mənə sms gəlməyib. Üç il əvvəl istifadə etdiyim köhnə nömrəmə məhkəmənin qərarını göndəriblər, bu isə mənə çatamayıb. Mən məhkəmə haqqında hardan məlumat əldə edim?!

Qərar verilir ki, haqqında axtarış elan edilsin. Mənim günüm səhnədə yox, hüquq-mühafizə orqanlarında keçir. Mən hara qaçacam?!"

Qeyd edək ki, bir nəfər vətəndaş müğənni barəsində məhkəməyə xüsusi ittiham qaydasında şikayət edib. Həmin şikayət üzrə məhkəmə prosesi davam edir.Daha 3 nəfər müğənni Dəniz Əsədovanın xüsusi ittiham qaydasında cəzalanmasını tələb edir. Şikayətçilər Dəniz Əsədovanın Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş edir.

Dəniz Əsədova ittihmala razılşamır.

Hər üç şəxsin müraciətinə hazırda Binəqədi rayon Məhkəməsində baxılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 03 Dekabr 2024 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri