Mürsəl Rüstəmov: ATİB üzvləri Azərbaycan iqtisadiyyatının inkişafına təkan veriblər
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 24 dekabr, AZƏRTAC
ATİB üzvləri həm tikinti və infrastruktur layihələrində, həm də sosial layihələrdə yaxından iştirak edib, eyni zamanda işğaldan azad olunmuş ərazilərə sərmayə qoymaqla yeni iş yerləri yaradıb, iqtisadiyyatın inkişafına təkan veriblər.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Mürsəl Rüstəmov “Suveren Azərbaycan - Biznesdə yeni cığır” mövzusunda konfransında çıxışı zamanı bildirib.
“Bu gün məqsəd ATİB-in üzvlərinin fəaliyyətini geniş ictimaiyyətə təqdim etmək, ATİB olaraq Azərbaycanın inkişafı və rifahı naminə bütün fəaliyyətlərdə əlimizdən gələni əsirgəmədiyimizi və bundan sonra da əsirgəməyəcəyimizi nümayiş etdirməkdir. Azərbaycan-Türkiyə İş Adamları Birliyinin üzvləri də Qarabağın yenidən qurulması və bərpası prosesindən kənarda qalmayıb, hər biri müvafiq sahədə aparılan işlərə öz töhfələrini vermiblər”, - deyə ATİB sədri vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 24 Dekabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















