Icma.az
close
up
RU
Mülkiyyət hüququ pozulan vətəndaşlar: “Vəzifəli şəxslərin qanunvericiliyə əməl etməməsi…” Yeni Çağ Media

Mülkiyyət hüququ pozulan vətəndaşlar: “Vəzifəli şəxslərin qanunvericiliyə əməl etməməsi…” Yeni Çağ Media

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Son illərdə vətəndaşların mülkiyyət hüquqlarının pozulması hallarına çox tez-tez rast gəlinir. Təəssüf ki, belə halların qarşısının alınması istiqamətində tədbirlər görülmür”.

Yenicag.az xəbər verir ki, bunu e-huquq.az-a açıqlamasında vəkil, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev deyib.

Onun sözlərinə görə, dövlət qurumları və ya özəl şirkətlər, mənzil-tikinti kooperativləri müxtəlif layihələrin icrası üçün vətəndaşların evlərini, xüsusi mülkiyyətlərini qanunsuz şəkildə sökürlər. Həmin mülklərin qarşılığında isə vətəndaşa ya kompensasiya verilmir, ya da ödənilən kompensasiya əmlakın real dəyərini əsk etdirmir.

“Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində mülkiyyətin toxunulmazlığı və dövlət tərəfindən müdafiə olunması öz əksini tapıb. Konstitusiyamızın 29-cu maddəsində qeyd olunur ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Lakin biz bu gün vətəndaşların mülkiyyət hüququnun pozulduğunu müşahidə edirik. Belə ki, müxtəlif layihələrin icrası adı altında insanların xüsusi mülkiyyətində olan əmlaklar ayrı-ayrı dövlət qurumları, yaxud MTK-lar tərəfindən qanunsuz şəkildə dağıdılır. Təəssüf ki, həmin əmlakın dəyəri konpensasiya olunmur”, – deyə vəkil bildirib.

Ş.Mirzəyev deyib ki, MTK-lar qabaqcadan müxtəlif vədlər verərək vətəndaşları aldadırlar, sonda isə verilən vədlərin heç biri yerinə yetirilmir: “Deməli, söküntünü həyata keçirən fərdi sahibkarlar, MTK rəhbərləri sakinlərlə əvəzləşdirmə müqaviləsi bağlayırlar. Vətəndaşa deyirlər ki, burada yeni bina tikilənədək onların kirayə haqları ödəniləcək. Bina hazır olduqda isə burada yeni mənzillə təmin olunacaqlar. Sakinlər də buna inanıb könüllü şəkildə mülklərindən çıxıb söküntüyə icazə verirlər. Lakin işlər başa çatdıqda sonra onlara verilən vədlər yerinə yetirilmir, heç bir mənzil verilmir. Hətta kirayə qaldıqları müddətdə onların kirayə haqqı da ödənilmir”.

Vəkilin sözlərinə görə, torpaqların dövlət ehtiyacları üçün alınması zamanı da mülkiyyət hüququnun pozulması hallarına rast gəlinir: “Bu zaman “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna istinad edilməlidir. Torpaqların dövlət ehtiyacları üçün alınması dedikdə dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına həmin torpağın könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması başa düşülür. Torpaqların dövlət ehtiyacları üçün alınması müxtəlif qanunvericilik aktları ilə tənzimlənir ki, bunlar Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən, Mülki Məcəllədən, Mənzil Məcəlləsindən, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Lakin prosesi həyata keçirən dövlət sifarişçisinin və ya digər dövlət orqanlarının vəzifəli şəxslərinin və icraçılarının qanunvericiliyə əməl etməməsi xoşagəlməz halların ortaya çıxmasına gətirib çıxarır. Belə hallar sırasında vətəndaşın xəbəri və razılığı olmadan obyektinin dağıdılması və dəymiş ziyana görə kompensasiyanın düzgün şəkildə ödənilməməsini qeyd etmək olar”.

O bildirib ki, vətəndaşın razılığı olmadan evi sökülərkən onun daşınar əmlakına da ciddi ziyan dəyir: “Əgər vətəndaş söküntüyə razı deyilsə, daşınar əmlakını çıxarmırsa, bu zaman dövlət qurumları və ya MTK tərəfindən məhkəməyə müraciət olunmalıdır. Amma vəzifəli şəxslər şifahi göstəriş əsasında vətəndaşın əmlakını qəsdən məhv edirlər. Söküntü zamanı obyektdə olan əmlak da məhv olur. Bəzi hallarda isə vətəndaşın mülkiyyətində olan əmlak oğurlanır, talan edilir”.

