“Müqaviləmi görəndə sadəcə gülməyə başladım” Sərvət qazanan 21 yaşlı futbolçu
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
PSV-nin sabiq futbolçusu Matteo Dams Səudiyyə Ərəbistanının "Əl-Əhli” klubuna keçidi barədə danışıb.
AZXEBER.COM xəbər verir ki, 21 yaşlı belçikalı müdafiəçi aldığı təklifin miqyasına inanmağın çətin olduğunu bildirib:
"Əslində, PSV ilə müqaviləmi yeniləməyi düşünürdüm, amma bir telefon zəngi hər şeyi dəyişdi. "Əl-Əhli”nin müqaviləsini görəndə sadəcə gülməyə başladım. Çünki rəqəmlər ağlasığmaz dərəcədə yüksək idi. 21 yaşlı futbolçu üçün bu, inanılmaz məbləğ idi. Əslində, belə bir vəziyyətdə hər kəs mənim kimi reaksiya verərdi. Maaş barədə danışmağı sevmirəm, amma insanların niyə soruşduqlarını anlayıram. Mən də eşitsəydim, təəccüblənərdim”.
Qeyd edək ki, M.Dams bu ilin yanvarında PSV-dən "Əl-Əhli”yə transfer olunub. Mətbuatda yer alan məlumata görə, onun maaşı Niderland klubunda aldığı 2500 avrodan aylıq 250 min avroya yüksəlib.
Zəfər Hacılı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 13 Sentyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















