Müntəzəm kabab yeməyin üçün gizli təhlükələri açıqlanıb
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az xəbər verir ki, bunu rusiyalı diyetoloq-qastroenteroloq Nuriya Dianova bildirib.
Onun sözlərinə görə, kömürdə bişirilmiş ət çox vaxt sağlam qida hesab olunsa da, quzu və mal əti doymuş yağ turşuları ilə zəngindir. Bu növ ətin hər həftə müntəzəm istehlakı damarların elastikliyini azaldır, xroniki iltihabı gücləndirir və arterial təzyiqin yüksəlməsinə səbəb ola bilir.
Diyetoloq qeyd edib ki, doymuş yağlar qaraciyərdə "pis" xolesterinin istehsalını artırır. Nəticədə xolesterin damar divarlarında toplanaraq aterosklerotik lövhələrin yaranmasına səbəb olur.
Həkimin sözlərinə görə, heyvanmənşəli yağların həddindən artıq qəbulu mədəaltı vəzi və öd kisəsini yükləyir, piylənmiş qaraciyər, pankreatit və öd daşı xəstəliyi riskini artırır. Bundan əlavə, bu cür qidalanma hüceyrələrin insulinə həssaslığını azaldaraq, artıq çəkisi olmayan insanlarda belə II tip şəkərli diabetin inkişaf riskini yüksəldə bilər.(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 26 İyul 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















