Mümkün deyil, sürüşkən material yoxdur İradlara rəsmi reaksiya
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Bir həftədir ki, davam edən qarlı hava şəraiti ilə bağlı olaraq paytaxtın bir çox ərazilərində yerləşən yeraltı keçidlərlə bağlı müxtəlif şikayətlər səsləndirilir.
Ölkə.Az xəbər verir ki, vətəndaşlar bu barədə sosial şəbəkələrdə yazaraq yeraltı keçidlərdə sürüşkən materiallardan istifadə edildiyini bildirirlər.
Paytaxt sakinlərinin sözlərinə görə, sürüşkən material qarlı hava şəraitində yeraltı keçidlərdən istifadə edən piyadaların yıxılmasına və xəsarət almasına səbəb olur.
Sözügedən iradlarla bağlı Ölkə.Az-a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli piyada keçidlərində sürüşkən material olmadığını söyləyib:
“Mümkün deyil ki, yeraltı keçiddə sürüşkən materialdan istifadə edilsin və bilərəkdən insanları orada yıxsınlar. Yağan qarın təsirindən sürüşkən ola bilər. Bu, başqa məsələdir. Hətta yeraltı keçidlərə mərmər vurulsa belə, onun üzəri işlənilir ki, sürüşkən olmasın. Əgər sürüşkən hissələr varsa da, üzərinə xüsusi rezinli xətlər qoyulur və yaxud da metlaxın üzərində xətlər vulur. Bu məsələlər nəzərə alınır”, - deyə o əlavə edib.
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 27 Fevral 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















