Icma.az
close
up
RU
Müharibə veteranı qonşunun ot tayasını yandırdığına görə həbs olundu

Müharibə veteranı qonşunun ot tayasını yandırdığına görə həbs olundu

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

2020-ci ildə Vətən müharibəsinin iştirakçısı olmuş, bir neçə medalla təltif edilmiş 31 yaşlı Elçin yaşadığı kənddə qəsdən qonşunun ot tayasını yandırdığına görə həbs olunub.

Bizimyol.info xəbər verir ki, hadisə Ucar rayonunun Alpout kəndində baş verib. O, qonşuluqda Məmmədovlar ailəsinə məxsus tayanı yandırmaq üçün ora közərən siqaret atıb. Yanğın nəticəsində 1200 ədəd ot bağlaması, üstəlik, onların yerləşdiyi talvar (şifer və taxta konstruksiya) yanıb.

Məhv edilmiş ot bağlamalarının hər birinin qiymətinin 3 manat 70 qətpik olduğunu nəzərə alaraq, ot tayasının məhv edilməsinə görə 4440 manat, talvarın yanmasına görə isə 3790 manat ziyan hesablanıb. Beləliklə, Elçin qonşuya ümumilikdə 8230 manat ziyan vurub. Bu səbəbdən də ona qarşı Cinayət Məcəlləsinin 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə; yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. O, əvvəl həbs olunmayıb, həm istintaq, həm də məhkəmə getdiyi müddətdə azadlıqda olub. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Lakin məhkəmənin sonunda onun 3 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb və məhkəmə zalında həbs edilib.

Ot tayası yerləşən talvar Dəyanət Məmmədovun həyəti olub. O, Rusiyada işlədiyinə görə evdə həyat yoldaşı və uşaqları yaşayır. Atasıgil isə kənddə başqa evdə yaşayır. Ot bağlamaları da Dəyanət Məmmədovun atası Məhəmməd Məmmədova məxsus olub. O, mal-qaraya qış üçün ehtiyat otu oğlunun həyətində saxlayıb.

Hadisə baş verən gün axşam saatlarında ev sakinləri toyda olub. Məhəmməd Məmmədovun dediyinə görə, oğlunun həyətində yanğın xəbərini toyda eşidən kimi gəlini və nəvələrini də götürüb qayıdıblar. Onlar gələndə yanğınsöndürənlər artıq həyətdə olub.

Zərərçəkmiş təqsirləndirilən şəxsdən şikayətçi olub, ona ağır cəza verilməsini xahiş edib.

Elçin əməlini etiraf edib. O, bu hərəkətinin səbəbini isə qisas almaq istəyilə izah edib. Bildirib ki, Məmmədovlar əvvəllər otu ona biçdirib bağlatdırsalar da, bu il həmin işi başqasına gördürüblər. Bu səbəbdən onlardan qisas almaq qərarına gəlib.

Onun ittiham olunduğu maddənin sanksiyasında 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə var. Məhkəmə onun Vətən Müharibəsi iştirakçısı olmasını, himayəsində 2 yaşlı övladının olmasını nəzərə alaraq, ona sanksiyanın aşağı həddində - 3 il cəza təyin edib.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 Avqust 2025 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri