Musa Qurbanlıdan legioner həyatı ilə bağlı açıqlama
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
“Maraqlı və bolqollu qarşılaşma oldu. Belə oyunlara ehtiyacımız var idi ki, bir-birimizi daha yaxşı hiss edək. Əsas olan qələbə idi.
Moderator.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının XXIII turunda “Araz-Naxçıvan”ı 6:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
“Performansım hələ ki, məni tam qane etmir. Üzərimdə işləməli çox məqam var. Amma nə qədər çox oynasam və komandaya fayda versəm, bu, məni bir o qədər sevindirər. Hələ ki, çalışıram öz işimi görüm, üzərimdə işləyim və komandaya daha çox fayda verim. Xarici klublara gedişimlə bağlı hələ ki, heç bir danışıq və ya konkret fikir olmayıb. Gələcəkdə nə olacağını zaman göstərəcək.
Əlbəttə ki, məqsədim “Qarabağ”ın əsas heyət üzvlərindən biri olmaqdır. Hər bir futbolçunun məqsədi ilk “11-lik”də meydana çıxmaqdır. Mənim də futbolçu kimi məqsəd və prinsiplərim budur ki, yaxşı formaya düşüm, komandaya daha çox fayda verim və əsas oyunçulardan biri olum. Düşünürəm ki, daha çox əziyyət çəkərək məqsədimə doğru irəliləyə bilərəm” - M.Qurbanlı əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 09 Mart 2026 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















