Icma.az
close
up
RU
Статья не опубликована
Müharibə Ssenarisi Realdırmı? Hindistan Pakistan Gərginliyi Yeni Mərhələdə

Müharibə Ssenarisi Realdırmı? Hindistan Pakistan Gərginliyi Yeni Mərhələdə

Icma.az, Aznews.az portalına istinadən məlumat verir.

“Müharibə riski yüksək olaraq qiymətləndirilsə də, bu ehtimal nə arzuolunandır, nə də real görünür. Bu, yalnız pessimist ssenari deyil, mövcud ehtimallar arasında ən təhlükəlisidir. Belə ki, Hindistan və Pakistan kimi hərbi-texniki potensiala, geniş insan resurslarına və nüvə arsenalına malik olan iki ölkə arasında silahlı toqquşmanın baş verməsi region və dünya üçün ciddi fəsadlar doğura bilər. Belə bir müharibənin nəticələrinin nə ilə yekunlaşacağını təsəvvür etmək belə qorxuncdur. Bununla belə, vəziyyətin diplomatik yollarla həllinə ümid etmək üçün əsaslar mövcuddur”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Qeyd edək ki, Pakistanın Müdafiə Naziri Xavaca Məhəmməd Asif Hindistanla müharibə təhlükəsinin artdığını bəyan edib. Onun sözlərinə görə, iki ölkə arasında hərbi qarşıdurma 2-4 gün ərzində tammiqyaslı müharibəyə çevrilə bilər. Nazir bu açıqlamanı Kəşmirdə 26 hindistanlı turistin ölümü ilə nəticələnən hücumdan sonra verib. Asif bildirib ki, Hindistanın cavab olaraq hərbi müdaxiləyə əl atması mümkündür və bu ssenari “qaçılmaz” görünür. O, eyni zamanda qeyd edib ki, Pakistan mümkün hücumlara qarşı tam hazırlıqlıdır.

Siyasi şərhçi bildirib ki, hər iki ölkədə siyasi liderlik səviyyəsində və cəmiyyət daxilində soyuqqanlı, məntiqli düşünə bilən şəxslərin mövcudluğu problemin danışıqlar yolu ilə, masa arxasında həll olunacağına ümid yaradır.

“Münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalı təkcə Hindistan və Pakistanla məhdudlaşmır – belə bir ssenari, bölgədəki digər ölkələr üçün də təhlükə yarada bilər. Çünki hər iki ölkənin beynəlxalq tərəfdaşları və regional müttəfiqləri var. Onların münaqişəyə birbaşa və ya dolayı yolla cəlb olunma ehtimalı az deyil. Bu isə gərginliyin lokal səviyyədən çıxaraq daha geniş coğrafiyaya yayılmasına səbəb ola bilər. Bütün bu risklər fonunda beynəlxalq ictimaiyyətin və tərəflərin məsuliyyətli davranış sərgiləməsi vacibdir. Ümidvarıq ki, bu təhlükəli ssenarinin reallaşmasının qarşısı alınacaq və regionda sabitlik qorunacaq”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 29 Aprel 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see279

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see170

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see122

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri