Muhsin Şəntürk: İqlim dəyişikliyi bəşəriyyətin ən böyük problemlərindən biridir
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın COP29-a yüksək səviyyədə ev sahibliyi etməsi bizim üçün çox böyük qürur və sevinc qaynağı oldu.
"Report" xəbər verir ki, bunu Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu tədbir həm Azərbaycanı dünyaya tanıtdırır, həm də insanların öz-özünə verdiyi zərəri və davam edən ziyanı necə həll edəcəyi işini də diqqət mərkəzinə gətirir.
O qeyd edib ki, bundan təxminən 80 il öncə bu kimi problemlər yox idi:
"Amma bu gün baş verən iqlim dəyişikliyi dünyanın, insanlığın ən böyük problemlərindən biridir. Misal olaraq, İspaniyada sel fəlakətində 300 insanın həlak olduğunu gördük. Quraqlıq və yağan yağışlar çox şiddətlidir. İqlimdəki dəyişikləri artıq insan hüquqları və haqları probleminə səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 15 Noyabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