Ş.Mirzəyev deyib ki, vətəndaşların üzləşdikləri qanunsuzluqlarla bağlı etdiyi müraciətlər də nəticəsiz qalır: “Vətəndaş aldadıldığını, əmlakının qanunsuz şəkildə dağıdıldığını görəndə hüquq-mühafizə orqanlarına müraciət edir. Hüquq-mühafizə orqanları isə məsələnin mülki xarakterli mübahisə olduğunu deyərək vətəndaşı məhkəməyə yönəldirlər. Lakin məhkəmə onların iddiasını təmin etsə də, çıxarılan qərarlar icra olunmur. MTK-nın balansında heç bir əmlak və pul olmadığına görə məhkəmə qətnamələri icra olunmamış qalır. Beləliklə, vətəndaş öz qanuni əmlakından məhrum olur. Bəzi hallarda isə vətəndaşların ərizələri, ümumiyyətlə, icraata götürülümür. Əslində bu kimi işlərdə cinayət xarakterli əlamətlər də araşdırılmalıdır. Çünki faktiki olaraq vətəndaşa yalan vəd verilərək əmlakı qanunsuz şəkildə sökülüb, əvəzində kompensasiya ödənilməyib. Bu işdə prokurorluq orqanlarının üzərinə böyük iş düşür. Prokurorluq dövlət orqanlarının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edib-etmədiyini, MTK-nın vəzifəli şəxslərinin vətəndaşlara qarşı dələduzluq hallarına yol verib-verməyidini, onların əməllərində cinayət tərkibinin olub-olmamasını araşdırmalıdır. Təəssüf ki, həmin mülki işlərin prokurorluq orqanlarında araşdırılması ilə bağlı iddiaçı tərəfindən xüsusi ittiham qaydasında verilən vəsatətləri məhkəmələr təmin etmir. Belə işlərdə məhkəmələr daha çox MTK-ları müdafiə edirlər”.

Vəkil vətəndaşların mülkiyyət hüquqlarının pozulması ilə bağlı başqa bir problemə də diqqət çəkib: “Son zamanlar daha bir neqativ hal geniş yayılmaqdadır. Belə ki, ayrı-ayrı şəxslər Rusiya, Ukrayna və digər ölkələrdə saxta etibarnamələr əldə edərək vətəndaşın adından onun mənzilini satışa çıxarırlar. Təəssüf ki, notariuslar həmin etibarnamələrin həqiqi olub-olmadığını yoxlamır. Gözüyumulu şəkildə bu əqdləri həyata keçirilər. Təsəvvür edin ki, vətəndaşın xəbəri olmadan onun evi qanunsuz şəkildə satılır. 3-4 nəfər arasında həmin mənzilin satılması ilə bağlı alqı-satqı müqaviləsi imzalanır ki, sonda “vicdanlı əldə edən” hüququ yaransın. Mülki Məcəllənin 182-ci maddəsində qeyd olunur ki, əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Mülkiyyətçi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Lakin məhkəmələr bu halları geniş araşdırmır. Təcrübədə kifayət qədər işlər var ki, məhkəmələr Mülki Məcəllənin vicdanlı əldə edənlə bağlı normasını formal baxımdan tətbiq edirlər. İşi tam və hərtərəfli araşdırmadan “vicdanlı əldə edən”in xeyrinə qərar çıxarırlar ki, bu da tamamilə qanunsuzdur. Bəzən hakimlər bilərək və ya bilməyərəkdən vicdanlı əldə edən institutundan sui-istifadə edirlər. Nəticədə əsl mülkiyyətçinin konstitusion hüquqları pozulur. Əslində o alıcıların həmin əmlakı hardan, necə, hansı şəraitdə alması araşdırılmalıdır. Cinayət xarakterli hallar aşkar edildikdə iş araşdırılması üçün prokurorluğa göndərilməlidir. Ümumiyyətlə hesab edirəm ki, yuxarıda sadaladığım bütün hallarla bağlı Baş Prokurorluğun rəhbərliyi ilə xüsusi komissiya yaradılmalıdır. Komissiya həm əmlakını itirmiş şəxslərin şikayətlərini araşdırmalı, həm də bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamalıdır. Çünki belə hallar insanları Azərbaycanda əmlak almaq fikrindən daşındırır. İnsan düşünür ki, əlində rəsmi sənədləri ola-ola mülkiyyətində olan əmlak razılığı olmadan dağıdılırsa, bununla bağlı hər hansı qanuni tədbir görülmürsə, artıq Azərbaycanda əmlak almaq onun üçün risklidir”.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 14 Yanvar 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see284

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see243

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see232

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see213

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see186

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see181

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see175

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see169

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see152

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see151

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see150

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see147

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see147

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see144

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see143

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see143

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see140

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see137

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see135

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri