Mürəkkəb relyefli dağlıq meşəlik ərazidə 36 yaşlı kişi yıxılıb
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qəbələ rayonu, Nohurqışlaq kəndi istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə 36 yaşlı kişi yıxılıb. SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) bununla bağlı məlumat yayıb.
Məlumata əsasən, FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1986-cı il təvəllüdlü Məmmədov Orxan İkram oğlunun dağlıq ərazidə hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər çətin keçidli dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Qəbələdə mürəkkəb relyefli dağlıq meşəlik ərazidə köməksiz qalan şəxs xilas olunub VİDEO
01 İyul 2025 10:18
Gədəbəydə mürəkkəb relyefli dağlıq ərazidə olan yanğın söndürülüb VİDEO
17 Mart 2025 09:32
Şəkidə çətin relyefli dağlıq ərazidə yanğın başlayıb
18 Mart 2025 20:47
Qəbələdə dağlıq meşəlik ərazidə yanğın baş verib VİDEO
20 Yanvar 2025 14:43
55 yaşlı kişi meşəlik ərazidə itkin düşdü FHN axtarışlara başlayıb
05 İyun 2025 10:10

