Müharibənin dönüş nöqtəsi: Ordumuzun planı hər şeyi necə dəyişdi?
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Baku TV-nin "Qarabağ xronikası" verilişinin yeni buraxılışı yayımlanıb. Proqramın budəfəki buraxılışı Füzulinin işğaldan azad olunmasının 5-ci ildönümünə həsr olunub.
Qeyd edilib ki, Füzuli əməliyyatı Vətən müharibəsinin ən ağır, eyni zamanda ən vacib əməliyyatlarından biri kimi qiymətləndirilir. Vurğulanıb ki, 30 il davam edən işğal dövründən sonra həyata keçirilən bu strateji əməliyyat planlaşdırma, koordinasiya və döyüş bacarığı baxımından müasir ordu modelinin nümunəsinə çevrildi.
O da qeyd edilib ki, Füzuli təkcə coğrafi mövqeyinə görə deyil, həm də cənub cəbhəsinin açar nöqtəsi kimi Vətən müharibəsinin gedişatında müstəsna rol oynadı, dirəniş və qətiyyətin simvoluna çevrildi. "Bu Qələbə böyük peşəkarlığın, səbrin və soyuqqanlı komandanlığın nəticəsi idi.
Hər bir bölmənin sinxron fəaliyyəti, kəşfiyyat məlumatlarının operativ istifadəsi və texnologiyanın inteqrasiyası bu əməliyyatı Azərbaycan hərb tarixinin nümunələrindən birinə çevirdi", - deyə əlavə edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Müharibənin dönüş nöqtəsi: Ordumuzun planı hər şeyi necə dəyişdi?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 17 Oktyabr 2025 23:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















