Icma.az
close
up
RU
“Müqavilə 2068 ci ilə qədər qüvvədədir” FOTO

“Müqavilə 2068 ci ilə qədər qüvvədədir” FOTO

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Mən Türkmənistanda Azərbaycanın Baş naziri Əli Əsədovla çox mehriban görüş keçirdim. Azərbaycan ümumiyyətlə hörmətli dostdur və hökumətlərimiz son dərəcə mehriban münasibətlər qurublar, ona görə də istənilən məsələdə ortaq mövqe tapmaqda çətinlik çəkməyəcəyik” . Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin Birinci Kanalına verdiyi müsahibədə bildirib: “Danışıqların mövzusu Azərbaycandan Gürcüstan ərazisindən tranzitin sonda hansı formada baş verəcəyidir.Biz Azərbaycan tərəfinin maraqlarını, eləcə də Ermənistan tərəfinin maraqlarını tam nəzərə alırıq. Bizim öz maraqlarımız var və inanıram ki, danışıqlar zamanı hər üç ölkənin maraqlarını təmin edəcək optimal yolu asanlıqla tapacağıq”.

İrakli Kobaxidze həmçinin Cənub Qaz Dəhlizi müqaviləsinin müddətinin bitməsi ilə bağlı suala cavab verərək qeyd edib ki, bütün mövzular üzrə danışıqlar aparılır və Gürcüstanın Azərbaycanla son dərəcə mehriban münasibətləri var. Bu, nikbinlik üçün əsas verir və Gürcüstan tərəfi qarşılıqlı faydalı razılaşmanın əldə olunacağına ümid edir.

İ.Kobaxidzenin sözlərinə görə, nəqliyyat əlaqələrini və tranzit imkanlarını inkişaf etdirmək vacibdir.“Buna Orta Asiya ölkələri, Azərbaycan, Türkiyə və Ermənistanla əməkdaşlıq etmədən uğurla nail olmaq mümkün deyil və bu baxımdan Türkmənistana səfərim çox böyük əhəmiyyət kəsb etdi. Həmçinin Qazaxıstan Prezidenti, Azərbaycanın Baş naziri və digər liderlərlə danışmaq imkanım oldu. Bu format çox vacib idi, çünki regiondakı bütün ölkələrlə siyasi və iqtisadi baxımdan sıx əməkdaşlıq etmək imkanımız xüsusilə vacibdir. Biz bütün sahələrdə, istər Türkmənistan qazının tranziti, istərsə də Qazaxıstan, Özbəkistan və s. ilə ticarət-iqtisadi əlaqələr olsun, əməkdaşlıq məsələlərini müzakirə etdik. Biz bütün sahələrdə, o cümlədən müvafiq qurumlarla idarələrarası səviyyədə fəal şəkildə işləyirik”, - deyə İrakli Kobaxidze bildirib.

Cənubi Qafqaz Qaz Boru Kəməri layihəsi müqavilələrinə əsasən, Gürcüstanın Azərbaycandan Türkiyəyə nəql edilən qazın 5%-ni almaq hüququ var - müqavilə 2068-ci ilə qədər qüvvədədir. Bundan əlavə, layihənin işə salınmasından 20 il ərzində, yəni 2006-cı ildən etibarən Gürcüstan layihənin investorlarından əlavə həcmdə - ildə yarım milyard kubmetr təbii qazı xüsusi qiymətə alacaq. Bu sözdə "əlavə qaz" müqaviləsinin müddəti 2026-cı ilin sonunda bitir.

İlham

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Dekabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri