Icma.az
close
up
RU
Müharibə necə sonluqla bitəcək?

Müharibə necə sonluqla bitəcək?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Müharibənin gedişatı ABŞ və İsrailin istədiyi kimi getmir. Böyük ehtimalla, bu müharibə bir müddət də davam edəcək”.

Bu sözləri Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu “Cebheinfo.az”-ın İranla müharibənin hansı sonluqla bitəcəyi ilə bağlı sualını cavablandırarkən bildirib. O qeyd edib ki, müharibənin hansı sonluqla bitəcəyini indidən söyləmək çox çətindir: 

“Fevralın 28-də İrana qarşı başladılan hücum əməliyyatları nə ABŞ, nə də İsrailin gözləndiyi kimi getmir. İsrail gözləyirdi ki, İrana qarşı müharibə başlayan kimi ölkəni kütləvi etirazlar bürüyəcək və nəticə etibarı ilə rejim çökəcək. Bu baş vermədi. Burada digər önəmli məqam isə Trampın bazar günü verdiyi açıqlamalardır.

Tramp qeyd edib ki, ABŞ NATO-da müttəfiqlərini 40 il bəsləyib və onlara hər cür dəstək verib, amma müttəfiqlər bu müharibədə ABŞ-ı yalnız buraxdı. Müharibənin gedişatında İsrail və ABŞ hələ ki, istədiyi nəticələri əldə etməyib. Buna baxmayaraq, İrana maksimum zərbələr davam etdiriləcək”. 

Digər tərəfdən, İsrailin zamanında istifadə etmək istədiyi kürd kartı da qeyri-müəyyən səbəblərdən təxirə düşüb: 

“Tramp da gələn həftə Çinə gözlənilən rəsmi səfərini təxirə salıb. Bu baxımdan, müharibənin sonu barədə proqnoz vermək o qədər də asan görünmür.  Amma əmin olun ki, münaqişə tərəfləri məğlub olsalar belə, onlar öz zəfərlərini elan edəcəklər.

Həm ABŞ-İsrail cütlüyü, həm də İran özünü bu müharibədən qalib çıxmış kimi göstərəcək.  Xüsusi bir məqamı da vurğulayım ki, böyük ehtimalla, bu müharibədə İranın proksi qüvvələri, xüsusilə də Livanda Hizbullah struktur baxımından tamamilə dağıdılacaq”. 

R.Hazfizoğlu vurğulayıb ki, bu məsələ barədə konkret yanaşma irəli sürmək olmur:

“Çünki bu məsələ təkcə İranla bitmir, burada İraq və Körfəz ölkələri, hətta ABŞ-nin NATO-dakı müttəfiqləri faktorunu da nəzərə almaq lazımdır. Körfəz və Qərb ölkələrinin də bu müharibəyə qoşulmasını istəyirlər”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

 

Açar sözlər: müharibə Rufiz Hafizoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Mart 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see666

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see361

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see218

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see194

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see187

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see184

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see183

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see175

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see171

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see171

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see170

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see168

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see167

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see166

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see165

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see165

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see164

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see161

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri