Cəmiyyətimizdə qadına və kişiyə müəyyən rollar biçilib Psixoloq tabu mövzulardan DANIŞDI
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı psixoloq Günel Xəlilova olub.
O, insanların qəlibləşmiş düşüncələrindən söz açıb:
"Cəmiyyətimizdə qadına və kişiyə müəyyən rollar biçilib. Məsələn, kişinin ağlamasına pis baxırlar. Ondan həmişə güclü olmasını, pul qazanmasını istəyirlər. Eyni zamanda qadının da fədakar olması tələb olunur. Xəyanətlə üzləşəndə belə, ondan bunu bağışlamasını gözləyirlər".
Günel Xəlilova, həmçinin qeyri-sağlam sevgi münasibətlərindən danışıb:
"İki insan sevgili olandan sonra problemlərlə üzləşəndə tərəflərdən biri "səndən ayrılsam, ölərəm" deyirsə, bu, artıq qeyri-sağlam münasibətin göstəricisidir. Belə halda həmin şəxs qarşı tərəfdən asılı vəziyyətə düşür. Digər tərəf isə bu asılılıqdan istifadə edərək, onu manipulyasiya edir. Belə vəziyyətdə asılı şəxs başa düşməlidir ki, qeyri-sağlam münasibətin içindədir".
"Cəmiyyətimizdə qadına və kişiyə müəyyən rollar biçilib" - Psixoloq tabu mövzulardan DANIŞDI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 23 Sentyabr 2025 00:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















