Icma.az
close
up
RU
Статья не опубликована
Müşahidə adı altında kəşfiyyat Aİ missiyası sərhəddə nə axtarır?

Müşahidə adı altında kəşfiyyat Aİ missiyası sərhəddə nə axtarır?

Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.

“Əslində adıçəkilən missiyanın sərhəd istiqamətində görünməsində təəccüblü heç nə yoxdur. Çünki müşahidə missiyasının əsas vəzifəsi məhz həmin istiqamətdə müşahidə aparmaqdan ibarətdir. Lakin problem ondadır ki, Avropa İttifaqının “mülki müşahidə missiyası” adlanan bu qurumu, fəaliyyəti və tərkibinə görə artıq çoxdan mülki statusdan uzaqlaşıb və daha çox hərbi missiya rolunda çıxış edir. Ermənistanda yerləşdiyi ilk gündən etibarən bu missiyanın qarşısına yalnız bir məqsəd qoyulmuşdu: Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşdığı barədə saxta məlumatlar yaymaq və ölkəmizi müharibə tərəfdarı kimi haqsız şəkildə hədəfə gətirmək. Missiyanın tərkibi və mandatı genişləndikdən sonra fəaliyyət dairəsi də böyüdü”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Xatırladaq ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının üzvləri növbəti dəfə Qazax rayonu ilə həmsərhəd əraziyə gələrək müşahidə aparıblar. Missiyanın bu hərəkətinə dair videomateriallar sosial şəbəkələrdə yayılıb. Kadrlardan görünür ki, “missiya” üzvləri iki “Toyota” markalı cip vasitəsilə hərəkət edirlər. Azərbaycan sərhədçiləri müşahidə missiyasının fəaliyyətini qeydə alıblar. Qeyd edək ki, artıq xeyli müddətdir Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası Azərbaycanla sərhəd boyunca aktivlik nümayiş etdirir. Onlar vaxtaşırı Ermənistan-Azərbaycan sərhədinin müxtəlif nöqtələrində ərazilərimizə baxış keçirirlər. Hər dəfə durbinlə aparılan bu fəaliyyət sərhədçilərimiz tərəfindən müşahidə altına alınır.

Siyasi şərhçi bildirib ki, artıq bu missiya Ermənistan hərbi birləşmələrini şərti sərhəddə təxribatlara hazırlamaqla yanaşı, Azərbaycan, Türkiyə, Gürcüstan və İranla sərhəd bölgələrində kəşfiyyat xarakterli məlumatlar toplamaqla məşğuldur.

“Bununla yanaşı, sərhəddə mövcud boşluqları müəyyənləşdirərək erməni hərbi birləşmələrinə həmin ərazilərdə möhkəmlənmək üçün tövsiyələr verir. Başqa sözlə, bu missiyanın indiyədəkki fəaliyyəti, əslində, bölgədə sülhə xidmət etmək əvəzinə, Ermənistanı sülhdən daha da uzaqlaşdırmağa hesablanıb. Yoxsa ki, sərhəd boyu gəzişmək, sonra da hesabatlarda neçə kilometr yol qət etdiklərini qeyd etmək, durbinlə Azərbaycan ərazilərinə baxmaq heç bir real nəticə doğurmur. Missiyanın fəaliyyətinə daha çox Avropa İttifaqının ayrı-ayrı güclərinin Cənubi Qafqaz maraqlarının təmin olunması kontekstində baxmaq lazımdır. Bu güclərin bölgədəki maraqları isə Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi və sabit sülhün təmin edilməsindən çox uzaqdır. Missiyanın daha bir gizli hədəfi isə gələcəkdə bölgəyə silahlı qüvvələrini yerləşdirmək üçün zəmin yaratmaqdır. Daha əvvəl də qeyd etdiyim kimi, sərhəd istiqamətində təxribatlar törədib, buna cavab olaraq Azərbaycanın məcburi cavab tədbirləri fonunda “erməni əhalisinin təhlükəsizliyini təmin etmək” bəhanəsi ilə Ermənistana hərbi qüvvələr yeritmək və orada möhkəmlənmək planlaşdırılır. Azərbaycanın bu prosesə qarşı atdığı addımlara gəlincə, ölkəmiz sərhəd bölgəsindən bu missiyanın maksimum uzaqlaşdırılması üçün davamlı və qəti mövqe nümayiş etdirdi. Nəticə olaraq, bu məsələ sülh sazişinin mətnində də əksini tapdı. Ümid edirəm ki, Ermənistanda Konstitusiya dəyişikliyindən sonra imzalanacaq sülh sazişi ilə bu bədnam missiyanın da sərhədlərimizdən uzaqlaşdırılması təmin olunacaq”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 18 Aprel 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see283

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see229

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see178

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see165

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see163

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see138

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see130

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see122

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri