Icma.az
close
up
RU
“Murat 124” necə “hacı” oldu? İtaliyadan Bursaya uzanan yol

“Murat 124” necə “hacı” oldu? İtaliyadan Bursaya uzanan yol

Icma.az bildirir, Sherg.az portalına istinadən.

1960-cı illərin əvvəllərində Avropanın ən böyük avtomobil istehsalçılarından biri olan İtaliyadakı “Fiat” yeni bir avtomobil dizaynı üzərində işləyirdi. Bu dizayn seriyalı istehsala keçdikdən qısa müddət sonra aralarında Türkiyənin də olduğu bir çox ölkədə günümüzdə belə sevənləri olan “124” modeli idi. “Fiat 124” müxtəlif ölkələrdə fərqli adlarla istehsal edildi. Türkiyədə “Murat 124” adı ilə satışa çıxarılan avtomobil “Hacı” ləqəbini də alaraq avtomobil tarixinin maraqlı hekayələrindən birinin baş qəhrəmanına çevrildi. Bəs “Murat 124”ə niyə belə deyilməyə başlandı?

Sherg.az xəbər verir ki, “Murat 124”ün hekayəsi 1968-ci ildə Koç Holdinq və Fiat ortaqlığı ilə yaradılan Türk Avtomobil Fabrikası Anonim Şirkəti - TOFAŞ-ın qurulması ilə başladı. 1969-da Bursada inşasına başlanan zavod 1971-ci ildə Prezident Cevdət Sunay, Baş nazir Süleyman Dəmirəl, Baş Qərargah rəisi Orgeneral Məmdüh Tağmaçın da qatıldığı rəsmi mərasimlə açıldı və həmin il “Fiat 124” modelinə əsaslanan “Murat 124” modelinin seriyalı istehsalı başladı.


“Fiat 124” yalnız Türkiyədə deyil, başqa ölkələrdə də Fiat lisenziyası ilə istehsal edilirdi. 1966-da İtaliyada istehsalına başlanılan və 1967-də Avropada ilin avtomobili seçilən model 1968-də İspaniyanın “Seat” şirkəti tərəfindən “Seat 124” adı ilə istehsal olunmağa başladı. 1970-də Fiat və SSRİ arasında imzalanan müqavilədən sonra bu model Sovetlərdə də “VAZ-2101” adı ilə istehsal edildi.

1971-də Türkiyədə istehsal olunan modelin adı uzun müddət müzakirə mövzusu oldu. Münsiflər heyyəti  Nilüfər, Ova, Koza, Uludağ, Murat adları arasından Bursaya adını verən, Osmanlı imperiyasının paytaxtı olmasında mühüm rol oynayan I Muradın adını seçdi. “Fiat 124” modeli İtaliyadan kənarda da istehsal olunduğu üçün “Fiat”ın ən çox satılan modeli oldu. 1970-lərin əvvəlində dünyada 3 milyondan çox satışla böyük populyarlıq qazandı. “Murat 124” Türkiyədə xarici lisenziya ilə istehsal olunan ilk avtomobil idi.


“Hacı Murad”a aparan yol

“Murat 124” modeli satışa çıxarıldıqdan sonra Türkiyədə böyük maraq gördü. 1971-1976-cı illər  arasında 134 min 867 ədəd istehsal edildi. O dövrdə Baş nazir Bülənt Ecevit üçün yerli istehsal bir xidməti avtomobil axtarılırdı və “Anadol”, “Murat 124”, “Toros” (Renault 12) modelləri təklif olunmuşdu. 1974-də TOFAŞ ilk avtomobil ixracını həyata keçirdi və “Murat 124”-lər Misirə ixrac olundu. Bu illərdə “Murat 124” modelinin “Hacı Murad”a çevrilməsi hekayəsi də başladı.


1970-ci illərdə Həcc ziyarətini yerinə yetirmək istəyən vətəndaşların Səudiyyə Ərəbistanına səfərində quru yol mühüm seçim idi. Lakin hacı namizədləri bu səfəri yalnız müəyyən avtobus şirkətləri vasitəsilə edə bilirdilər. 1970-ci illərin ortalarında vətəndaşlara öz avtomobilləri ilə Həccə getməyə icazə verildi və “Murat 124”-ün “Hacı Murad”a çevrilmə hekayəsi başladı. “Murat 124” sahibləri avtomobilləri ilə Həccə gedib qayıtdıqca bu avtomobillərə cəmiyyətdə “Hacı Murad” deyilməyə başlandı.

“Murat 124” istehsalı 1976-ya qədər davam etdi. TOFAŞ 1976-da “Murat 124” istehsalını dayandırdı və “Fiat 131” modelini “Murat 131” adı ilə istehsal etməyə başladı. Həmin il TOFAŞ zavodunda “Şahin” istehsalı başladı və beləliklə türk xalqı üçün başqa bir əfsanəyə çevrilən “Quş seriyası” avtomobillərin dövrü başladı. “Murat 124”ləri indi də küçələrdə görmək mümkündür. İlk istehsal olunan “0000001” şassi nömrəli avtomobil hazırda TOFAŞ Bursa Anadolu Avtomobilləri Muzeyində sərgilənir.


İllər keçməsinə baxmayaraq həvəskarları yaşadır

Bu gün “Murat 124” markalı avtomobillərin çoxlu sayda həvəskarı var. Onlardan biri də Eskişehirdə yaşayan Rəcəb Gürlüdür. Keçmişdə taksi sürücülüyü edən Gürlü maddi imkanları olmadığından “Murat 124” sahibi olmaq arzusunu təxirə salmalı olmuşdu. O, 2012-də ilk “Murat 124”-ünə sahib olaraq arzusunı reallaşdırdı. “Murat 124”-ə olan sevgisini oğlu ilə bölüşən Gürlü ehtiyat hissələri kimi aldığı “Murat 124”ləri oğlu ilə birlikdə bərpa edərək 50 avtomobildən ibarət klub qurdu.


Əvvəlki müsahibələrində “Bu maşın məni müalicə edir. Mən bununla rahatlaşıram” deyən Gürlü, gələn bütün satınalma təkliflərinə mənfi cavab verdiyini bildirərək deyir: “Məndən sonra nəvəm var. Bu maşın ona qalacaq. Sünnət toyu günü bunu ona hədiyyə etmişəm. Sağ olduğum müddətdə bir yerdəyik, ondan sonra bu maşın onundur. Allah satmağı nəsib etməsin”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:530
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Sentyabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri