Icma.az
close
up
RU
Müharibə bitməyəcək: “Qərarı indi Putin yox, başqa adamlar verir”

Müharibə bitməyəcək: “Qərarı indi Putin yox, başqa adamlar verir”

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Donald Tramp ABŞ-nin 47-ci prezidenti kimi and içərək vəzifəsinin icrasına başlayıb.

O, andiçmə mərasimindəki çıxışının əvvəlində "Prezident postuna geri dönərkən milli uğurlar dövrünün başlanğıcı üçün qətiyyətli və nikbinəm”,-deyib.

Daha sonra tərəfdarlarının keçirdi imitinqdə keçmiş prezident Co Baydenin "zərərli və radikal idarəçilik aktları" adlandırdığı 78 fərmanını ləğv edib. 

Tramp əlavə edib ki, bütün bu fərmanlar təxminən beş dəqiqə ərzində etibarsız sayılacaq.

Bunun ardından, o, öz administrasiyasının formalaşdırılması ilə bağlı bir sıra əsas problemlər üzrə fərmanlarını imzalamağa başlayıb və prosesi jurnalistlərin iştirakı ilə Ağ Evdəki Oval Ofisdə davam etdirib.

Trampın ölkədə sürətli və radikal dəyişikliklər etməyə qətiyyətli olduğunu göstərən başqa bir fakt andiçmədən dərhal sonra Ağ Evin saytının dizaynının dəyişdirilməsi olub. 

Saytda Trampın böyük bir fotosunun fonunda "Amerika geri döndü" yazısı yerləşdirilib və prezidentin vədi əks olunub: 

"Hər gün, hər nəfəsimdə sizin üçün mübarizə aparacağam. Güclü, təhlükəsiz və rifahlı bir Amerika qurmayana qədər sakitləşməyəcəyəm, bizim uşaqlarımız və sizlər buna layiqsiniz. Bu, həqiqətən Amerikanın qızıl dövrü olacaq."

Bəs bundan sonra nələr olacaq?

Analitiklər Trampın hərəkətlərini proqnozlaşdırmaqda çətinlik çəkirlər.

Ukraynalı politoloq Aleksandr Oxrimenko “Cebheinfo.az”-a açıqlamasında bildirib ki,  əsas məsələ Trampın çıxışının gözlənildiyindən daha zəif olmasıdır. O, nə Ukraynaya, nə Rusiyaya, nə də müharibəyə toxunub: 

“Plan yoxdur, fərqli ideyalar var"

"Təkcə dedi ki, bütün müharibələri dayandıracaq, amma bu barədə heç bir konkret açıqlama vermədi. Əslində, andiçmə çıxışı rəsmi və ənənəyə uyğun idi, amma konkret heç bir şey demədi. Prezident olduqdan sonra isə Ukrayna müharibəsi haqqında yalnız bir neçə söz dedi: “Zelenski sülh istəyir”. Amma Putin haqqında heç nə bilmədiyini qeyd edərək, "Əgər Rusiya danışıqlar masasına oturmaq istəməzsə, uduzacaq",-dedi.

Diqqət yetirək ki, ABŞ-nin yeni dövlət katibi olacağı ehtimal edilən şəxs sülh üçün hər iki tərəfin güzəştə getməli olduğunu bildirir. Diplomatik baxımdan, bu düzgün olsa da, real vəziyyətdə mümkün olmayacaq. 2-4 saatlıq sülh mövzusu artıq keçərli deyil. 

Tramp bir neçə dəfə zarafat etdi və dedi ki, hələ bir neçə saatı var, amma fakt budur ki, artıq bu mövzunnun dövrü  keçib. Sonradan 2-3 aylıq sülh mövzusu ortaya çıxdı, amma bu da özünü doğrultmadı, çünki Tramp və ətrafı artıq konkret tarix vermir. Sadəcə zaman-zaman "bu il" kimi qeyri-müəyyən ifadələr səsləndirilir. Beləliklə, Tramp və ətrafı müharibəni necə sona çatdıracağını bilmir. Hər hansı bir plan yoxdur, yalnız fərqli ideyalar var".

“Qərarları indi başqa adamlar verir”

A.Oxrimenko qeyd edib ki, əvvəllər Tramp Putinə zəng edərsə, müharibənin sona çatacağına dair müxtəlif avantürist fikirlər var idi:

“Lakin Tramp artıq bunun yalan olduğunu başa düşüb. Vəziyyət çox fərqlidir. Hətta əgər zəng etsə belə, Putin artıq Kremldə müharibəni dayandırmaq  üçün güc sərf edə bilməz. Onun dediyi heç nə Kremldə qəbul edilə bilməz, çünki qərarları indi başqa adamlar verir. 

Bəlkə də danışıqlara Putinlə və ya Trampla deyil, Kremldə real gücü əlində saxlayan şəxslərlə başlamaq lazımdır. Hazırda onlar "gizli kartel" kimi fəaliyyət göstərir və öz aralarında mübarizə aparırlar. Kremldə iki böyük “qüllə” var ki, onların hansının qalib gələcəyini indiki halda deymək çətindir. Bu mübarizə sona çatdıqdan sonra nəsə etmək olar.

Ukrayna müharibəni bitirmək istəyir və bəlkə də danışıqlara hazırdır, amma Putinlə danışıqlar mənasızdır. Kremldə həqiqətən hakimiyyəti idarə edənlər hələ də gücü əllərində saxlamağa çalışırlar və bunun üçün əvvəlcə Kremldə hakimiyyəti ələ keçirməlidirlər. Buna görə də bu vəziyyətdə danışıqlar mümkün deyil. Hətta danışıqlar başlasa belə, uzun müddət, hətta illərlə davam edəcəyi ehtimalı yüksəkdir, çünki hazırda həm Ukraynanın, həm də Rusiyanın məqsədləri çox fərqlidir".

O bildirib ki, Ukrayna üçün əsas məsələ Rusiyanın məhv edilməsidir:

“Çünki yalnız o zaman müharibənin dayandırılacağına və dünya üçün sülhün təmin olunacağına əmin ola bilərlər. Rusiyanın varlığı davam etdiyi müddətdə dünya üçün təhlükə olacaq. Rusiya Federasiyası məhv edildikdə, planetdə sülh yaranacaq. Bu, olduqca mürəkkəbdir, amma zaman keçdikcə Rusiya Federasiyasının mövcudluğu sona çatacaq və yalnız o zaman dünya üçün stabillik barədə danışmaq mümkün olacaq. Həmin günə qədər, yəni Rusiya mövcud olduğu müddətdə dünyada sülh olmayacaq və danışıqlar vasitəsilə bu problemi həll etmək mümkün deyil".

“Müharibənin əsas səbəbi ukraynalı və rusiyalı iş adamları arasında əmlak münaqişəsidir”

Ekspert vurğulayıb ki, bir müddət sonra Trampın Putin və Zelenski ilə danışması mümkündür:

“Tramp və Zelenski arasında rəsmi danışıqlar planlaşdırılır. Bu danışıqlar hətta yaxın zamanda baş tuta bilər. Amma olsa belə, müharibənin sona çatması üçün konkret bir plan yaxın gələcəkdə mümkün deyil. Çünki hazırda ABŞ, Ukrayna və Rusiyanın rəhbərliyində müharibəni sona çatdırmaq üçün real bir plan və ya irəliləyiş yoxdur.

Digər tərəfdən, tarixdə belə uzunmüddətli müharibələrə çoxlu nümunələr var. Məsələn, İsrail məsələsi.  1949-cu ildən bəri bu vəziyyət davam edir. Bəlkə də bu vəziyyət belə davam edəcək: 

müharibə gedəcək, döyüşlər, zaman-zaman dəyişikliklər olacaq, sakitləşəcək və yenidən aktivləşəcək. Bu vəziyyət  uzun illər boyu davam edə bilər. Danışıqlar vasitəsilə vəziyyəti dəyişdirmək real deyil.

Bir daha diqqətinizə çatdırım ki, Kremldə danışacaq heç kim yoxdur. 

Kremldə hazırda hakimiyyət yoxdur, vəziyyət qarışıqdır. Bəlkə də orada bir lider ortaya çıxsa, onunla danışmaq mümkündür, amma “yeni Putinlə” anlaşmaq asan olmayacaq. Bu müharibənin əsas səbəbi ukraynalı və rusiyalı iş adamları arasında əmlak münaqişəsidir. 

2014-cü ildən sonra ukraynalı biznesmenlər rus biznesini, rusiyalılar isə İkrayna biznesini əllərindən alıblar. Bu münaqişə hələ də həll edilməyib və prezidentlər bunu həll edə bilməz. Bunu yalnız iş adamları özləri həll edə bilərlər, əgər onlar əmlak məsələsini həll etmək üçün bir masa arxasında otursalar, bunu edə bilərlər. O zaman müharibə sona çata bilər. Bu münaqişə pul məsələsidir və onu həll etmək üçün kənar şəxslər yox,münaqişə yaşayanların özləri danışıqlar aparmalıdır”.

O deyib ki, Tramp Ukraynada baş verən müharibə ilə bağlı çox sayda bəyanat verəcək, amma bunlar sadəcə bəyanat kimi qalacaq:

“Ümumiyyətlə, yaxın bir ayda müxtəlif çıxışlar və fantaziyalar dinləyəcəyik. Sonra isə Trampın bəyanatları unudulacaq. Necə ki, “24 saatda müharibəni bitirərəm” məsələsi unuduldu, eyni şəkildə bu da unudulacaq”. 

Səbinə Uğur
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Yanvar 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri