Icma.az
close
up
RU
Müharibənin vurduğu iqtisad zayan: Savaşdan daha uzun sürəcək

Müharibənin vurduğu iqtisad zayan: Savaşdan daha uzun sürəcək

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

İrandakı müharibənin iqtisadi nəticələri münaqişənin özündən daha uzun sürə bilər. 

“Cebheinfo.az”-ın məlumatına görə, “Axios” nəşri belə yazır. “Hörmüz boğazından təhlükəsiz keçidə imkan verən istənilən sürətli atəşkəs və ya razılaşma aylarla, bəzi hallarda isə illərlə davam edə biləcək təchizat fasilələrini aradan qaldırmayacaq”:-deyə “Axios” qeyd edir. 

“Ned Davis Research” şirkətinin əmtəə strateqi Mat Bauer isə hesab edir ki, neft bazarları indiyə qədər əsl təchizat çatışmazlığından daha çox logistika pozuntuları yaşayır. “Lakin Cənubi Parsa hücumlar və İranın cavabı münaqişənin istehsal müəssisələrinə fiziki ziyan vurmaq riskini artırır”:-deyə ekspert əlavə edib. 

Öz növbəsində, “Capital.com” ticarət platformasının baş maliyyə bazarı analitiki Kayl Rodda qeyd edir ki, enerji infrastrukturuna birbaşa hücumlar müharibənin uzunmüddətli nəticələrinə aydınlıq gətirir. Onun sözlərinə görə, istehsal gücləri qeyri-müəyyən müddətə dayandırılacaq. 

Bu isə enerji daşıyıcılarının qiymətlərinin yüksəlişdən daha yavaş düşməsi deməkdir. Medianın yazdığı kimi, Hörmüz boğazının bağlanması artıq qlobal məhsul axınını pozub. Bu həftə Fars körfəzindəki enerji obyektlərinə dəyən ziyan mövcud pozuntunu daha da pisləşdirə bilər. 

Qətərin enerji naziri Saad əl-Kaabi “Reuters” agentliyinə bildirib ki, nəticədə ölkənin təbii qaz ixrac potensialının 17 faizi məhv olub. Kaabinin sözlərinə görə, bu zərər, ehtimal ki, uzunmüddətli perspektivdə regiondan təbii qaz tədarükünün azalması deməkdir. Beş il ərzində hər il təxminən 13 milyon ton sıxılmış təbii qaz tədarük olunmayacaq. Gəmiçilik blokadası və infrastrukturun dağıdılmasının bəzi nəticələri bunlardır: 

Gübrə

Təbii qaz gübrələrin əsas tərkib hissəsidir. Dünyada dəniz yolu ilə daşınan gübrələrin təxminən üçdə biri və dünya karbamid ehtiyatlarının təxminən yarısı Hörmüz boğazı vasitəsilə nəql olunur. Suda olan heç bir gübrə digər sulara çata bilməz.

“Əvvəlcədən gübrə sifariş etməmiş ABŞ fermerləri yazlıq məhsullarını vaxtında əkməyə vaxt tapmaya bilər”. Amerika Fermerlər Bürosundan “Associated Press”-ə verilən məlumatda belə deyilir. Bu, məhsuldarlığın azalmasına səbəb ola bilər ki, bu da gələn il ərzaq qiymətlərinə təzyiqi artıracaq. Kənd təsərrüfatı texnikasını işlətmək üçün istifadə olunan dizel yanacağının qiymətlərinin artması artıq ərzaq inflyasiyasının artmasına səbəb ola bilər. 

Helium

Qətərin təbii qaz istehsal müəssisələrinə dəyən ziyan həm də əhəmiyyətli bir əlavə məhsulun istehsalını da azaldacaq. Söhbət süni intellektlə bağlı tələbatı ödəməyə çalışan yarımkeçirici istehsalçıları üçün vacib xammal olan heliumdan gedir. 

Qətər ABŞ-dən sonra dünyada ikinci ən böyük helium istehsalçısıdır. ABŞ-nin keçmiş prezidenti Co Baydenin iqtisadi məsələlər üzrə müşaviri samira Fazili bildirib ki, məhdud helium tədarükü Tayvanın yarımkeçiricilər istehsal etmək qabiliyyətinə təsir edəcək. 

Bu isə 2021-ci ildə olduğu kimi, avtomobillərdən tutmuş qabyuyan maşınlara qədər demək olar ki, hər şeyin tədarükünə təsir göstərə bilər. Maraqlıdır ki, həm “Wall Street”-in, həm də Federal Ehtiyat Sisteminin iqtisadçıları bu il üçün daha yüksək inflyasiya proqnozları verirlər. 

Digər ekspertlər də ümumi daxili məhsul və istehlak xərcləri ilə bağlı gözləntilərini azaldıblar. Bu, İranda aylarla davam edəcək və ABŞ-nin da nəticələrindən qaça bilməyəcəyi, qlobal şoka səbəb olacaq müharibənin gözləntilərinin nəticəsidir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Açar sözlər: İran yanğın

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Mart 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see295

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see289

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see252

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see239

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see237

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see235

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see234

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see232

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see225

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see221

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see220

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see216

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see208

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see199

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see198

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see195

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see190

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see189

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri