Murad Fətiyev yarımfinalda uduzdu Bürünc üçün yarışacaq
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Bakıda cüdo üzrə dünya çempionatı davam edir.
QOL.az xəbər verir ki, mundialın beşinci günündə Azərbaycanın daha 4 təmsilçisi mübarizə aparır.
Kişilər
90 kq
Murad Fətiyev – ilk mərhələdən azaddır. O, 1/16 finalda Theodoros Tselidislə (Yunanlstan) görüşüb. Fətiyev qalib gələrək 1/8 finala yüksəlib. O, bu mərhələdə Klen Kristoferi (Estoniya) məğlubiyyətə uğradıb.
Cüdoçumuz 1/4 finalda Fransa təmsilçisi Aleksa Metroviça qalib gələrək yarımfinala yüksəlib. 1/2 finalda onun rəqibi Yaponoya cüdoçusu, dördqat dünya çempionu Tadzima Qoki olub. M.Fətiyev ipponla uduzub. O, bürünc medal uğrunda yarışacaq. Çüdomumuzun rəqibi Nemanya Majdov olacaq.
Medal uğrunda görüşlər saat 18:00-da başlanacaq.
Elcan Hacıyev - 1/32 finalda Aleksandr Knaufu (ABŞ) məğlub edib. O, 1/16 finalda Kiqan Yanqla (Kanada) üz-üzə gəlib və qələbə qazanaraq 1/8 finalda yarışmaq hüququ qazanıb. Elcan bu mərhələdə Fransa cüdoçusu Nqayap Ambuya uduzaraq mübarizəni başa vurub.
Süleyman Şükürov - 1/32 finalda norveçli Kornelius Eylertseni məğlub edib. O, növbəti mərhələdə Qoki Tayima (Yaponiya) ilə qarşılaşıb və uduzub.
Qadınlar
70 kq
Südabə Ağayeva (70 kq) 1/32 finalda ispaniyalı Ai Tsunoda Roustanta uduzaraq mübarizəni erkən başa vurub.
Azərbaycanın 4 medalı var
Hazırda Azərbaycan millisinin aktivində 4 medal (1 qızıl, 1 gümüş, 2 bürünc) var. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tskaev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medal qazanıblar.
Dünya çempionatının görüşləri Milli Gimnastika Arenasında keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 08 Oktyabr 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















