Icma.az
close
up
RU
“MÜHARİBƏNİN NƏTİCƏSİ MOSKVA VƏ KİYEVDƏN ASILI DEYİL” “Hələ ki, müharibənin ən böyük qalibi Çindir” AzPolitika onlayn siyasiictimai qəzet

“MÜHARİBƏNİN NƏTİCƏSİ MOSKVA VƏ KİYEVDƏN ASILI DEYİL” “Hələ ki, müharibənin ən böyük qalibi Çindir” AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın Ukraynaya təcavüzü dünyada çoxları tərəfindən regional münaqişə kimi qəbul edilsə də, əslində bu müharibənin artıq qlobal xarakter daşımasının əlamətləri var. Üstəlik, onun nəticəsi artıq Moskva və Kiyevdən deyil, onların əsas müttəfiqlərinin - Çin və NATO ölkələrinin qərarlarından asılı olacaq. 

“AzPolitika” xəbər verir ki, “Politico” nəşrində dərc edilən məqalədə belə deyilir.

Nəşr vurğulayır ki, bu gün Ukrayna Silahlı Qüvvələrinin və Rusiya Ordusunun sıralarında təkcə bu iki ölkənin vətəndaşları deyil, həm də çoxlu əcnəbilər döyüşür. Həmçinin, onların istifadə etdikləri silahlar da cəbhəyə dünyanın müxtəlif yerlərindən gətirilir: "Döyüş meydanının səmasında İranın “Şahed” PUA-sı Amerika hava hücumundan müdafiə sistemi tərəfindən vurulur və yerdə Almaniya istehsalı olan artilleriyanın açdığı atəşə Şimali Koreya mərmilərilə cavab verilir…

Moskva öz təcavüzünü “kollektiv Qərbə” qarşı müdafiə və NATO-ya qarşı qabaqlayıcı müdafiə tədbiri kimi bəyan edir. Bu ritorika təkcə İran və ya KXDR kimi ən aqressiv anti-Qərb rejimləri arasında deyil, həm də müasir dünyada öz mövqelərindən bu və ya digər şəkildə narazı olan bir çox “Qlobal Cənub” ölkələrində öz dəstəyini tapdı.

Öz növbəsində, Kiyev öz müdafiəsini təkcə özünümüdafiə kimi deyil, demokratiya və azad Avropa uğrunda mübarizə kimi təqdim edir. Avropa da həqiqətən öz təhlükəsizliyindən qorxaraq bununla razılaşmağa meyllidir. ABŞ isə hələ də demokratiyanın və azad dünyanın müdafiəçisi statusunu saxlamağa çalışır. Sonda istər Rusiyaya, istərsə də Ukraynaya iqtisadi, diplomatik və ya birbaşa silahla dəstək verən iki qlobal dövlətlər düşərgəsi yaranıb. Və bu yardım hər iki tərəf üçün həyati əhəmiyyət kəsb edir.

Çin və “Qlobal Cənub” ölkələrinin iqtisadi dəstəyi Kremlə onun Hitler dövründən bəri Avropada ən böyük müharibədə iştirak etməsinə baxmayaraq, ölkədə sabit vəziyyəti saxlamağa və əhalinin böyük əksəriyyəti üçün normallıq illüziyası yaratmağa imkan verdi. Kiyev üçünsə tərəfdaşların köməyi daha vacib idi. Qərbin dəstəyi olmasaydı, Ukrayna müharibənin birinci ilindən belə sağ çıxa bilməzdi.

Odur ki, analitiklərin fikrincə, müharibənin nəticəsi çox güman ki, döyüşün əsas sponsorlarının - NATO və Çinin qərarlarından asılı olacaq.

Əgər siz Ukraynada NATO-ya dəstəyi dayandırsanız, o zaman Ukrayna olmayacaq. Çinin Rusiyanın hərbi səylərinə dəstəyini dayandırsanız, bu, Moskvanı iştahını cilovlamağa məcbur edəcək və zamanın onun tərəfində olduğuna dair ümidlərini söndürəcək.

İndi belə görünür ki, müharibənin ən böyük qalibi zəifləmiş Rusiya üzərində nəzarətini möhkəmləndirə bilən Çindir. Lakin Şimali Koreyanın münaqişədə iştirakı Pekinin öz arxa bağçası hesab etdiyi Hind-Sakit okean regionunda problemlər yaradarsa, vəziyyət dəyişə bilər. Məsələn, Cənubi Koreya münaqişəyə qarışa, hətta NATO dünyanın bu hissəsində fəaliyyətə başlaya bilər.

Ukraynadakı müharibənin nəticəsinə təsir edə biləcək başqa amillər də var. ABŞ-də bu, proqnozlaşdırılması mümkün olmayan Donald Trampdır. Həmçinin, Yaxın Şərqdə İran və İsrail arasında daha aktiv qarşıdurma yarana bilər. Avropanın özündə isə ifrat sağçı partiyalar populyarlıq qazanır və onların bəziləri Ukraynaya yardıma şübhə ilə yanaşır”.

Əlavə edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Fransa mətbuatına son müsahibəsində indi Ukraynanın Rusiyanın işğal etdiyi əraziləri geri alacaq gücünün olmadığını deyib. Onun sözlərinə görə, ukraynalılar yalnız Putini danışıqlar masasına oturtmaq üçün beynəlxalq ictimaiyyətin diplomatik təzyiqinə arxalana bilərlər.

C.Məmmədov

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Dekabr 2024 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri