Müharibə 5 ci ilə addımlayır: Ukraynanı NƏ GÖZLƏYİR?
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya ilə Ukrayna arasında başlayan genişmiqyaslı müharibədən 4 il 8 ay ötür. Maraqlıdır, müharibədən keçən bu müddətdə Qərbin mövqeyinin zəiflədiyini demək olarmı? Qarşıdakı dövrlərdə Rusiyanın öz planını reallaşdırma ehtimalı nə qədərdir?
Bakıvaxtı.az-ın suallarını politoloq İlqar Vəlizadə cavablandırıb.
Onun sözlərinə görə, müharibə artıq təkcə Rusiya və Ukrayna arasında deyil, bütün Avropa təhlükəsizlik sistemini dəyişib:
"Təəssüflər olsun ki, bu müharibə davam edir. Regiondakı, Rusiyada, Ukraynada və Avropada vəziyyət keyfiyyət baxımından dəyişir. Avropa təhlükəsizlik sistemi çox böyük mənfi dəyişikliklərə məruz qalır. Rusiyanın Ukraynanı 3 günə almaq planı daha çox siyasi ritorikadır. Bu, sadəcə PR-dır. O planı heç kim öz gözü ilə görməyib. Əlbəttə, Rusiya bu məsələni qısa vaxtda həll etmək istəyirdi. Bu, alınmadı. Aydındır ki, Rusiya 5 illik müharibə planlaşdırmırdı. Rusiya düşünmürdü ki, Ukrayna bu qədər effektiv müqavimət göstərəcək".

İlqar Vəlizadə: "Rusiya düşünmürdü ki, Ukrayna bu qədər effektiv müqavimət göstərəcək"
Politoloq qeyd edib ki, müharibənin uzanması hər iki tərəfə ciddi zərbə vurub.
"Donbasın xeyli hissəsi hələ də Ukraynanın əlindədir. Rusiya onu zəbt edə bilməyib. Cəbhə xətti illərdir demək olar ki, dəyişməz qalır. Bu, Ukraynanın və Avropanın birgə səylərinin nəticəsidir. Digər tərəfdən müharibə fonunda Rusiyanın xarici və hərbi-siyasi mövqeləri kifayət qədər sarsılıb. Amma müharibəni davam etdirməsi onu göstərir ki, hələ də buna gücü çatır. İtkilər hər iki tərəf üçün ağırdır, lakin Ukrayna üçün daha dəhşətlidir. Rusiyanın əhalisi təxminən 3% azalıb. Kimsə həlak olub, daha böyük hissəsi ölkəni tərk edib. Ukraynanın itkiləri isə daha ağırdır. Müxtəlif ehtimallara görə, əhalisi azı üçdə bir, hətta yarıbayarı azalıb. Bu, dəhşətli rəqəmlərdir", - deyə müsahibimiz əlavə edib.

Müharibənin iqtisadi təsirlərindən söz açan İ. Vəlizadə hesab edir ki, Ukraynanın ÜDM-i 130-140 milyard dollardırsa, borcu 200 milyardı aşıb və sürətlə artır. İxrac potensialı düşüb:
"Avropa Ukraynaya dəstək olur, amma bu pullar infrastrukturun və ordunun saxlanmasına gedir. Bu da Avropaya çətinlik yaradır. Qazın qiyməti artır, Avropanın rəqabət qabiliyyəti azalır. Tərəflər artıq danışıqların vacibliyini anlayır. 21 sanksiya paketi qəbul edilib, amma Rusiyaya bir o qədər təsir etməyib. Çünki Çin, Hindistan, Braziliya ilə münasibətlərini saxlayır. Gəlirləri azalsa da, müharibə aparmaq imkanı var. Avropa 2 il əvvəl deyirdi ki, Rusiya ilə danışıq aparmaq əbəsdir. İndi deyir ki, bəli, aparacağıq, amma bizim şərtlərimizlə...Rusiya da deyir ki, sizin şərtlərinizlə olmaz. Yəni, artıq hər iki tərəf danışıqlara meyillidir. Rasional yanaşma və maksimalist tələbləri kənara qoymaq lazımdır".
Müsahibimizin fikrincə, tərəflər 4 il əvvəl reallıqları görsəydi, bu qədər itki olmaya bilərdi. Əgər müharibənin əvvəlində tərəflər xülyalarla deyil, reallıqla yaşasaydı, bəlkə bu acınacaqlı vəziyyət yaşanmazdı.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 13 Noyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















