Icma.az
close
up
RU
“Qiyamət qopacaq” İranla müharibə qərarı verildi

“Qiyamət qopacaq” İranla müharibə qərarı verildi

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Donald Trampın yenidən ABŞ prezidenti kimi Ağ Evə qayıtması ilə İran və onun nüvə proqramına görə böyük oyun başlayır.

Milli.Az xəbər verir ki, bu barədə "Yerusəlim Post" yazır.

Nəşr xatırladır ki, Baş nazir Binyamin Netanyahudan tutmuş müdafiə naziri Yisrael Katza qədər yüksək səviyyəli İsrail rəsmiləri İranın nüvə obyektlərinə açıq və dramatik potensial hücum barədə çoxsaylı bəyanatlar veriblər:

"İsrail rəsmilərinin açıq bəyanatlarının tonuna baxsaq, yaxın səkkiz və ya 2025-ci ilin birinci yarısında bir üzləşmə və ya ola bilsin, "Qiyamət günü" olacaq. Çox güman ki, yaxın gələcəkdə Tramp, İsrail və Qərb nüvə proqramını geri götürərsə, İrana hücum və sanksiyalardan yaxa qurtarmaq üçün danışıqlar yolunu açacaqlar".

İsrail nəşri hesab edir ki, bu danışıqların uğurlu olub-olmayacağı Trampın Tehrana tələblərindən və bunların yerinə yetirilməsi üçün verəcəyi vaxtdan asılı olacaq.

Bununla belə, materialda artıq İsraildə İranla mümkün savaşla bağlı qərarın verildiyinə diqqət çəkilir:

"Mövcud qarışıq fonda yüksək səviyyəli bir avropalı diplomat "Əl-Ərəbiyyə"yə deyib ki, İsrail artıq İrana zərbə endirmək qərarına gəlib və müzakirəyə çıxarılacaq yeganə məsələnin vaxtdır:

"İnanırıq ki, İsrail son bir neçə ayda Yaxın Şərqdə baş verən hadisələrdən sonra hücum qərarını verib".

"Yerisəlim Post" qeyd edir ki, Tramp dönəmində İrana təzyiqlər ən yüksək zirvəsinə qalxacaq:

"Bu, daha yaxşı nüvə sazişi üçün şərtləri müəyyən edə bilər. Paralel olaraq, İranın ali rəhbəri Əli Xameneyi bu müharibə boyu dəfələrlə səhv hesablamalar aparıb, o, yenə də bunu edə bilər.

20 ildən çox davam edən nüvə danışıqları, müxtəlif sövdələşmə və anlaşmalardan sonra gedişat Tehranın nüvə proqramına faktiki hücuma və İsraillə İran arasında hər kəsin indiyə qədər qaçmağa çalışdığı qısa, amma son dərəcə təhlükəli mini müharibəyə gətirib çıxara bilər. Bu qaranlıq ssenarilərdən qaçmağa ümid edən avropalı diplomatlar Xameneyiyə eyham vurmağa çalışırlar. İndi onun bunu qəbul edib-etməyəcəyini görmək qalır". /Teleqraf.com

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Yanvar 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri