Icma.az
close
up
RU
Müharibəyə görə rusların Avropaya qapıları bağlıdır RƏY

Müharibəyə görə rusların Avropaya qapıları bağlıdır RƏY

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ona görə əksər rus turistləri ən yaxın Türkiyəyə üz tuturlar


Türkiyədə tur-paketlərin qiymətinin daha da bahalaşmasına rəğmən   rusiyalı turistlərin sayının artması təbiidir



  Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) 2024-cü ilin oktyabr ayında Antalyaya gedən rusiyalı turistlərin sayı ilə bağlı qiymətləndirmə dərc edib.

Hesabata görə, Antalya çimərlikləri bu il rus turistlər üçün çox məhsuldar dövr keçirib. Ötən ilin eyni ayında 431 min olan rusiyalı ziyarətçilərin sayı bu il 519 minə yüksəlib. Keçən oktyabr ayı ilə müqayisədə Antalyaya gələn rusiyalı turistlərin sayında 20 faiz artım olub.

  ATOR rəsmiləri oktyabrda rusiyalı turist axınındakı bu artımı iki əsas amillə əlaqələndiriblər. Əvvəla, bir çox turist yay mövsümü qiymətlərinin yüksək olması səbəbindən tətil planlarını bilərəkdən payıza keçirib və mövsüm sonu endirimlərindən yararlanıb.

İkincisi, 2024-cü ilin payızının kifayət qədər isti keçməsi və hətta noyabr ayında dənizin temperaturunun 26 dərəcəyə çatması səbəbindən Kəmər kimi bölgələrdə tətil imkanları əlverişli olub.

  Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov isə “Sherg.az"a açıqlamasında deyib ki, Türkiyədə tur-paketlərin qiymətinin daha da bahalaşmasına rəğmən   rusiyalı turistlərin sayının artması təbiidir: 


“Rusiya ilə bağlı dünyada siyasi gərginlik yaşanır. Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar bir çox qərb ölkələri Rusiya vətəndaşları üçün məhdudiyyətlər tətbiq edib. Rusiyalı turistlər Avropa ölkələrinə turistik səfər edə bilmədikləri üçün Şərq ölkələrinə  üz tuturlar. Türkiyə  də həm Avropa ölkəsi, həm də ənənəvi turizm məkanı olaraq rusiyalı turistlərin üz tutduqları ölkə sırasında yer alır. Ötən illə müqayisədə Antalyaya səfər edən turistlərin sayının artması da məhz bu səbəbdən qaynaqlanır. Sözsüz ki, Türkiyəyə gedən rusların arasında investisiya yatırımı edən, daşınmaz əmlak  alan insanların sayı da az deyil”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Noyabr 2024 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri