Icma.az
close
up
RU
Musa Qurbanlı: “İstəyirəm ki, başımı aşağı salıb məşqimi edim” MÜSAHİBƏ İdman və Biz

Musa Qurbanlı: “İstəyirəm ki, başımı aşağı salıb məşqimi edim” MÜSAHİBƏ İdman və Biz

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ"ın futbolçusu Musa Qurbanlının “Futbol+”a müsahibəsi

- Uzun müddət idi səni start heyətində görmürdük. Premyer Liqada ilk "11-lik"də meydana çıxdın və “Sumqayıt”la matçda iki qol vurdun. Hisslərini necə ifadə edərdin?
- Bizim üçün sevindirici haldı ki, böyükhesablı qələbə qazandıq. Yaxşı oyun keçdi. Qələbə həmişə xoşdu. Uzun müddətdir 90 dəqiqə meydanda olmurdum. Ona görə yaxşı fürsət oldu. Fiziki formamı bərpa etmək yolunda bir addım atmış oldum. Ona görə də bu qələbəyə görə xoşbəxtəm.

- Qolların davamını gətirə biləcəksənmi?
- Əlimdən gələni edəcəm. Hazırda çalışıram ki, məşqlərdə öz üzərimdə işləyim, formamın zirvəsinə çatım və inkişaf edim. İndi ancaq bu barədə düşünürəm. Sadəcə, istəyirəm ki, başımı aşağı salıb məşqimi edim.

- Qələbə nəticəsində təkrar liderliyi qaytardız. Məhz bu baxımdan “Sumqayıt”la qarşılaşmaya xüsusi yanaşırdızmı?
- Əlbəttə, məqsədimiz çempionluqdu. Hər oyuna ciddi yanaşırıq. Çalışırıq ki, heç bir boşluq verməyək, motivasiyamız yüksək səviyyədə olsun. Ona görə də bu qələbə bizim üçün çox vacib idi.

- Ötən mövsüm xaricdə çıxış edən futbolçu kimi bu mövsüm çempionatın səviyyəsində fərq görürsənmi?
- Çempionatımızda hər il dəyişikliklər olur. Amma deyərdim ki, daha çox klub iddialı görünür. Deməzdim ki, böyük dəyişiklik var. Sadəcə, aşağı-yuxarı bəzi oyunçular dəyişir. Xaricdə bir il oynadım. Deyə bilərəm ki, çox böyük dəyişiklik yoxdu.

- Premyer Liqada çempionluğa iddialı komandalar da var. Səncə, sona qədər çempionluq yolunda sizə rəqib olan komandalar olacaq?
- Turnir cədvəlində kim bizə yaxındısa, o da mübarizəyə qoşulur. Amma biz buna fikir vermirik. Çalışırıq ki, fikrimizi öz oyunumuza yönəldək. Xal itirməməyə çalışırıq. Belədə hədəfimizə doğru gedirik.

- Qarşıdan qış fasiləsi gəlir, həm də Avropa Liqasında həlledici son iki oyununuz qalıb. Necə hazırlaşacaqsan?
- Bizim üçün fərqi yoxdur - çempionat və ya Avropa Liqası. Əlbəttə, Avropadakı oyunlarımız azarkeşlərimiz üçün xüsusi yer tutur. Ona görə də çalışacağıq, o oyunlara maksimum hazırlaşaq və azarkeşlərimizi sevindirək.

- Pley-off şansınızı necə görürsən?
- Əlbəttə, qələbə üçün oynayacağıq. Əlimizdən gələni edəcəyik. Hələ son demək olmaz. Sona qədər döyüşəcəyik.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 Dekabr 2024 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri