Icma.az
close
up
RU
Qəzzada müharibə bitəcək?

Qəzzada müharibə bitəcək?

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Qəzzada mövcud vəziyyətə yenidən toxunub. Belə ki, o, jurnalistlərə açıqlamasında Qəzzada döyüşlərin yaxın həftələrdə bitəcəyini bildirib. Onun sözlərinə görə, yaxın iki-üç həftə ərzində Qəzzada yeni proseslər müşahidə olunacaq - belə demək mümkünsə, uzunmüddət aparılan danışıqların müsbət nəticələri ortaya çıxacaq. ABŞ Prezidenti İsrailin Baş naziri Benyamin Netanyahu ilə bu istiqamətdə mütəmadi əlaqə saxladığını da vurğulayıb. Qeyd edək ki, bir müddət bundan əvvəl - iyulun ortalarında Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında Tramp jurnalistlərlə söhbətində eyni fikirləri səsləndirmişdi - Ağ Evin rəhbəri Fələstin anklavında atəşkəslə bağlı danışıqların gedişatı barədə sualı cavablandırarkən bildirmişdi ki, bölgədə vəziyyət bir həftə ərzində həll olunacaq. Bundan əvvəl - iyulun 9-da Tramp Ağ Evdə Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal liderləri ilə görüşündə də qeyd etmişdi ki, İsrail, ABŞ və HƏMAS Qəzzada atəşkəsin təmin olunması və girovların azad edilməsi üçün razılaşmaya yaxınlaşıblar - “Deyə bilərəm ki, biz Qəzza ilə bağlı razılaşmaya çox yaxınlaşmışıq. Biz atəşkəs, sülh və girovların qaytarılmasını istəyirik və hesab edirəm ki, buna yaxınıq”. Trampın ümidverici bəyanatlarına baxmayaraq, Qəzzada müharibə hələ də davam edir, hələ də danışıqlarda atəşkəs və girovların qaytarılması ilə bağlı heç bir nəticə əldə olunmayıb və münaqişə tərəfləri hələ də ortaq məxrəcə gələ bilmirlər. Maraqlıdır, görəsən, bunun səbəbləri nə ilə bağlı ola bilər? Münaqişənin davam etməsində hansı tərəf günahkardır? Qəzzada atəşkəsin təmin olunması, vəziyyətin sabitləşməsi üçün hansı həll variantları irəli sürülə bilər? 

Münaqişə tərəflərinin şərtləri bir-biri ilə uzlaşmır

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Qəzzada müharibənin davam etməsi bir sıra amillərlə bağlıdır. “ABŞ Prezidenti Donald Trampın “Qəzzada döyüşlərin yaxın 2-3 həftə ərzində bitə biləcəyini” söyləməsi ümidverici olsa da, müharibənin davam etməsinin arxasında çox ciddi səbəblər dayanır. Bu səbəblərdən ən önəmlisi isə uyğun mərhələli razılaşmanın olmamasıdır. 2025-ci ilin yanvarında üç mərhələli atəşkəs razılaşması əldə edildi: 1-ci mərhələdə məhdud əsir dəyişməsi və yardım təminatı, 2-ci mərhələdə tam müharibənin bitməsi, 3-cü mərhələdə isə Qəzzanın bərpası nəzərdə tutulmuşdu . Lakin bu razılaşma ilə irəliləyiş əldə olunmadı, çünki İsrail yeni sülhməramlı “Witkoff planı” təklif etdi. HƏMAS isə ilkin razılaşmanın davam etməsinin tərəfdarı idi,” - deyə V.Zifəroğlu əlavə edib ki, münaqişə tərəflərinin tələbləri bir-biri ilə uzlaşmır. “HƏMAS atəşkəs üçün İsrail qoşunlarının bölgədən tam geri çəkilməsini, müharibənin qəti dayandırılmasını tələb edir. İsrail isə həm girovların azad edilməsini, həm də HƏMAS tərəfindən beynəlxalq hüquqi cavabdehliyin ortaya qoyulmasını istəyir. Başqa bir önəmli səbəb İsrailin öz daxilində gedən proseslərlə bağlıdır. İsrailin siyasi liderləri - xüsusən Netanyahu və onun ultrasağ partiya koalisiyası- Qəzzadakı müharibədən daxili siyasi dəstək üçün bir vasitə kimi istifadə edirlər”.

Qarşılıqlı etibar yoxdur

“ABŞ və digər dövlətlərin təklif etdiyi uzunmüddətli planlar isə ya həyata keçirilməyib, ya da çox gecikib. Qətər və Misir vasitəçiliyi ilə bir neçə atəşkəs təklifi irəli sürülüb, amma İsrail bu planlara ya müvafiq cavab verməyib, ya da onları az bir müddət sonra dəyişdirib . Avropa ölkələrinin Fələstin dövlətçiliyini tanıması kimi hərəkətlər də danışıqların son mərhələsini çətinləşdirir,” - deyə V.Zifəroğlu vurğulayıb ki, hər iki münaqişə tərəfinin bir-birinə inamı yoxdur: “7 oktyabr” hadisəsi həm İsrail, həm də Fələstin tərəfi üçün emosional cizgidir və qarşıdurmanı daha da dərinləşdirir. Tramp da məhz bu amilin atəşkəsə mane olduğunu vurğulayır.  Faktiki olaraq vasitəçi dövlətlər (ABŞ, Qətər, Misir) birtərəfli təzyiqlərlə dərin diplomatik həll yaratmağa çalışsa da, müqavimətlə üzləşiblər. Real vəziyyət onu göstərir ki, müharibənin bitməsi üçün yalnız şəxsi istəklər yetərli deyil, həm də dərin siyasi koordinasiya, güvən artırıcı mexanizmlər, humanitar prinsiplərə sadiqlik və real strukturlaşdırılmış plan tələb olunur”.

Yunis ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Avqust 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see671

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see363

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see221

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see200

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see188

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see184

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see183

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see179

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see176

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see175

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see173

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see173

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see171

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see169

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see168

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see166

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see165

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see161

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri