Icma.az
close
up
RU
Musa Qurbanlı: “Hamımız istəyirik ki, Juninyo getməsin, qalsın” MÜSAHİBƏ İdman və Biz

Musa Qurbanlı: “Hamımız istəyirik ki, Juninyo getməsin, qalsın” MÜSAHİBƏ İdman və Biz

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qarabağ”ın hücumçusu Musa Qurbanlının Futbolxeber.az saytına müsahibəsi

- İlin son oyununda “Araz-Naxçıvan” üzərində qələbə (2:0) qazandınız. Qarşılaşma “Qarabağ” üçün nə dərəcədə çətin alındı?
- Çətin oyun keçdi. Belə olacağını da bilirdik. Çünki “Araz-Naxçıvan” çox yaxşı komandadır. Bu mövsüm inamlı təsir bağışlayırlar. Hazırda da yaxşı formadadırlar. Həm də turnir cədvəlində ən yaxın izləyicimizdirlər. Ona görə də matça çox ciddi hazırlaşmışdıq. Gözlədiyimiz kimi də oldu. Xüsusən birinci hissə çətin keçdi. Fasilədən sonra toparlandıq və şükürlər olsun ki, qələbə qazandıq.

- Demək olar ki, birinci hissənin sonlarında vurulan qol komandanızın işini asanlaşdırdı?
- Bəli, belə demək olar. Çünki oyun təhlükəli məcradə gedirdi. Qol vurmağımız bizim üçün çox yaxşı oldu. Bu, bizə ikinci hissəyə daha yüksək motivasiya ilə çıxmağa və qələbə qazanmağa kömək etdi.

- İkinci hissənin əvvəlində rəqibin qolu hesaba alınmadı. Bu məqam matçın gedişatına nə dərəcədə təsir göstərdi?
- Düşünürəm ki, həmin qolun hesaba alınmaması matçın gedişatına çox ciddi təsir etdi. Çünki hesab 1:1 olsaydı, rəqib daha da ruhlanacaqdı. Daha istəklə oynayacaqdılar və belədə işimiz çətinləşəcəkdi. Lakin top hesaba alınmadı. Bundan sonra oyun fərqli getdi. Biz də ikinci dəfə fərqlənməklə böyük ölçüdə matçın taleyini həll etdik.

- Əvvəlki mövsümlərlə müqayisədə “Qarabağ” çempionatda rəqabət hiss edir?
- Rəqabət var. Elə “Araz-Naxçıvan”la matça çox ciddi hazırlaşmağımız da bu rəqabətin göstəricisidir. Bilirdik ki, işimiz asan olmayacaq. Elə də oldu. Matç ərzində “Araz-Naxçıvan” bizə problem yaşatdı. İstənilən halda biz öz işimizə baxırıq. Çalışırıq bütün matçlarda maksimum nəticə əldə edək.

- Son günlər ən çox müzakirə olunan məsələlərdən biri də Juninyonun “Sevilya”ya mümkün transferidir. Sizcə, braziliyalı forvardın gedişi “Qarabağ”a nə dərəcədə təsir edə bilər?
- Juninyo bizim üçün çox vacib oyunçudur. Yüksək səviyyəli futbolçudur, xeyli üstün cəhətləri var. Eyni mövqenin oyunçusu kimi mən də ondan çox şey öyrənirəm. Əlbəttə, hamımız istəyirik ki, Juninyo getməsin, qalsın. Lakin qərarı özü qəbul edəcək. Bu, onun seçimidir. Təbii ki, klubla birlikdə. Xeyirlisi, hər iki tərəf üçün ən yaxşısı nədirsə, o da olsun.

- Son turlar 3 qola imza atdınız. Yeni ildə əvvəlki, məhsuldar Musa Qurbanlını görə biləcəyik?
- Uzun müddət oynamırdım, eləcə də əməliyyat olundum. Buna görə bir qədər formadan düşdüm. Hazırda üzərimdə çox çalışıram. Yavaş-yavaş özümə gəlirəm, əlimdən gələni edirəm ki, formamı bərpa edim. Mənim üçün son matçlarda yaxşı fürsət oldu. “Sumqayıt”a qarşı 90, “Şamaxı”ya qarşı təxminən yarım saat oynamaq imkanı qazandım. Qol vurmağım mənim üçün motivasiyadır. Əlimdən gələni edirəm ki, özümü daha yaxşı göstərə bilim.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Dekabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri