Musa Qurbanlının vurduğu qol bəlkə də cütün taleyini həll etdi Elşad Əhmədov
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
Dünən UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Ferentsvaroş"la qarşılaşan "Qarabağ" evə 3:1 hesablı qələbə ilə qayıtdı. "Qarabağ"ın və Azərbaycan millisinin sabiq müdafiəçisi Elşad Əhmədov ilə əlaqə saxlayıb Macarıstandakı oyun haqda fikirlərini bölüşməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"İlk 10-15 dəqiqədə "Qarabağ" Elvin Cəfərquliyev və Abdullah Zubirin yer aldığı sol cinahdan hücumlar qurur, qol vəziyyətləri yaratmağa çalışırdı. Lakin sonra rəqib təzyiqi artırdı, üstünlüyü ələ alaraq hesabı açdı. "Ferentsvaroş"un ucaboy hücumçuları cinah ötürmələri zamanı təhlükəli görünürdülər. Komandamızın bərabərlik qolunun müəllifi Marko Yankoviç ilk hissədə rəqib pressinq tətbiq etdiyi zaman topu özündə saxlaya bilir, onların daha ciddi basqı yaratmasına mane olurdu. O, belə desəm, oyunu sakitləşdirən əsas oyunçu idi.
Fasilədən sonra "Qarabağ"ın ifasında fərqli oyun izlədik. İkinci hissəyə çox yaxşı başladılar. Əvvəl Yankoviç topu tora göndərdi, ardından Kevin Medina standart vəziyyətdən sonra hesabı xeyrimizə dəyişdi. Meydana sonradan çıxan Musa Qurbanlının Kadinin ara ötürməsinin ardından vurduğu qol bəlkə də cütün taleyini həll etdi. Həqiqətən olduqca önəmli qol idi. Əlbəttə, mübarizə hələ bitməyib. Rəqib Bakıdakı qarşılaşmada da aqressiv oynamağa çalışacaq. "Qarabağ"ı birinci görüşdəki performansı və qazandığı qələbə münasibəti ilə təbrik edir, komandamıza cavab qarşılaşmasında uğurlar arzulayıram".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 21 Avqust 2025 07:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















