Icma.az
close
up
RU
® Mürəkkəb əməliyyatların peşəkarı

® Mürəkkəb əməliyyatların peşəkarı

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Mərkəzi Gömrük Hospitalının “Həkimlərimizi tanıyın!” rubrikasınd Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin transplantoloqu, tibb üzrə fəlsəfə doktoru, səhiyyə əlaçısı Mircəlal Kazımi təqdim edilir.

Mircəlal Kazıminin fəaliyyət sahəsi geniş və mürəkkəb cərrahi əməliyyatları əhatə edir. O, Mərkəzi Gömrük Hospitalında ümumi cərrahiyyə, canlıdan və meyit donordan böyüklərə və uşaqlara qaraciyər və böyrək transplantasiyası əməliyyatları, qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi sistemi cərrahiyyəsi, böyrəküstü vəzi əməliyyatları, qida borusu, mədə və onikibarmaq bağırsaq cərrahiyyəsi, yoğun və düz bağırsaq cərrahiyyəsi, həmçinin qarın ön divarı yırtıqlarının cərrahi müalicəsini həyata keçirir. Hər bir əməliyyatın arxasında böyük təcrübə, dəqiq qərar, müasir tibbi yanaşma və ən əsası, insan həyatına verilən yüksək dəyər dayanır. Mircəlal Kazımi haqqında ətraflı məlumatla Mərkəzi Gömrük Hospitalının rəsmi internet səhifəsində tanış ola bilərsiniz.

Səhiyyədə ilklərə imza atıb

2025-ci ilin fevral ayında Mircəlal Kazımi və transplantoloq Kamran Beydullayev tərəfindən hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan Mənzər Şərifovaya meyit donordan götürülmüş qaraciyər uğurla köçürülüb və bir müddət sonra meyit donordan götürülmüş böyrək Fuad Nuriyevə köçürülərək Azərbaycan səhiyyə tarixində ilkə imza atılıb.

Uzunmüddətli və səmərəli fəaliyyətə dövlət təltifləri

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında” Sərəncama əsasən, ölkəmizdə səhiyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə və göstərdiyi xidmətlərə görə Kazımi Mircəlal Mirkazım oğlu “Tərəqqi” medalı ilə təltif olunub.

Orqan transplantasiyasında böyük təcrübə

Mircəlal Kazımi uzun illərdir qaraciyər və böyrək transplantasiyası sahəsində fəaliyyət göstərir. O, Azərbaycanda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını uğurla icra edən cərrah-transplantoloq kimi tanınır. Bu günədək 1000-dən çox orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirib.

Təhsildən peşəkarlığa uzanan yol

Mircəlal Kazıminin peşəkar fəaliyyətinin təməlində davamlı təhsil, zəhmət və öz üzərində daim çalışma dayanır. O, 1994–2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində ali tibb təhsili alıb. 2000–2001-ci illərdə M.Nağıyev adına Kliniki Təcili Tibbi Yardım Xəstəxanasında ümumi cərrahiyyə ixtisası üzrə internatura keçib.

Peşəkar inkişafını davam etdirmək məqsədilə 2003–2008-ci illərdə Türkiyənin Ege Universitetinin Tibb fakültəsinin Cərrahiyyə və orqan transplantasiyası şöbəsində təhsil alaraq uzmanlıq dərəcəsinə yiyələnib.

2007–2009-cu illərdə isə Ege Universitetinin Tibb fakültəsinin Ümumi Cərrahiyyə və Orqan Transplantasiyası kafedrasında qaraciyər və böyrək transplantasiyası sahəsində ixtisasını daha da təkmilləşdirib, Orqan transplantasiyası və hepatobiliyar cərrahiyyə bölməsinin məsul şəxsi kimi fəaliyyət göstərib.

Beynəlxalq təcrübə və davamlı inkişaf

Mircəlal Kazımi də peşəkar fəaliyyətində beynəlxalq təcrübəyə və müasir tibbi nailiyyətlərə xüsusi önəm verir. O, 2009–2010-cu illərdə İzmir şəhərində yerləşən Kent xəstəxanasında qaraciyər transplantasiyası sahəsində fəaliyyət göstərib. 2012-ci ildə isə Cənubi Koreyanın Seul şəhərində yerləşən “Asan Medical Center”də hepatobiliyar cərrahiyyə və qaraciyər transplantasiyası proqramı üzrə təlimdə iştirak edib. Dünyanın aparıcı tibb mərkəzlərində qazandığı təcrübə onun peşəkar fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edir.

Peşəyə sədaqət və müasir tibbi yanaşma

Mircəlal Kazımi tibbin inkişafını daim izləyən, yeni texnologiyaları və müasir müalicə yanaşmalarını öyrənən, əldə etdiyi bilikləri gündəlik klinik fəaliyyətinə tətbiq edən həkimdir. 2008-ci ildə dövlət tibb müəssisəsinin Endoskopik cərrahiyyə şöbəsində həkim-cərrah kimi fəaliyyətə başlayan Mircəlal həkim qısa müddət ərzində Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin yaradılmasında mühüm rol oynayıb və 2018-ci ilədək həmin sahədə fəaliyyət göstərib. 2018-ci ildən isə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin cərrah-transplantoloqu, ümumi cərrah kimi fəaliyyətini davam etdirir.

Bir həkim, minlərlə ümid

Həkimlik insan həyatına toxunan ən məsuliyyətli peşələrdən biridir. Transplantoloq üçün isə bu məsuliyyət daha böyükdür. Çünki onun verdiyi qərar bir insanın həyatında yeni başlanğıcın qapısını aça bilər. Mircəlal Kazıminin uzun illər ərzində qazandığı təcrübə, həyata keçirdiyi mürəkkəb əməliyyatlar və transplantasiya sahəsində əldə etdiyi nəticələr onun Azərbaycan səhiyyəsində özünəməxsus peşəkar yol formalaşdırdığını göstərir.

Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2026 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see765

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see730

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see725

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see526

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see521

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see495

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see428

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see380

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see379

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see367

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see360

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see354

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see342

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see341

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see336

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see327

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see322

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see283

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see266

14 milyon tona yaxın yük daşınıb

07 Oktyabr 2026 16:38see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri