Icma.az
close
up
RU
Müharibəyə 10 gün qalırdı...

Müharibəyə 10 gün qalırdı...

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Altı il əvvəl, bu gün, yəni sentyabrın 17-si bizi 10 gün sonra qanlı-qadalı müharibə gözləyirdi. Uzun illər idi, o müharibə hər an ola bilərdi. Lakin dövlətimizin başçısı Qarabağ məsələsini danışıqlar yolu-sülhlə həll etmək istəyirdi. Axı Azərbaycan gözü kimsənin torpağında olmayan, müharibə istəməyən bir dövlətdir. Elə milli soy-kökümüzdən gələn bu keyfiyyətlərlə də dövlətimizin başçısı problemin sülhlə həllinə, hər iki tərəfdə qan tökülməməsinə çalışırdı. Həm də bu, uzun illər idi ki, davam edirdi.

Torpaqlarımızın geri qaytarılmasının danışıqlar yolu ilə mümkün olmazsa, müharibə yolu ilə olacağını dəfələrlə söyləyən Prezident İlham Əliyev 2020-ci ilə qədər ölkə rəhbəri kimi fəaliyyətinin17 il ərzində beynəlxalq təşkilatlara müraciət etdi, onları Azərbaycanın haqq səsinə səs verməyə, ədalətsizliyə son qoymağa çağırdı, erməni xisləti, yalanı dünyanın mötəbər kürsülərindən ifşa edildi. Lakin təəssüf ki, dünyanın bəzi qüvvələrinin gözü ədaləti görməyə kor, qulağı kar idi. Odur ki, çıxış yolunu Ali Baş Komandan müəyyən etdi.

Ötən illər ərzində dövlət-xalq birliyi ölkənin hərtərəfli inkişafına səbəb olmuş, xüsusilə iqtisadiyyatımız güclənmiş, bu isə güclü ordunun yaradılması və möhkəmləndirilməsi ilə nəticələnmişdi. Hər il dövlət büdcəsindən ordumuzun inkişafına ayrılan vəsait müasir təchizat məsələlərinin həlli olmuşdu ki, bunun 2020-ci ilin sentyabr ayının 27-dən noyabrın 10-dək davam edən İkinci Vətən müharibəsində şahidi olduq. Həm də tək biz yox, bütün dünya şahidi oldu ki, Azərbaycan nəyə qadir imiş.

44 günlük müharibədə əldə etdiyimiz Zəfərə gənclərimizin sayəsində nail olduq. Bu isə ötən illərdə ölkəmizdə gənc nəslin düzgün yetişdirilməsinin, onların vətənpərvər ruhda böyüməsinin nəticəsi idi. Vətənin harayına səs verən, sinəsini Vətən yolunda sipər edən, ölümün gözünə dik baxan gənclərimiz bu xalqa qələbənin şirinliyini daddırdı. Onlar Ali Baş Komandanın ətrafında sıx birləşərək planlı şəkildə-az itkisiz və qısa vaxtda torpaqlarımızı qəsbkarlardan geri aldılar. Dövlətimizin başçısının dediyi kimi: “...İkinci Qarabağ müharibəsində şəhidlərimiz az olub. Halbuki, hər bir şəhidin həyatı təkrarolunmazdır, əvəzolunmazdır. Ancaq əməliyyatlar aparılan zaman vacib şərtlərdən biri də o idi ki, itkilərimiz az olsun və torpaqlarımız da geri qayıtdı”.

Bəli, bütün dünyanın şahidi olduğu həmrəyliyimizlə, yaşından asılı olmayaraq yüksək vətənpərvərliyimizlə, 1990-cı illərlə müqayisəyəgəlməz ordumuzla, ən əsası isə qüdrətli sərkərdəmizlə Qarabağda Zəfər qazandıq.

Bu Zəfər Birinci Qarabağ Müharibəsində niyə uduzduq, niyə o qədər şəhid verdik suallarına cavab oldu. İkinci Vətən müharibəsində qələbəmizin səbəbini izah etdi. Nəticə etibarilə Zəfərimizin əldə olunmasında Vətən sevgisi amilinin dayandığını göstərdi. Bu Zəfərlə o illərdə ölkə rəhbərliyinin sevgisizliyi fonunda böyük Vətən sevgisini ölkəmizin rəhbərində gördük. Həm də onun sonsuz olduğunu gördük. Bu sevgi bölünüb torpaqlarımıza paylananda isə onların hər birinin azad olunması, anası Azərbaycana qaytarılması, ölkəmizin ərazi bütövlüyünün bərpasının böyük arzu olduğunu gördük. Gördük ki, ölkəmizin rəhbəri bütün gücü ordu quruculuğuna, dünyanın fikrini Qarabağa yönəltdi. Qarabağın geri alınması üçün illərlə iş apardı. Dünyaya üz tutdu, torpaqlarımızın dinc yolla, qan tökülmədən alınmasına çalışdı. Lakin buna nail olmayanda müharibə yolu ilə düşməni yerində oturtmasını, diz çökdürməsini də gördük.

Əgər Birinci Vətən Müharibəsində 15 mindən çox şəhidimiz olmuşdursa, İkinci Qarabağ Müharibəsində 3 minədək şəhidimiz oldu. O qədər şəhidlə əldən gedən torpaqlar geri alındı. Bu, müharibənin planlı şəkildə aparılmasının, güclü ordunun, orduya bacarıqla, səriştə ilə rəhbərliyin göstəricisi, yazılan şanlı tarixdir. O tarix ki, vərəqləndikcə, hünərdən, qeyrətdən, namusdan, ləyaqətdən, vətənpərvərlikdən, həmrəylikdən söhbət açacaq. Minlərlə şəhidi olan Birinci Vətən müharibəsi isə bu tarixin səhifələrinə əliyalın insanların hünəri ilə yanaşı, həm də xalqına xəyanət edən rəhbərlərin adı, pis əməlləri ilə yazılıb. Bax, Zəfər bunları ortaya qoydu.

Bu gün ölkəmizdə həm Birinci, həm də İkinci Vətən Müharibəsi şəhidlərinin və qazilərinin qiymətləndirilməsi, adlarının əbədiləşdirilməsi, ailələrinə və qazilərə göstərilən diqqət, dövlətimiz tərəfindən onların hər birinin övlad qayğısı ilə əhatə olunması insanda qürur yaradır. Bunun özü də dünyaya bir mesajdır. Mesajdır ki, bizim Vətənimiz, torpağımız nə qədər əzizdirsə, övladlarımız da o qədər dəyərlidir. Həyatını torpaq uğrunda qurban verən, sağlamlığını Vətən üçün fəda edənlər əbədi bir sevgiyə layiqdirlər. Çünki onlar bu sevgiləri ilə yanaşı, həm də böyük bir xalqa müzəffər xalq kimi yaşamağı nəsib ediblər. Prezident cənab İlham Əliyevin dediyi kimi: Mən yenə də deyirəm, ömrün əvvəli də, sonu da var, heç kim həyatda əbədi qalmır. Amma şəhid olmaq, bu, doğrudan da xalq qarşısında, tarix və gələcək nəsillər qarşısında böyük xidmətdir. Şəhid əbədi qalır, əməyi və qəhrəmanlığı əvəzolunmazdır. Çünki canını fəda edir ki, torpaqlar azad olunsun və ədalət bərpa olunsun, xalqımızın ləyaqəti bərpa olunsun. Çünki otuz il torpaqlarımız işğal altında qalıb və xalqımız mənəvi əzablar çəkib... Biz artıq ilyarımdır ki, müzəffər xalq kimi yaşayırıq. Əvvəllər torpaqları işğal edilmiş xalq kimi yaşamışıq.

Bu şanlı tarix xalqın torpağının-şərəfinin, ləyaqətinin özünə qaytarmaq üçün çıxdığı bir yol oldu. Bu yolu 30 illik bir zaman kəsiyi 90-cı illərin ağrı-acısı, kədəri-ələmi ilə bağlayırdı. Birincinin işğalını İkinci Zəfərə çevirdi. Birincinin acı göz yaşlarını İkinci sevinc göz yaşlarına çevirdi. Və 270 ildən sonra tariximizin səhifələrinə qan töküb torpaq almaq, ərazi bütövlüyünü bərpa etmək kimi qürurlu sətirləri yazdı.

Qürur duyuruq ki, biz qalib xalqıq və torpaqlarımızı geri almaqla həm də iffət və izzətimizin ucalığını sübut etdik.

Uzun illər sonra da 44 günlük Vətən müharibəsi bax belə, qürurla anılacaq. Çünki o müharibə, o Zəfər bizə suverenliyimizi bəxş etdi.

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri