Icma.az
close
up
RU
Musa Qurbanlı: İsveç karyeramda yaxşı təcrübə oldu MÜSAHİBƏ İdman və Biz

Musa Qurbanlı: İsveç karyeramda yaxşı təcrübə oldu MÜSAHİBƏ İdman və Biz

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qarabağ"ın hücumçusu Musa Qurbanlının Sportlife.az-a müsahibə verib.

İdman.biz xəbər verir ki, gənc hücumçu ötən il karyerasında baş verən hadisələrdən danışıb.

- Mövsümün ilk yarısı “Qarabağ” üçün yerli çempionatda uğurlu keçdi. Ancaq Avropada gözlənilən nəticələr gəlmədi. Necə düşünürsən, yeni formata uyğunlaşmaqda çətinlik çəkdiniz? Yoxsa rəqiblər güclü idi?

- Əslində çox uğursuz deməzdim amma əlbəttə daha çoxunu istəyirdik. Futbolda belə halların olması normaldı. Heç bir komanda hər il stabil nəticə verə bilmir. Bunun bir çox səbəbləri ola bilər: Formata uyğunlaşmaq, rəqiblərin səviyyəsi, hardasa şanssızlıq, yenə də hələ qarşıda oyunlarımız var və biz önümüzə baxırıq.

- Bəzən klub olaraq üzərinizdə həddindən artıq yük hiss etmirsiniz? Elə bil bütün Azərbaycan futbolunun yükü sizin çiyinlərinizdədir… Hamı daima sizdən yüksək nəticə gözləyir. “Bayer”ə qarşı oyunlardan sonra insanlarda gözləntilər daha da çoxalıb…

- Əlbəttə ki, bunu yaxşı dərk edirik, "Qarabağ" Azərbaycan futbolu üçün, ümumiyyətlə ölkəmiz üçün çox vacib dəyərdi. Bunun məsuliyyətini tam dərk edirik. Buna görə də çox çalışırıq və işimizə məsuliyyətlə yanaşırıq.

- İl sənin üçün uğurlu başa çatdı. Son üç oyunun ikisində fərqlənməyi bacardın. Ümumi olaraq ötən il sənin üçün necə keçdi?

- Ötən ilin ilk yarısı bir qədər çətinliklər oldu. “Yurqorden"də bəzi problemlər yaşadım və ilin ikinci hissəsi "Qarabağ"a qayıtdım. Qayıdanda əslində təlim-məşq toplanışında yaxşı forma yığmışdım. Ancaq zədə aldım və əməliyyat oldum. Bundan sonra bir qədər həm mental, həm fiziki olaraq formamı bərpa etmək üçün mənə vaxt lazım oldu. Şükürlər olsun ki, yavaş-yavaş formamı bərpa etməyə doğru yaxınlaşıram. Amma hələ irəlidə üzərimdə çalışmalı olduğum və artırmalı olduğum çox şey var.

- Nərimanla meydanda yaxşı anlaşırsınız. “Sumqayıt”la görüşdə hər iki qolunun ötürməsini o verdi. Onun inkişafını necə dəyərləndirirsən?

- Nəriman həqiqətən çox istedadlı futbolçudur. Hətta deyərdim ki, futbolumuzun gələcəyidir. Hələ çox gəncdir. Məndən də iki yaş balacadır. Əlbəttə ki, onun inkişaf etməsi də hamımızı sevindirir. İnşallah öz üzərində çox çalışar, dayanmaz və futbolumuza öz istedadı ilə töhfə verər.

- İsveç günlərinə qayıtsaq, bir il orda oynamaq sənə ən çox nəyi öyrətdi?

- Hər şeydən əvvəl gənc futbolçu olaraq mənim üçün çox böyük təcrübə oldu. İlk dəfə idi ki, ölkə xaricində ailəmdən, vətənimdən uzaqda yaşayırdım və karyeramı orda davam etdirirdim. Əlbəttə ki, ilkin olaraq çox xoş hisslər idi, daha sonra bəzi çətinliklər olsa da, ümumi götürəndə həyatda və karyeramda yaxşı təcrübə oldu.

- Ordakı ilk 4 ayında hər şey yaxşı gedirdi. Demək olar, bütün oyunlarda meydanda idin. Sonra nə baş verdi?

- Bəli, ilk getdiyimdə orda artıq mövsümün ortası idi. Biz isə yay fasiləsindən yeni qayıdırdıq. Amma yenə də gedər-getməz oynamağa başladım. Yarım sezon demək olar, bütün oyunlarda oynadım. İşlər heç də pis getmirdi. Yenicə uyğunlaşmağa başlayırdım. Sonra çempionat qışda başa çatdı. Artıq növbəti mövsümə hazırlaşırdıq. İsveçdə qış fasiləsi bir az uzun olur. Bir aydan sonra yenidən məşqlərə qayıtdıq. Qayıdandan sonra yenidən məşqçilərlə söhbətimiz oldu və məndən razı olduqlarını bildirirdilər. Hər şeyin yaxşı olduğunu, mənə güvəndiklərini, inandıqlarını və ən əsası hər şeyin yaxşı olacağını deyirdilər. Mənim işə yanaşmamdan, professionallığımdan razı olduqlarını söyləyirdilər.

Mən də buna əmin olaraq, sadəcə öz işimi görməyə davam edirdim. Yenə də məşqlərdə çox çalışırdım, məsuliyyətlə yanaşırdım. Ən çox çalışanlardan biri idim. Klubda hamı mənim haqqında hətta ayrılandan sonra belə pozitiv fikirdə olar. Çünki bunu çox deməsəm də, oynamadığım dönəmlərdə də belə, hətta sonlara doğru iştirak ərizəsinə belə salınmırdım. Yenə də məşqlərdə çox çalışırdım, heyətə alınmamağımın buna heç bir təsiri olmurdu. Məşqçilərlə aramızda olan söhbətə dayanaraq, hansı ki onlara güvənmişdim, sadəcə işimi görməyə çalışırdım. Amma ilk söhbətdən sonra artıq hər şeyin fərqli olduğunu hiss etdim. Ona görə də ikinci dönəm bir az yaxşı alınmadı. Hər bir halda xeyirlisi. Ən azından düşünürəm ki, mənim üçün yaxşı təcrübə oldu. Artıq gələcəyə baxmaq lazımdır. Yenə öz üzərimdə çalışmağa davam edirəm.

- Son günlər legioner limitinin ləğvi ilə bağlı söhbətlər gedir. Azərbaycanlı futbolçu olaraq necə düşünürsən, bu yerli futbolçuların oynamasına çox problem yaradacaq yoxsa yerli-əcnəbi fərqi yoxdu güclü olan yenə oynayacaq?

- Bu barədə mənim nəsə fikir bildirməyimin mənası yoxdu. Qərarı verənlər hər halda bunu müzakirə edirlər. Bizim vəzifəmiz həmişə olduğu kimi eyni qalır. Çox çalışmaq və üzərimizə düşən işin öhdəsindən maksimum gəlmək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Yanvar 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see288

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see286

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see208

Xəbərdarlıq Yer kürəsində maqnit qasırğası başladı

03 Yanvar 2026 01:15see187

Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi

03 Yanvar 2026 06:51see165

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see164

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see156

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see147

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

02 Yanvar 2026 23:37see144

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see144

Cəbrayıl şəhərinin işğaldan azad olunmasından 2 il ötür

03 Yanvar 2026 03:59see144

İran xarici müdaxiləyə sərt cavab veriləcəyini bəyan edib

02 Yanvar 2026 18:54see143

Araqçi Trampın iranlı etirazçılara dəstək bəyanatlarını “düşünülməmiş və təhlükəli” kimi qiymətləndirib

03 Yanvar 2026 01:30see139

“Qurban Qurbanov çox sərt məşqçidir” Koxalski

02 Yanvar 2026 20:00see136

Məşhur ekstrasensdən Azərbaycanla bağlı 2026 PROQNOZLARI MÜSAHİBƏ

02 Yanvar 2026 10:12see136

23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

02 Yanvar 2026 06:20see135

Ukrayna xüsusi xidmət orqanları Kapustinin ölüm xəbərindən sonra onun sağ olduğunu elan etdi

02 Yanvar 2026 10:15see133

Bayramdan sonra işə adaptasiya olmağın yolları

02 Yanvar 2026 18:59see131

Elnur Məmmədli yeni vəzifəyə getdi

03 Yanvar 2026 03:13see129

Lindblad: “F1” yeni pilotlarının çoxundan bir az fərqli vəziyyətdəyəm”

03 Yanvar 2026 03:14see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri