Icma.az
close
up
RU
Musa Qurbanlı: Hələ 23 yaşım var, karyeram qarşıdadır

Musa Qurbanlı: Hələ 23 yaşım var, karyeram qarşıdadır

Apasport saytına istinadən Icma.az xəbər verir.

"Qarabağ"ın forvardı Musa Qurbanlı apasport.az saytına müsahibə verib.

- Növbəti dəfə çempion oldunuz. Təəssüratların necədir?
- Çempion olmaq təbii ki, həmişə xoşdur. Çox yaxşı hisslərdir. Sevindiricidir. Hər mövsüm qarşımıza qoyulan hədəf çempionluqdur. Ona görə hər sezon çempion olanda, kuboku götürəndə, qat-qat sevinirik. Hər bir futbolçunun karyerasında titul qazanmaq vacibdir.

- Bu mövsüm yetərincə şans qazana bildin?
- Düşünürəm ki, zədəm məni bir qədər geri saldı. Amma mövsümün ikinci yarısından sonra daha çox oynamağa başladım. Formamı yavaş-yavaş hardasa bərpa etməyə başlamışam. Amma üzərimdə hələ daha çox işləməliyəm. Şans tapmağım üçün yaxşı formada olmalıyam. 

- Ölkə kubokunun finalı barədə fikrin necədir? "Qızıl dubl" edə biləcəksiz?
- Məqsədimiz, arzumuz-istəyimiz də odur. Çox çalışacağıq ki, mövsümü iki titulla tamamlayaq. Hazırda qarşıda "Şamaxı" ilə oyun var. Liqada mövsümün son oyunudur. Həmin matça da ciddi hazırlaşacağıq ki, kubokdan əvvəl formamızı daha da yaxşılaşdıraq. Bir növ həmin oyunla kubokun final görüşünə hazırlaşaq.

- "Şamaxı" ilə görüş haqda hansı fikirdəsən?
- Təbii ki, o oyuna da yaxşı hazırlaşacağıq. Bu görüşdə də qələbə qazanmaq istəyirik. Premyer Liqada mövsümün son görüşüdür. Ümidvaram ki, istədiyimiz oyunu oynayaraq, qalib gələ biləcəyik. Ondan sonra da kubokun final görüşü bizi gözləyir.

- Növbəti illərdə yenidən legioner həyatı yaşamaq planında var?
- Əlbəttə. Bu qapını özüm üçün bağlamamışam. Sadəcə bir təcrübə idi. Özüm üçün təcrübə kimi götürdüm. Getdim-gəldim, hər nə qədər uğurlu alınıb-alınmasa da, bu addımı atdım. Hələ 23 yaşım var, karyeram qarşıdadır. Yaşayarıq, görərik.

Millimizin üzvü Astanada bürünc medal qazanıb "Neftçi"dən yeni rekord “Qarabağ” “Kəpəz”lə çempionatdakı oyunlarda 100-cü qolu vurub “Sabah” Azərbaycan çempionatlarında 250-ci qolu buraxıb Tahir Gözəl: “Gələcəyimiz cavanlardır”
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://apasport.az
archiveBu xəbər 19 May 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri