Icma.az
close
up
RU
Müharibə bir ilə bitəcək?

Müharibə bir ilə bitəcək?

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Nurlan UMUDOV
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistrantı
Üç ildən artıqdır davam edən və on minlərlə insanın ölümünə səbəb olan Rusiya-Ukrayna müharibəsi günahsız canlar almaqda davam edir. Rusiyanın bitmək bilməyən istəkləri regionda sülhün və sabitliyin bərpasına mane olur. Davam edən amansız müharibə bəşəriyyətə heç bir fayda gətirmir, sadəcə, dağıntı və qətliamlarla nəticələnir.
Bu cür ağır vəziyyətin ən qısa zamanda başa çatması və insanlıq tarixinin yenidən dincliyə, əmin-amanlıq dövrünə qayıtması hər bir kəsin arzusudur. Mövcud vəziyyət müharibənin yaxın zamanlarda bitəcəyini göstərməsə də, bir sıra amillər var ki, bunlar münaqişənin bir ilə kimi bitəcəyini iddia etməyə əsas verir.

Avropanın ümidləri və reallıq

Avropa dövlətləri, xüsusən də Qərb cəbhəsi mövcud müharibəni öz maraq və mənafelərini müdafiə etmək üçün dəstəkləyir və davam etməsində əsas pay sahiblərindən biridirlər. Hətta ABŞ-ı, Donald Trampı müharibəyə aktiv aktor kimi qoşmağa çalışırlar ki, bu yolla öz üzərlərində olan yükü azaltsınlar. Nəticə etibarı ilə daha genişmiqyaslı müharibədə güc balansı yenidən formalaşa bilər. Bu da Avropanın “xilasına” təkan verər.
Bir yandan müharibənin davam etməsində böyük pay sahibi olsalar da, digər tərəfdən mövcud müharibə Avropa dövlətlərinə ciddi zərər vurmaqda davam edir. Siyasi-hərbi böhran, sosial-iqtisadi gərginlik həmin dövlətlərin mövqeyini daha da zəiflədir və ABŞ başda olmaqla, bir sıra dövlətlərin asılılığına keçməsinə səbəb olur. Bunun qarşısının alınması və özünübərpa üçün atəşkəs danışıqları Qərb dünyası üçün mühüm idi. Bu istiqamətdə ən böyük ümidləri Alyaska Sammiti olmuşdur.
Sözsüz ki, Avropa bu görüşə xüsusi diqqətlə yanaşırdı və nəticələrini səbrsizliklə gözləyirdi. Ən böyük ümidləri isə danışıqlar zamanı atəşkəsin əldə olunması və müharibənin sona çatması üçün vacib addımların atılması idi. Lakin proseslər tam olaraq istədikləri kimi getmədi və reallıq tamamilə başqa cür oldu.
Bunun əsas səbəblərindən biri Avropanın sülh proseslərinə reallıqdan kənar, həddindən artıq utopik yanaşmasıdır. Onların istəkləri doğrultusunda atəşkəs əldə olunmalı, Ukraynanın ərazi bütövlüyü bərpa edilməli, Rusiya işğal etdiyi torpaqlardan qeyd-şərtsiz çıxmalı və Avropanı təhdid edəcək fəaliyyətlərdən uzaqlaşmalı idi.
Ancaq reallığı nəzərə alsaq, Rusiya üç ildən artıq davam edən müharibədə açıq şəkildə üstünlüyə sahib olmasa da, məğlub vəziyyətdə də deyil. Döyüşlər Ukrayna torpaqlarında gedir və Ukrayna şəhərləri dağılır, əhalisi məhv olur. Müharibə ərzində bir sıra ərazilər işğal edilib, bir çox ərazilərdə rus ordusu möhkəmlənib və hər gün yeni döyüşlər baş verir.
Rusiya hakimiyyətinin düşüncə tərzini də hesaba qatsaq, onlar üçün ölənlərin, itkin düşənlərin heç bir əhəmiyyəti yoxdur. İstər qarşı tərəfdən, istərsə də özlərinin itkiləri onları maraqlandırmır və nəyin hesabına olursa-olsun, müharibəni davam etdirməkdə maraqlıdırlar. Bu da Rusiyanı Avropa üçün hələ də aktiv təhdid mənbəyi olaraq saxlayır. Avropanın isə müharibəyə hazır olmaması baş verən hər hadisədə bir daha üzə çıxır.

Ukraynanın gözləntiləri

Müharibənin ən ağır və şiddətli tərəfini görən Ukrayna xalqı artıq uzun müddətdir ki, müharibənin bitməsini, ən pis halda atəşkəsin olmasını istəyirlər. Belə bir vəziyyətdə xalqın əksəriyyəti üçün tək istək müharibənin bitməsi və normal yaşama qayıdışdır.
Digər tərəfdən, Ukrayna dövləti üçün müharibənin qarşı tərəfin şərtlərinin diktəsi ilə bitməsi qəbuledilməzdir. Bu, dövlətin müstəqilliyinə, suverenliyinə, konstitusion quruluşuna və ən önəmlisi də ərazi bütövlüyünə ziddir.
Ağır şərtlər altında davam edən müharibə Ukrayna xalqının genofonduna ciddi zərər yetirir. Milyonlarla insanın ölkəni tərk etməsi, cavan və ortayaşlı vətəndaşların müharibədə həyatlarını itirməsi, yaşayış və infrastruktur obyektlərinin dağıdılması böyük itkilərdir. Müharibənin uzanması isə vəziyyəti daha da ağırlaşdırır.
Belə olduqda, Ukrayna cəbhəsi üçün əsas bir məqsəd formalaşır: müharibəni ən qısa zamanda bitirmək.
Son zamanlar aktiv hücumlar, Rusiya sənayesini hədəfə alan əməliyyatlar, neft-qaz sistemlərinin sıradan çıxarılması bu məqsədin həyata keçirilməsinin bir hissəsi ola bilər. Odur ki, yaxın bir il müharibənin taleyinin həll olunmasında, gedişatının müəyyənləşdirilməsində mühüm rol oynayacaqdır.
Rusiyanın özünəxas istəkləri
Müharibədə məğlub olmasa da, böyük qələbə qazana bilməyən Rusiya, yenə də həddindən artıq ağır və ciddi tələblərlə sülh danışıqlarına gedəcəyini bildirir. Bunun ən bariz nümunəsi Alyaska görüşündəki danışıqlar prosesi olub. Alyaskada baş tutan görüşdə Vladimir Putinin Donbassın tamamilə Rusiyaya verilməsi, Krımın rəsmən Rusiya ərazisi kimi tanınması, Ukraynanın NATO-ya qoşulmasına icazə verilməməsi, Ukraynada rus dilinin rəsmi status alması, eyni zamanda Rusiya Pravoslav Kilsəsinin azad şəkildə fəaliyyət göstərməsi şərtlərini irəli sürməsi, bunun qarşılığında Ukrayna lehinə çox cüzi addımlar atacağını bildirməsi Rusiyanın mövqeyini və istəklərini bariz şəkildə göstərir.
Rusiyanın müharibə müddətində güclü “immunitet” qazanması, öz ayaqları üzərində dayanma qabiliyyətini inkişaf etdirməsi və müasir geosiyasi arenada xeyli güclü müttəfiqlərə sahib olması istəklərindən asanlıqla əl çəkməyəcəyini göstərir. “Mövcud vəziyyətdə müharibənin davam etməsi Rusiyaya çox ciddi zərər vurmur”,- fikri təbliğ olunsa da, reallıqda onlar üçün də ciddi problemlər yaranır.
Son zamanlar Ukrayna ordusunun infrastruktur mərkəzlərinə, əsas etibarilə neft-qaz sənaye mərkəzlərinə vurduğu zərbələr rusları ciddi zərərlə üzləşdirir. Bu cür hücumların davam etməsi Rusiyanın əsas iqtisadi dayaq nöqtəsinə böyük zərbə vurur ki, belə olan halda artıq rahat şəkildə müharibəni uzunmüddət davam etdirə bilməz. Rusiya cəbhəsinin də müharibəni daha qısa zaman ərzində bitirməyə yönəlməsi mümkündür.
Son aylar qarşılıqlı sənaye obyektlərinə hücumlar, Rusiyaya məxsus dron və PUA-ların NATO üzvü olan Avropa dövlətlərinin hava məkanlarını pozması müharibənin yeni mərhələsinə başlanğıc kimi qiymətləndirilə bilər.
ABŞ-nın mövqeyi və maraqları
Donald Trampın ABŞA-da yenidən hakimiyyətə gəlməsi, mövcud münaqişənin davam etdirilməsində maraqlı mövqedə çıxış etməməsi, tərəflər arasında sülh çağırışları, bu istiqamətdə körpü rolunu oynamağa hazır olması hər kəsə məlumdur. Lakin bu amillərlə yanaşı bir sıra digər maraqlar da mövcuddur ki, Trampın timsalında ABŞ müharibəni maksimum dərəcədə qısa zaman ərzində bitirməyə çalışır.
Ukraynanın Tramp üçün xüsusi çəkiyə malik olmaması, illər ərzində Ukraynaya verilən dəstəyin ABŞ iqtisadiyyatına ciddi zərər verməsi, Rusiya ilə Qərb blokunun dolayı müharibəsi və ABŞ-nın bunun bir parçası olması bir biznes adamı olaraq ona zərər vurması, potensial biznes imkanlarının həyata keçirilə bilməməsi -bütün bunlar ABŞ və Tramp üçün heç də yaxşı məna kəsb etmir. Belə olan halda müharibənin uzun müddət davam etməsi heç bir əhəmiyyətə malik deyil.
ABŞ-ı yenidən fövqəltəbii dövlətə çevirməyə çalışan Trampın şəxsi ambisiyalarını da nəzərə alsaq, düşünürəm ki, Tramp 2026-cı ilin 4 iyul tarixinə qədər mövcud müharibəni bitirməyə çalışacaq. Qeyd edilən tarix ABŞ-nın yaradılmasının 250 illik yubileyinə təsadüf edir və amerikalılar üçün xüsusi əlamətdər gün olacaq. Həmən tarixə kimi dünyada mövcud olan ən vacib münaqişəni dayandırmaq Tramp üçün böyük əhəmiyyətə malik ola bilər. Bu yolla həm öz istədiyini əldə edə, yəni ABŞ tarixinə həm bu işi ilə düşə bilər, həm də digər dövlətlərə ABŞ-nın və özünün qüdrətini bir daha göstərər.
Bunu hansı yolla edəcəyi isə əsas sualdır. Son zamanlara kimi danışıqları, diplomatiyanı üstün tutan Tramp, artıq son günlər müəyyən qədər fərqli trayektoriya üzrə gedir. Uzun müddətdir müzakirə mənbəyi olan “Tomahavk” uzaqmənzilli, dəqiq idarə olunan qanadlı raketlərin Ukraynaya verilməsi istiqamətində danışıqların başlanması bir çox məsələdə yeni suallar və fikirlər yaradır. Bunlardan biri də artıq ABŞ-nın müharibəni sülh və danışıqlar yolu ilə deyil, kəskin və qısamüddətli döyüşlər yolu ilə bitirməsində maraqlı olmasıdır.
Bu raket sistemləri ilə Ukrayna Rusiya ərazisinin dərinliklərində xüsusi əhəmiyyətə malik hərbi obyektləri, infrastrukturları, sənaye komplekslərini rahatlıqla hədəf ala və məhv edə bilər. Bu da öz növbəsində müharibənin gedişatında çox ciddi dəyişikliklərə səbəb olar. Həmçinin, digər dəstəklərlə də cəbhə boyu sürətli əks-hücumlar təşkil edərək uğurlar qazana bilər. Nəticə etibarı ilə uzun müddətdir gözlənilən sonluğun baş tutması mümkündür.
Lakin bütün bunlar baş verəcəyi təqdirdə sözsüz ki, Rusiya da hərəkətsiz qalmayacaq və nəzərdə tutduğu tədbirləri həyata keçirəcəkdir. Rusiya tərəfi “Tomahavk” uzaqmənzilli qanadlı raketlərə qarşılıq hava hücumundan müdafiə sistemlərini gücləndirəcəyini açıqlasa da, təbii ki bununla kifayətlənməyəcək. Son zamanlar Polşa, Danimarka, Almaniya kimi dövlətlərin hava məkanını pozan dron və PUA-ların bunu səbəbsiz etmədiyi hər kəsə məlumdur. Əsas fikirlərə görə, bu bir tərəfdən kəşfiyyat məqsədi daşıyır, digər tərəfdən isə NATO dövlətlərini təhrik edərək münaqişəyə qoşulmasına cəlb etmək kimi qiymətləndirilir.
NATO-nun müharibəyə aktiv cəlb olunması o qədər də qazanclı olmaya bilər, xüsusən də ciddi itkilərin baş verdiyi son dönəmlərdə. Ancaq ciddi kəşfiyyat xarakterini daşıdığını demək olar. Ukrayna tərəfi ilə yekun razılaşma olmadan və ya raket sistemləri təhvil verilmədən Rusiyanın ciddi addımlar atacağını ehtimal etmək mümkündür.
Rusiyanın müharibəni qısa müddətdə öz lehinə bitirməsi üçün bir sıra fikir irəli sürmək olar. Bunlar arasında ən vacibi qısa zaman ərzində sürətli hücum başlatmaq ola bilər. Bunun üçün isə Rusiya Ukraynanın əsas infrastruktur mərkəzlərini dağıtmalı, yardım gələn yollarını bağlamalıdır. Ehtimal etmək olar ki, Polşa kimi dövlətlərə yönləndirilən dronlar bu istiqamətdə vacib kəşfiyyat məlumatları əldə etmək üçün təyinatlandırılıb.
Qərbin Ukraynaya əsas yardım yolu Polşadan keçir və buradan Ukraynaya daxil olur. Rusiyanın sürətli hücum başlatması və Ukraynanı əlacsız qoyması üçün həmin yolların dağıdılması və məhv edilməsi əsas hədəflər kimi qarşıya qoyula bilər. Bu məqsədlə potensial hücumların hazırlanması üçün genişhəcmli kəşfiyyat fəaliyyəti aparılır.
Şiddətli döyüşlərin baş verməsi isə təxminən yaxın bir neçə aya və ya yaz aylarına planlaşdırıla bilər. Qış fəslinin əlverişsiz olması bir çox cəhətdən maneə yaratdığı üçün proses ya sürətləndirilib qışa qədər başa çatdırıla, ya da qışın sonuna qədər bütün hazırlıqları bitirib hərəkətə keçilə bilər. Eyni zamanda, gözlənilməz addım atmaq üçün qış aylarının da hücum üçün nəzərdən keçirilməsi mümkündür. Hər bir halda ciddi hazırlıq və sürətli hərəkət qabiliyyəti təkmilləşdirilməlidir. Əks təqdirdə tərəflərin hər biri istədiyi nəticəni əldə edə bilməyəcək.
Sürətli və şiddətli döyüşlər müharibənin gedişatını ciddi şəkildə dəyişə bilər və qısa zaman ərzində başa çatmasında təkan rolunda çıxış edər. Buna nümunə kimi 2-ci Qarabağ müharibəsinin gedişatını göstərmək olar. 44 gün ərzində davam edən, bütün cəbhə boyu şiddətli və sürətli əməliyyatlarla baş tutan müharibə qısa zamanda öz müsbət nəticəsini vermişdir. Eyni üsuldan istifadə etməklə həm Ukrayna, həm də Rusiya müharibəni öz lehinə çevirə bilər. Belə olan halda qarşı tərəfi şərtsiz kapitulyasiyaya cəlb etmək və müharibəni ən qısa zamanda bitirmək mümkündür. Bu da öz növbəsində 4 ilə yaxın davam edən mənasız müharibəni sona çatdırar.
İrəli sürülən hər bir ehtimalın ciddi itkilərə, dağıntılara səbəb olacağı qaçılmazdır. Ancaq tərəflərin hansı qərarı qəbul edəcəyi davam edən siyasi-hərbi proseslərin nəticələrindən asılı olacaq. Hər bir halda müharibənin dinc yolla həlli insanlıq üçün daha vacib və arzuolunandır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://reyting.az
archiveBu xəbər 22 Oktyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see242

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see240

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see231

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see205

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see187

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see177

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see172

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see170

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see170

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see162

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see162

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see152

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see151

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see150

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see133

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri