Müharibələri dayandıracağını deyən Tramp daha böyük savaşa səbəb ola bilər Britaniya nəşri AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
ABŞ seçkilərində qalib gələn Donald Trampın yeni komandasını necə formalaşdıracağı maraqla gözlənilir.
"AzPolitika" xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Financial Times” nəşrində dərc olunan bir məqalədə bildirilir ki, ABŞ Xəzinədarlığının rəhbəri vəzifəsinə Tramp administrasiyasında ticarət nümayəndəsi vəzifəsində çalışmış Robert Laythayzer gətiriləcək. Nəşrinin iddiasına görə, Laythayzerin gəlişi yeni "tarif müharibələri" başlada, dünyadakı iqtisadi savaş daha da böyüyə bilər.
Qeyd olunur ki, müharibələri dayandaracağını deyən Tramp əslində bununla daha böyük savaşa səbəb ola bilər.
"FT" Trampın Çinlə ticarət müharibəsində olduğu dövrə toxunu və həmin ərəfədə Laythayzerin vəzifədə olduğuna diqqət çəkib. Bildirilir ki, artıq bu ehtimal Pekində və ABŞ-nin ticarət müttəfiqləri arasında narahatlığa səbəb olub.
Xatırladaq ki, Tramp seçki kampaniyası zamanı ABŞ-yə idxal olunan bütün mallara, xüsusən də Çin mallarına yüksək gömrük rüsumları tətbiq edəcəyini vəd etmişdi.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 11 Noyabr 2024 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















