Icma.az
close
up
RU
Müharibə davam etsə, Rusiya uduzacaq Mehman Əliyevdən PROQNOZ

Müharibə davam etsə, Rusiya uduzacaq Mehman Əliyevdən PROQNOZ

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Putin G20-yə qədər müharibəni dayandırmaq istəyir

Ukraynalı hərbi analitik Yevgen Dikiy ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə açıq şəkildə dəstək verdiyini və Vaşinqtonun Kiyevə təzyiqlərini artırdığını iddia edib. Onun sözlərinə görə, Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələr endirməsi Moskvanın zəif nöqtəsini üzə çıxarıb və bu, Kreml üçün ciddi problemlər yaradıb. Dikiy hesab edir ki, Trampın Ukraynadan bu hücumları dayandırmağı tələb etməsi Rusiyanın maraqlarına xidmət edir. Analitik, həmçinin ABŞ prezidentinin mövqeyini Ukraynanın hərbi imkanlarının məhdudlaşdırılması və Kiyevin güzəştlərə məcbur edilməsi cəhdi kimi qiymətləndirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Vladimir Putinin Ukraynada seçki keçiriləcəyi gün ölkəyə zərbələr endirilməməsi barədə göstəriş verməyə hazır olduğunu bildirib. Peskovun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski atəşkəsin 60 gün davam etməsini tələb edir. Kremlin sözçüsü iddia edib ki, Kiyev bu müddətdən seçki keçirmək üçün deyil, hərbi qüvvələrini bərpa etmək və müharibəni davam etdirmək məqsədilə istifadə etmək istəyir. Beləliklə, Ukraynanın Rusiyanın enerji infrastrukturuna qarşı hücumları, Vaşinqtonun Kiyevə münasibəti və mümkün atəşkəs məsələsi ətrafında tərəflərin bir-birindən fərqli mövqeləri diqqət mərkəzindədir.

Tanınmış jurnalist Mehman Əliyev Sherg.az-a bildirib ki, Rusiya əslində çoxdandır Zelenskinin prezidentlik müddəti bitəndən sonra bu məsələni qaldırıb:

“Beləliklə, onun prezidentlik müddəti uzanıb, çünki seçki keçirilməyib. Zelenski deyir ki, müharibə şəraitində seçki keçirilə bilməz, ərazilər işğal altındadır və s. Bu, bəhanədir. Amma müharibə dayandırılsa, atəşkəs olsa, əlbəttə ki, seçkilər keçiriləcək və Zelenski də gedəcək. Bu, indi əsas məsələ deyil. Müharibənin dayandırılması üçün mən hesab eləmirəm ki, Zelenskinin getməsi şərtdir. Sadəcə olaraq, bu, atəşkəsin əldə olunması üçün şərtlərdən. Yəni, Putin bunu istəyir, tələb edir. Hər şey indi Mayamidə, dekabr ayında G20 toplantısının keçirilməsinə hesablanıb. Putin də ora dəvət alıb. Orada üç əsas məsələ qaldırılıb. Bu, Beynəlxalq Cinayət Məhkəməsi və onun fəaliyyəti ilə bağlı ABŞ tərəfindən atılan addımlardır. Bu da əslində Putin üçün şərait yaradır ki, o, G20-də iştirak etsin. Çünki orada iştirak edən dövlətlərin əksəriyyəti həmin məhkəmənin üzvləridir. Qərar da verilib ki, Putinlə heç bir əlaqə qurulmasın. Hətta Putin başqa bir məkanda olanda da tutula bilər və s. Bu, görüş üçün problem yaradır. İkincisi, atəşkəsin əldə olunmasıdır. Əgər atəşkəs olmasa, mən hesab edirəm ki, G20-də onun iştirak etməsi mümkün olmayacaq. Çünki müharibə aparan dövlətin başçısıyla ona sanksiyalar tətbiq edən dövlətlərin rəhbərləri bir masada oturmazlar. Deməli, hər şey onun üçün təşkil edilir ki, həmin vaxta qədər müharibə dayandırılsın. Bu, təxminən Qarabağ variantı, Bişkek variantı kimi bir şeydir”.

Ekspert qeyd edib ki, sülh müqaviləsi olmayacaq, amma atəşkəs haqqında müəyyən bir qərar ola bilər:

“ Digər tərəfdən həmin görüş ərəfəsində bir sıra məsələlər var ki, onlar həll olunmalıdır. ABŞ da bunu nümayiş etdirir. Yəni, Rusiyadan artıq dizel yanacağını alır. “Lukoil” şirkətinin alınması məsələsi gündəmə gəlib. Yəni, ABŞ-ın atdığı addımlar onu göstərmək məqsədi daşıyır ki, ABŞ əldə olunmuş nəticələr əsasında müəyyən addımlar atır. Rusiya da öz növbəsində addımlar atmalıdır. Məsələn, enerji mərkəzlərinə zərbələrin endirilməsinin dayandırılması. Birinci növbədə, əlbəttə ki, Rusiyanın yanacaq sektoruna aid obyektləri nəzərdə tutulur. Ukraynada da enerji sektoru var, yəni elektrik stansiyaları və s. Tramp bəyan edib ki, bəli, artıq razılaşma əldə olunub, ancaq hələ ki, danışıqlar gedir. Amma bu, onu göstərir ki, həqiqətən də əsas proseslər gedir. Tərəflər həmin görüşə qədər qoyulan tələbləri, istəkləri və s. mərhələ-mərhələ, addım-addım həyata keçirmək istəyirlər. Əslində, Tramp bu məsələni bəyan edəndən bir neçə saat sonra mən Zelenskinin reaksiyasına baxdım. O dedi ki, əgər Rusiya tərəfi buna əməl etsə, biz də buna razıyıq və s. Yox demək məsələsi sonradan ortaya qoyula bilərdi. Çünki məlumat var idi ki, Rusiya tərəfi enerji obyektlərinə zərbələr endirmişdi. Bu məsələdə Zelenski deyə bilər ki, bəli, bizim bundan xəbərimiz yoxdur və s. Çünki Moskva buna əməl etmirsə, Ukrayna da geri çəkilə bilər”.

M.Əliyev söyləyib ki, əsas məsələ həmin görüşə qədər müharibənin dayandırılmasıdır:

“Çünki Rusiya zəif vəziyyətdədir və özü də bunu anlayır. Bir tərəfdən Rusiyaya izah edirlər ki, müharibəni dayandırsan, daha geniş iqtisadi münasibətlər və digər yaxşı imkanlar yarana bilər, sanksiyalar götürülə bilər və s. Digər tərəfdən isə, əgər buna əməl olunmasa, müharibə davam edəcək və Rusiya burada uduzmuş olacaq. Nə üçün? Rusiya artıq dörd ildir Ukraynanı bombalayır. Həmçinin Ukraynanın enerji obyektlərinə zərbələr endirir. Amma Ukrayna bunu yalnız bu il, yəni son vaxtlar etməyə başlayıb. Birincisi, yanacaq istehsal edən müəssisələrə zərbələr endirir. Amma iş ondadır ki, Ukrayna elektrik stansiyalarına da zərbələr endirə bilər. Yəni, Ukraynanın artıq buna imkanı çatır və Rusiyanın hansısa bir bölgəsində bunu edə bilər. Rusiyanın hava hücumundan müdafiə sistemləri bu təhlükənin qarşısını ala bilmir. Əgər Ukrayna intensiv şəkildə Rusiyanın elektrik stansiyalarına və digər enerji obyektlərinə zərbələr endirməyə başlasa, Rusiyada siyasi vəziyyət çox pis dəyişəcək. Bu, Putin rejimi üçün böyük problem yarada bilər. Onlar da bunu başa düşürlər. Ona görə də ruslar daha çox maraqlıdırlar ki, qışa qədər müharibəni dayandırsınlar. Əslində, Ukrayna da bunda maraqlıdır. Ona görə də mən hesab edirəm ki, burada müsbət bir nəticə əldə olunacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Oktyabr 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see416

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see302

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see293

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see287

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see286

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see284

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see283

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see278

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see276

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see269

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see256

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see254

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see249

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see248

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see248

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see247

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see246

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see246

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see245

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see244
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri