Icma.az
close
up
RU
Münaqişə ən gərgin fazaya keçdi O lider tarixə düşəcək

Münaqişə ən gərgin fazaya keçdi O lider tarixə düşəcək

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“ABŞ Prezidenti Co Bayden Ukraynanın Vaşinqtonun təqdim etdiyi uzaqmənzilli raketlərlə Rusiya ərazisini vurması üçün yaşıl işıq yandırıb. Rusiya ABŞ-ın qərarına cavab verəcəyini açıqlayıb. Hələlik Ağ Ev və ya Pentaqon məsələ ilə bağlı rəsmi açıqlama verməyib, lakin Ukrayna Prezidenti Vladimir Zelenski “raketlər danışacaq” mesajı ilə bu prosesi təsdiqləyib”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva deyib.

O bildirib ki, Kiyev uzun müddətdir ATACMS raketlərinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını istəyirdi:

“Rusiya rəsmisi Peskov bu icazə ilə “Vaşinqtonun odun üstünə benzin tökdüyünü” iddia edib. Rusiya lideri Vladimir Putin daha əvvəl Qərb ölkələrini belə bir addımla bağlı xəbərdar etmişdi və bunun NATO-nun Ukrayna müharibəsində “birbaşa iştirakı” demək olacağını bildirmişdi.

Trampın oğlu, kiçik Donald Tramp ölkənin trilyon dollarlıq hərbi sənayesinə işarə edərək, “Görünür, onlar atama sülh bağlamaq və insanların həyatını xilas etmək şansı qoymadan III Dünya müharibəsini başlamaq istəyirlər” deyib. Respublikaçı konqresmen Marjorie Taylor Greene də Baydeni pisləyərək, “Amerika xalqı noyabrın 5-də məhz belə qərarların əleyhinə səs verdi. Xarici müharibələri maliyyələşdirmək istəmirlər” deyib.

Züriyə Qarayeva

Ekspert ABŞ-ın 2019-cu ildə Ukraynanı silahla təmin etdiyini və tank əleyhinə “Javelin” raketlərini satdığını xatırladıb:

“Tramp raketlərin 2022-ci ildə Ukraynanın genişmiqyaslı işğalını dəf etməsində əsas rol oynadığını gördü. Bununla belə, Tramp ABŞ-ın xarici münaqişələrə qarışması ilə bağlı ümumən ehtiyatlı olduğunu iddia etsə də o, bu illər ərzində Putinlə yaxşı münasibətlər saxlayıb və Rusiya liderini Ukraynaya təcavüz etdiyinə görə “olduqca ağıllı” adlandırıb. ABŞ-ın Ukraynaya dəstəyini dəfələrlə tənqid edən Tramp həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskini Vaşinqtona dəstək verdiyi üçün “dünyanın ən yaxşı satıcısı” adlandırıb.

Görünən odur ki, münaqişə olduqca gərgin fazaya keçid edib. Baydenin atdığı addımları isə son günlərində “tarixə düşmək” cəhdi kimi qiymətləndirə bilərik”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Noyabr 2024 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri