Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Münhenin yeni reallıqları İlham Əliyev regionun lideri kimi ŞƏRH

Münhenin yeni reallıqları İlham Əliyev regionun lideri kimi ŞƏRH

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-dən 15-dək Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi bəyanatlarda, verdiyi mesajlarda regional məsələlərə xüsusi diqqət yetirdi.

Prezidenti konfransda Azərbaycanın Ermənistanla münasibətlərindən savayı, ümumilikdə Cənubi Qafqaz, Mərkəzi Asiyaya kimi geniş bir bölgəni əhatə edən məsələlərə toxundu. Adətən belə platformalarda, tədbirlərdə iştirak edən ölkə başçıları, hökumət rəhbərləri daha çox öz ölkələri ilə bağlı məsələləri qabardır, daxili problemlərinə yer ayırırlar. Azərbaycan Prezident isə Münxendə regionun rifahı, onun çiçəklənməsini qabardan lider kimi yadda qaldı, müzakirələrdə əsas diqqəti region ölkələri üzərində qurdu.

Ölkə Prezidentinin səsləndirdiyi hər cümlədə region ölkələrinin rifahı, onların inkişafı yolları qabardıldı. Məsələn, bəyan edildi ki, Azərbaycan fiziki infrastruktura, o cümlədən dəniz limanları, dəmir yolları, magistral və hava yolları ilə yüklərin daşınmasına böyük sərmayələr yatırıb. Bütün bunları reallaşdırarkən isə region dövlətlərinin maraqları nəzərə alınıb. "Birmənalı olaraq, regional daşımalar qovşağına çevrilmək üçün sizin qonşularınızla yaxşı münasibətləriniz olmalıdır və Azərbaycanda həm Qərb, həm də Şərq istiqamətlərində belədir", - dövlət başçısı vurğulayıb.

Prezident bəyan edib ki, Avropa ilə Asiya arasında yerləşən Azərbaycanın coğrafi mövqeyi üstünlükdür, lakin fiziki infrastruktursuz onun mənası çox deyil. Ötən il Azərbaycan vasitəsilə daşınan yüklərin 100 mindən artıq nəqliyyat vahidi üzrə rekord göstərici əldə edib. Bir neçə ildən sonra həmin göstərici 200 min və hətta 300 min nəqliyyat vahidinə çatacaq. Hədəf 500 min nəqliyyat vahididir.

Azərbaycan lideri bəyan edib ki, hazırda Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsi üzərində Mərkəzi Asiyadakı tərəfdaşlarla sıx işlər gedir:

"O, bu il hazır olmalıdır və Ermənistanla sülh qurulduqdan sonra yeni imkanlar əldə olunub. Azərbaycandan Ermənistana və oradan Avropa istiqamətində gedən dəhlizin yük həcmi baxımından böyük potensialı var. Azərbaycan hazırda öz ərazisində dəmir yolunun çəkilməsinə sərmayə yatırır. Azərbaycan ərazisində - ölkəmizin əsas hissəsi və eksklav Naxçıvanda çəkiləcək və bərpa olunacaq dəmir yolunun tam uzunluğu 600 kilometrdir. Ermənistanda həmin yolun uzunluğu 40 kilometrdən bir az çoxdur".

Prezident vurğulayıb ki, çəkilən kimi biz Azərbaycan vasitəsilə Orta Dəhlizin iki hissəsinə malik olacağıq. Bu, Qərb ilə Şərq üçün faydalı olacaq və təbii ki, Cənubi Qafqazda yerləşən ölkələrə də fayda verəcək. Panel müzakirədə çıxış edən Prezident hər bir qonşu dövləti adbaad qeyd etdi, onlarla bağlı məsələni qabartdı. Prezident vurğulayıb ki, region ölkələri haqqında danışanda Xəzər dənizinin o tayında Mərkəzi Asiyadakı qonşularımızı da unutmamalıyıq:

"Çünki onlar olmadan Çindən Avropaya heç bir yük daşımaq mümkün olmayacaq. Beləliklə, Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Avropa - coğrafiya budur və Azərbaycan artıq Mərkəzi Asiya ölkələri ilə çox fəal qarşılıqlı əlaqədədir. Ötən ilin noyabrında Azərbaycan rəsmi olaraq Mərkəzi Asiya beşliyinə daxil edildi, Mərkəzi Asiya beşliyi altılığa çevrildi. Bu, misli görünməmiş bir hadisədir, çünki biz Cənubi Qafqaz ölkəsiyik, amma Mərkəzi Asiya Məşvərət Şurasının üzvüyük".

Azərbaycan Prezidenti bəyan edib ki, ölkəmiz bir çox ölkələrin marşrutu boyunca keçən, hamısı ilə yaxşı münasibətlər quraraq Bakıdan Aralıq dənizinə neft kəməri, Bakıdan İtaliyaya qaz kəməri kimi transmilli layihələrə start verən və onlara rəhbərlik etməyi bacaran bir ölkədir. Beləliklə, bu, Avrasiyanın çox geniş coğrafiyasında əməkdaşlıq üçün daha bir çox güclü siyasi zəmanət olacaq. Və tək Mərkəzi Asiya ölkələri ilə deyil, Cənubi Qafqaz və Rusiya ilə müharibə aparan Ukrayna ilə də bağlıdır. Ermənistanla sülh prosesi çərçivəsində bu ölkə ilə iqtisadi-ticarət münasibətləri qurulur, müxtəlif layihələr istiqamətində işlər aparılır.

Göründüyü kimi, Prezident bölgədə sülh və əmin-amanlıq, onun çiçəkləməsini prioritet kimi görür. Və təqdirəlayiq hal ondan ibarətdir ki, bunu avropalılar da etiraf edirlər. Məsələn, Ermənistan və Azərbaycanla qlobal bir marşrut yaranması istiqamətində əməkdaşlıq əlaqələri qurulduğunu diqqətə çatdıran Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos deyib:

"Ermənistan ilə Azərbaycan arasında sülh prosesi yeni qapılar açır və əvvəlcə icrası inanılmaz olan bunlara indi artıq bizdə inam yaranır. Prezident Əliyevə təşəkkürümüzü bildiririk ki, o, Avropa İttifaqının da bununla bağlı planlarına həmişə öz dəstəyini verib".

Beləliklə, Azərbaycan Prezidenti hər dəfə qatıldığı beynəlxalq tədbirlərdə yeni mesajları, təşəbbüsləri ilə çıxış edir və bu dəfə də belə olub. Artıq əksəriyyət də qəbul edir ki, dünyada ərazi bütövlüyü və suverenliyini bərpa edən, separatizmə son qoyan ilk ölkə kimi tarixə düşən Azərbaycan indi regional güc mərkəzi kimi çıxış edir.

Göründüyü kimi, Prezident İlham Əliyevin 62-ci Münhen Təhlükəsizlik Konfransında iştirakı Azərbaycanın xarici siyasətində mühüm bir mərhələ kimi yadda qalıb. Bu səfər həm regional sülh, həm də qlobal logistika layihələri baxımından strateji mesajlarla zəngin olub. Uzun müddətdir ki, Cənubi Qafqazda sülh hökm sürür. İlham Əliyev Münhendə sülhü yaradan lider kimi iştirak edirdi. Ən əsası bu konfrans Azərbaycanın xarici siyasətində "postmünaqişə" dövründən "regional əməkdaşlıq və iqtisadi inkişaf" dövrünə tam keçidini nümayiş etdirən platforma kimi yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 Fevral 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri